Cənubi Afrika Respublikasının ali təhsil və təlim nazirinin müavini xanım Nomusa Dube-Ncubenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) olub. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb.
Qonaqları salamlayan rektor Vilayət Vəliyev onları AzTU-da görməkdən məmnunluğunu ifadə edib. Rektor universitetdə görülən işlər, həyata keçirilən təhsil proqramları, icra edilən layihələr, beynəlxalq əməkdaşlıq, eləcə də AzTU-nun müxtəlif sahələrdə gələcək hədəfləri barədə qonaqları məlumatlandırıb.
Cənubi Afrika Respublikasının ali təhsil və təlim nazirinin müavini müavini xanım Nomusa Dube-Ncube təmsil etdiyi ölkənin ali təhsil sistemi haqqında geniş məlumat verib. Bildirib ki, Cənubi Afrika Respublikasının ali təhsil müəssisələri beynəlxalq əməkdaşlığı genişləndirir və Azərbaycan ali təhsil müəsssələri ilə tədris və elmi-tədqiqat istiqamətlərində əməkdaşlıqda maraqlıdırlar.
Görüş zamanı AzTU və Cənubi Afrika Respublikasının ali təhsil müəssisələri arasında tələbə və akademik heyətin qarşılıqlı mübadiləsi, birgə elmi-tədqiqatlar, ikili diplom proqramları imkanları müzakirə olunub.
Sonda qonaqlar AzTU-nun müxtəlif laborariyaları və mərkəzləri ilə tanış olub.