Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News Özbəkistanın Beynəlxalq Türk Dövlətləri Universitetinin rektoru AzTU-nun qonağı olub

Özbəkistanın Beynəlxalq Türk Dövlətləri Universitetinin rektoru AzTU-nun qonağı olub

24.11.2025     38     AzTU

Özbəkistanın Beynəlxalq Türk Dövlətləri Universitetinin rektoru və eyni zamanda,Daşkənd Dövlət Nəqliyyat Universitetinin prorektoru Bahodır Turaevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub.

Qonaqlar AzTU-nun elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov və universitetin nümayəndələri ilə görüşüb.

Sübhan Namazov universitetdə görülən işlər, həyata keçirilən layihələrlə bağlı qonaqlara məlumat verib.

Bahodır Turaev də öz növbəsində yeni yaradılmış Beynəlxalq Türk Dövlətləri Universitetinin fəaliyyəti barədə ətraflı məlumat verib.

Fəaliyyət göstərdiyi hər iki ali təhsil müəssisəsinin AzTU ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib.

Görüş zamanı AzTU ilə Daşkənd Dövlət Nəqliyyat Universiteti arasında birgə elmi-tədqiqat layihələrinin hazırlanması, konfransların təşkili və tələbə-müəllim mübadiləsi kimi məsələlər müzakirə olunub.


Related news