Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News KOBİA AzTU tələbələrinin startapına “Startap” şəhadətnaməsi verib

KOBİA AzTU tələbələrinin startapına “Startap” şəhadətnaməsi verib

24.04.2026     21     AzTU

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycan Texniki Universitetinin (AzTU) SABAH qruplarının informasiya texnologiyaları ixtisasının III kurs tələbəsi Kənan Rzayev və İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin kompüter mühəndisliyi ixtisasının III kurs tələbəsi Fərid Mustafayevin birgə hazırladığı “ChatX” startap layihəsinə “Startap” şəhadətnaməsi təqdim edib.

“Startap” şəhadətnaməsi innovativ fəaliyyətlə məşğul olan mikro və kiçik sahibkarlar üçün nəzərdə tutulmuş rəsmi dövlət sənədidir.

Qeyd edək ki, AzTU tələbələrin “ChatX” startap layihəsi süni intellekt texnologiyalarına əsaslanan və müştəri xidmətlərini vahid platformada birləşdirən idarəetmə sistemidir.


Related news