Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News Xüsusi texnika və texnologiya fakültəsində ISO 21001:2018 standartı üzrə təlimlər başa çatıb

Xüsusi texnika və texnologiya fakültəsində ISO 21001:2018 standartı üzrə təlimlər başa çatıb

21.11.2025     33     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsində ISO 21001:2018 – Təhsilin idarəedilməsi standartı üzrə növbəti təlimlər uğurla tamamlanıb. Təlimlər “Daxili auditin keçirilməsi” və “Tələbələr və tətbiq üzrə rəhbərlik beynəlxalq standartı – məlumatlandırma” mövzularını əhatə edib.

Dekanı Yadullah Babayev ISO 21001:2018 standartının tətbiqinin fakültədə idarəetmə proseslərinin optimallaşdırılmasına, tədris fəaliyyətinin sistemli şəkildə qurulmasına və tələbəyönümlü yanaşmanın gücləndirilməsinə mühüm töhfə verəcəyini bildirib.

O deyib ki, fakültədə həyata keçirilən bu proses təhsildə şəffaflığın, planlaşdırmanın və məsuliyyət bölgüsünün daha yüksək səviyyədə təşkil olunmasına şərait yaradacaq.


Təlimdə çıxış edən “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin sədri Samir Novruzlu qeyd edib ki, ISO 21001:2018 standartının tətbiqi fakültənin idarəetmə sistemini beynəlxalq tələblərə uyğunlaşdırmaqla yanaşı, burada keyfiyyət mədəniyyətinin gücləndirilməsinə də səbəb olacaq. Onun sözlərinə görə, bu standartın tətbiqi fakültənin rəqabətqabiliyyətliliyini artırmaqla, tələbələrin təhsil xidmətlərindən məmnunluğunu yüksəldəcək və beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirilməsinə töhfə verəcək.

Təlimlər zamanı iştirakçılar ISO 21001 üzrə daxili auditin mahiyyəti, audit planlaması, qeydlərin aparılması, uyğunluq və uyğunsuzluqların müəyyən edilməsi, eləcə də təhsil təşkilatlarında proseslərin təkmilləşdirilməsi alətləri ilə tanış olublar. Bununla yanaşı, iştirakçılar tələbələrlə iş, kommunikasiya, məlumatlandırma və əməliyyat fəaliyyətlərinin standart tələblərinə uyğun qurulması mövzularında da praktiki biliklərə yiyələniblər.

Tədbirin sonunda təlimi müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.


Related news