Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

AzTU

AzTU prorektoru İstanbulda beynəlxalq tədbirdə çıxış edib

Azərbaycan Texniki Universitetinin (AzTU) tədrris işləri üzrə prorektoru Nurəli Yusifbəyli İstanbulda Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı üzrə "Yaşıl Bacarıqların İnkişafının Gücləndirilməsi" regional texniki yardım layihəsi çərçivəsində yaradılan Bacarıqların İnkişafı İşçi qrupunun 3-cü illik görüş və seminarında iştirak edib. Tədbirdə çıxış edən prorektor Nurəli Yusifbəyli təhsil müəssisələri, dövlət qurumları və özəl sektor arasında institusional əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi, praktik yönümlü tərəfdaşlıqların formalaşdırılması, təcrübə və mübadilə proqramlarının təşkili və genişləndirilməsi, bu proqramların effektivliyinin artırılması və regional səviyyədə koordinasiyası ilə bağlı məruzə edib. Beynəlxalq tədbirdə yaşıl bacarıqların inkişafı üzrə milli təhsil proqramlarının və strateji sənədlərin təkmilləşdirilməsi, mikro-kvalifikasiyalar və qısamüddətli təlim proqramlarının ali  və peşə təhsili sistemlərinə inteqrasiyasının genişləndirilməsi, təhsil proqramlarının hazırlanmasında əmək bazarının real tələblərinin nəzərə alınmasının məqsədəuyğun hesab olunub.

Azərbaycan Texniki Universitetinin (AzTU) tədrris işləri üzrə prorektoru Nurəli Yusifbəyli İstanbulda Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proq ..

2026-04-10
AzTU

AzTU Delegation Participates in QS China Summit 2026

A delegation from Azerbaijan Technical University (AzTU) is participating in the QS China Summit 2026, held in Shenzhen, China. AzTU is represented at the summit by Vice-Rector for Science and Innovation Subhan Namazov, Director of the Research, Development and Reputation Department Bakhtiyar Badalov and Head of the Quality Assurance Department Parvana Movsumova. As one of the internationally recognized platforms in higher education, QS China Summit 2026 brings together university leaders, education experts, and representatives of higher education institutions from different countries around the world. The summit provides a valuable opportunity to discuss key issues such as internationalization in higher education, innovation, quality assurance, strategic development, strengthening research activities, and global academic collaboration. The participation of the AzTU delegation in this prestigious international platform is of great importance in terms of expanding the university’s international partnerships, learning from best practices, advancing scientific and innovative activities, and adopting modern approaches to university governance and quality assurance. It is expected that the experience gained and the new connections established during the summit will contribute to AzTU’s strategic development priorities, enhance opportunities for international cooperation, and further strengthen the university’s position in the global academic environment. It should be noted that QS China Summit 2026 is one of the important international platforms where the future directions of higher education, global challenges, and innovative solutions are discussed.

A delegation from Azerbaijan Technical University (AzTU) is participating in the QS China Summit 2026, held in Shenzhen, China. AzTU is represented at the summit by Vice-Rector for Science and Innova ..

2026-04-08
AzTU

AzTU ilə Qazaxıstanın ali təhsil müəssisələri arasında memorandum imzalanıb

Almatı şəhərində Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu çərçivəsində Azərbaycan Texniki Universiteti (AzTU) ilə Qazaxıstanın L.B.Qonçarov adına Qazax Avtomobil və Yol İnstitutu, Ş.Y. Yesenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universiteti, Karaqanda Dövlət Texniki Universiteti, META Universiteti, Rudnıy Sənaye İnstitutu, Qorqud Ata Dövlət Qızılorda Universiteti, Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti, Atırau Neft və Qaz Universiteti, Serikbayev adına Şərqi Qazaxıstan Texniki Universiteti arasında memorandum imzalanıb. Memorandumların imzalanmasında məqsəd akademik mübadilə, elmi əməkdaşlıq və birgə təhsil proqramlarının inkişaf etdirilməsidir.

Almatı şəhərində Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu çərçivəsində Azərbaycan Texniki Universiteti (AzTU) ilə Qazaxıstanın L.B.Qonçarov adına ..

2026-04-07
AzTU

AzTU-nun stendi Qazaxıstanın Farabi Hub KazNU Mərkəzində təhsil sərgisində nümayiş olunur

Azərbaycan Texniki Universitetinin (AzTU) stendi Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisində nümayiş olunur. Sərgi çərçivəsində abituriyent və tələbələrə AzTU-nun təhsil proqramları, tədris və tədqiqat imkanları və elmi nailiyyətləri, ikili diplom proqramları və qəbul tələbləri haqqında məlumat verilir. Sərgi aprelin 8-də işini yekunlaşdıracaq.

Azərbaycan Texniki Universitetinin (AzTU) stendi Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan ..

2026-04-07
AzTU

AzTU Qazaxıstanda “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunur

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub.  Sərgi iki ölkə arasında təhsil və elm sahələrində strateji tərəfdaşlığın gücləndirilməsi, tələbələr, eləcə də gənc mütəxəssislərin Azərbaycanda təhsil almaq imkanları barədə məlumatlandırılması məqsədi daşıyır.   Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Sərgidə Azərbaycan Texniki Universitetini (AzTU) rektor Vilayət Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Həmçinin sərgidə AzTU-nun stendi də nümayiş olunur. Sərgi çərçivəsində abituriyent və tələbələr Azərbaycandakı ali təhsil proqramları, akademik imkanlar və elmi nailiyyətlər haqqında məlumat əldə edə bilərlər. Sərgidə həmçinin qrantlar, akademik mobillik, ikili diplom proqramları və qəbul tələbləri ilə bağlı ətraflı məlumatlar verilir.  Sərginin açılışında çıxış edən Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek bu təşəbbüsün ikitərəfli əməkdaşlığın məntiqi davamı olduğunu vurğulayıb. Qeyd edib ki, ötən il Azərbaycanda təşkil olunmuş "Study in Kazakhstan" sərgisində 2500-dən çox azərbaycanlı gənc iştirak edib. Həmin sərgi zamanı 80-ə yaxın mühüm razılaşma əldə olunub. Bugünkü tədbir də belə səmərəli əməkdaşlığın nəticəsidir.   Elm və təhsil naziri Emin Əmrullayev öz növbəsində təhsildə inteqrasiyanın vacibliyini bildirib. Nazir vurğulayıb ki, Qazaxıstan və Azərbaycan ortaq tarixi və mədəni köklərə malik ölkələrdir. Təhsil sahəsində əməkdaşlıq bu mənəvi yaxınlığı daha da gücləndirir. Nazir qeyd edib ki, bu cür platformalar gənclərə gələcək peşəsini düzgün seçməyə və beynəlxalq rəqabətədavamlı olmağa kömək edir.   Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Farabi Hub KazNU Mərkəzində davam edəcək.

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in ..

2026-04-06
AzTU

Almatıda Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu keçirilib

Aprelin 6-da Almatı şəhərində Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu keçirilib.   Forumun rəsmi açılış hissəsindən əvvəl Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev və Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek arasında universitet rəhbərlərinin və aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Tərəflər ali təhsil sahəsində dövlətlərarası əməkdaşlığın inkişafı, o cümlədən akademik mobillik, birgə təhsil proqramları, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı cari məsələləri müzakirə ediblər.  Forumun açılış mərasimində salamlama nitqi ilə çıxış edən Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek ölkələrimiz arasında akademik əlaqələrin gücləndirilməsinin strateji əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, həyata keçirilən təşəbbüslər qarşılıqlı akademik fəaliyyətə yeni təkan verib və ölkələrimizin təhsil imkanlarına ikitərəfli marağı gücləndirib. Əlavə edib ki, hazırda Qazaxıstanın 62 universiteti Azərbaycanın 81 universiteti ilə əməkdaşlıq edir. Forum çərçivəsində Azərbaycanın 18 universiteti ilə Qazaxıstanın 29 universiteti arasında 63 yeni memorandumun imzalanması planlaşdırılır.   Nazir Sayasat Nurbek akademik mobillik və tələbə mübadiləsinin artdığını da qeyd edib və  bildirib ki, 2025-ci ilin yekununa əsasən, Qazaxıstanın 58 universitetində 333 Azərbaycan vətəndaşı təhsil alır. Eyni zamanda Azərbaycan universitetlərində 164 Qazaxıstan vətəndaşı oxuyur.   Forumda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu ölkələrimiz arasında akademik əməkdaşlığın inkişafı baxımından mühüm platformadır. Nazirin sözlərinə görə, son illərdə universitetlər arasında əlaqələrin genişlənməsi, birgə proqramların və akademik mobilliyin artması bu əməkdaşlığın real nəticələrini göstərir.  Nazir çıxışında forum çərçivəsində imzalanacaq yeni anlaşmaların tərəfdaşlığı daha da gücləndirəcəyinə, tələbə və müəllimlər üçün yeni imkanlar yaradacağına inamını ifadə edib.   Forumda iştirak edən Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Azərbaycan-Mərkəzi Asiya bilik dəhlizi: universitet-sənaye-dövlət əməkdaşlıq konteksti” mövzusunda təqdimatla çıxış edib.  Forumun rəsmi açılış mərasimindən sonra akademik mübadilə, elmi əməkdaşlıq və birgə təhsil proqramlarının inkişaf etdirilməsi məqsədi daşıyan anlaşma memorandumlarının imzalanması mərasimi keçirilib.

Aprelin 6-da Almatı şəhərində Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu keçirilib. Forumun rəsmi açılış hissəsindən əvvəl Azərbaycan Respublika ..

2026-04-06
AzTU

Rektor Özbəkistanda beynəlxalq yarışda uğurlu nəticə göstərən tələbələrlə görüşüb

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Özbəkistanın Daşkənd şəhərində Mərkəzi Asiya Universitetində keçirilmiş “CAU Tech Hackathon 2026” adlı beynəlxalq yarışda uğurlu nəticə göstərən AzTU tələbələri və onların mentorları ilə görüşüb. Rektor 120 komandanın mübarizə apardığı yarışda Azərbaycanı və AzTU-nu layiqincə təmsil etdikləri üçün tələbələrə təşəkkür edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb. Qeyd edək ki, beynəlxalq yarışda AzTU komandaları “AI in Healthcare Hackathon 2026” və “International Cybersecurity Capture the Flag (CTF) 2026” istiqamətləri üzrə təmsil olunub.  “International Cybersecurity Capture the Flag (CTF) 2026” istiqaməti üzrə yarışan AzTU komandası 7-ci yerə layiq görülüb. Hər iki istiqamət üzrə AzTU komandalarının nəticələri digər Azərbaycan universitetlərini qabaqlayıb. AzTU komandalarını İnkubasiya Mərkəzinin koordinatoru Azad Musayev müşayiət edib. Eyni zamanda, komandaların hazırlıq və yarış prosesində effektiv iştirakın təmin olunması məqsədilə Energetika fakültəsinin dekan müavini Şamxal Əliyev, “CTF” komandası üzrə isə Murad Əhmədov tərəfindən mentorluq dəstəyi göstərilib.

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Özbəkistanın Daşkənd şəhərində Mərkəzi Asiya Universitetində keçirilmiş “CAU Tech Hackathon 2026” adlı beynəlxa ..

2026-04-03
AzTU

AzTU tələbəsinin kapitanı olduğu komanda “RoboCode III” düşərgəsində II yerə layiq görülüb

Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsinin mexatronika və robototexnika mühəndisliyi ixtisasının I kurs tələbəsi İsmayıl Babanın kapitanı olduğu komanda “RoboCode III” robotik kodlama düşərgəsində uğurla çıxış edərək II yerə layiq görülüb.“ASAN xidmət”in təşəbbüsü ilə təşkil olunan düşərgə Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi, “Bilişim Vadisi” və “SAHA Robotics” şirkətinin birgə təşkilatçılığı, “Expressbank”ın sponsorluğu ilə həyata keçirilib.Düşərgə müddətində iştirakçılar komandalar şəklində müxtəlif innovativ layihələr üzərində çalışaraq öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Final mərhələsinə vəsiqə qazanan komandaların prototipləri münsiflər heyəti tərəfindən qiymətləndirilib.Qeyd edək ki, II yerə layiq görülən komanda “SoilMate” adlı innovativ layihə ilə çıxış edib. Layihə kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş ağıllı robot sistemidir və torpağın əsas göstəricilərini analiz edərək fermerlərə operativ məlumat təqdim edir.

Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsinin mexatronika və robototexnika mühəndisliyi ixtisasının I kurs tələbəsi İsmayıl Babanın kapitanı old ..

2026-04-03
AzTU

Engineering Programs of Azerbaijan Technical University Receive International Accreditation

A number of engineering programs offered at Azerbaijan Technical University (AzTU) have been successfully accredited by the AQAS Standing Commission (Agentur für Qualitätssicherung durch Akkreditierung von Studiengängen). The accreditation was carried out as a cluster consisting of five study programs: Electrical and Electronics Engineering (Bachelor) Electrical Engineering (Master) Process Automation Engineering (Bachelor) Process Automation Engineering (Master) Electrical Power Engineering (Master) As part of the accreditation process, an AQAS expert panel conducted a site visit to AzTU on 27–31 October 2025. During the visit, the cluster of five programs was comprehensively evaluated in terms of curriculum content, quality of teaching, infrastructure, and governance mechanisms. Based on the evaluation results, the programs were found to comply with international standards and have been accredited until 31 March 2032. This achievement once again confirms the international recognition of the quality of engineering education at Azerbaijan Technical University and highlights the university’s strong academic and research capacity. The accreditation also provides significant advantages for students, including internationally recognized degrees and enhanced competitiveness in the labor market. Azerbaijan Technical University will continue its efforts to further improve the quality of its academic programs and expand international cooperation.

A number of engineering programs offered at Azerbaijan Technical University (AzTU) have been successfully accredited by the AQAS Standing Commission (Agentur für Qualitätssicherung durch Akkredi ..

2026-04-02
AzTU

AzTU nümayəndələri İzmirdə beynəlxalq təhsil sərgisində istirak edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah və şöbənin Əcnəbi tələbələrin qəbulu sektorunun baş mütəxəssisi Müşviq Mehbalıyev Türkiyənin İzmir şəhərində keçirilən beynəlxalq təhsil sərgisində istirak edib.  Sərgi çərçivəsində Türkiyədən və digər ölkələrdən olan iştirakçılara AzTU-da təhsil imkanları barədə məlumat verilib, xarici ali təhsil müəssisələrinin nümayəndələri ilə potensial əməkdaşlıq imkanları müzakirə olunub.

Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah və şöbənin Əcnəbi tələbələrin qəbulu sektorunun baş mütəxəssisi Müşviq Mehbal ..

2026-04-02