Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

AzTU

AzTU və “Azəraluminium” mütəxəssislərinin aluminium sənayesinin kompleks inkişafına və qlobal təsirinə töhfə verən tədqiqatının ilkin mərhələsi uğurla tamamlanıb

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayəyt Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Azəraluminium” MMC-nin Gəncə İstehsalat Kompleksinə səfər edib. Nümayəndə heyətində elm və innovasiyalar üzrə prorektor Sübhan Namazov, Texnoloji Transfer Ofisinin rəhbəri Murat Ataman, dosent Əli İbrahimov və AzTU-nun qonaq tədqiqatçı-professoru, Türkiyənin İzmir Yüksək Texnologiya Universitetinin professoru Mustafa Güdən təmsil olunub. Səfər çərçivəsində nümayəndə heyəti AzTU və “Azəraluminium” MMC-nin tədqiqatçı-alimlərindən ibarət tədqiqat qrupunun 4 illik birgə intensiv tədqiqatlarının nəticələri ilə tanış olub və reaktorunun həcmi 5 ton olan yarımsənaye qurğusunda növbəti sınaqların aparılmasında iştirak ediblər. Tədqiqat qrupu tərəfindən yarımsənaye qurğusunda son bir ayda aparılan ilk üç sınağın nəticələrinin uğurla təsdiqləndiyi elan edilib. Daha sonra AzTU-nun dosenti, tədqiqat qrupunun üzvü Əli İbrahimov təqdimatla çıxış edib və uğurlu nəticələr barədə ətraflı məlumat verib.  O bildirib ki, alınan nəticələr təklif olunan yeni üsulun sənayedə tətbiqinə əsas verir. Bununla belə, əlavə tədqiqatların və dəqiqləşmələrin aparılmasına ehtiyac duyulur. AzTU-nun rektoru Vilayət Vəliyev “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 01 aprel 2026-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamına diqqət çəkib və tədqiqat qrupuna təşəkkür edib. Bildirib ki, 4 il müddətində aparılan tədqiqatlar nəticəsində alimlərimiz sənaye tətbiqinə çox yaxındırlar, bu ciddi elmi-texnoloji uğurdur və əsaslı iqtisadi səmərə verə bilər. “Azəraluminium” MMC-dən bildirilib ki, elmi-texnoloji nəticələrin və sənaye sınaqlarının, həmçinin bundan sonra görüləcək işlərin daha əhəmiyyətli olması üçün yeni yol xəritəsinin müəyyən edilməsinə ehtiyac var. Qeyd olunub ki, texnologiyanın yan məhsulları olaraq kalium gübrəsi, gips, sulfat turşusu və s. istehsal etməyə imkan verəcək. Beləliklə, çıxışçılar Daşkəsən Zəylik Alunit mədənindən hasil edilən alunit filizini zənginləşdirilmədən müasir tələblərə cavab verən yeni kompleks emal texnologiyası vasitəsilə aluminium istehsalının təmin olunması reallığını bildirib. Sonda tədqiqatların və əməkdaşlığın davam etdirilməsinin, metallurgiya sahəsindəki universitet-sənaye işbirliyinin daha da artırılmasının vacibliyi qeyd edilib.

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayəyt Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Azəraluminium” MMC-nin Gəncə İstehsalat Kompleksinə səfər edib. Nümayənd ..

2026-04-23
AzTU

AzTU rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Sənaye Parkında olub

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Sənaye Parkına səfər edib. Səfərdə Türkiyənin Gəbzə Texniki Universitetinin rektoru Hacı Ali Mantar da iştirak edib.   İZİA-nın İdarə Heyətinin sədri Seymur Adıgözəlov nümayəndə heyətinə Agentliyin fəaliyyəti, ölkədə sənaye zonalarının inkişafı istiqamətində həyata keçirilən kompleks tədbirlər, yerli və xarici investorlar üçün formalaşdırılmış əlverişli biznes və investisiya mühiti barədə ətraflı məlumat verib.  Diqqətə çatdırılıb ki, sənaye zonalarında rezidentlər üçün tətbiq olunan vergi və gömrük güzəştləri, hazır infrastruktur təminatı, logistika imkanları və dövlət dəstəyi mexanizmləri ölkənin qeyri-neft sektorunun inkişafına, ixrac potensialının artırılmasına və yeni iş yerlərinin yaradılmasına mühüm töhfə verir.  Görüşdə həmçinin, ali təhsil müəssisələri ilə sənaye müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqat və innovasiya layihələrinin həyata keçirilməsi, kadr hazırlığı və bilik mübadiləsi istiqamətində imkanlar müzakirə edilib.  Daha sonra nümayəndə heyəti Sumqayıt Sənaye Parkının ərazisində fəaliyyət göstərən müəssisələrə baxış keçirib, istehsal prosesi ilə yerində tanış olub. Qonaqlara “Kartaş Kimya” MMC və “Azərfloat” QSC-nin müəssisələrində istehsalın təşkili, keyfiyyətə nəzarət mexanizmləri və ixrac imkanları barədə ətraflı məlumat verilib.  Nümayəndə heyəti Sumqayıt Sənaye Parkında yaradılmış əlverişli biznes mühitini və müasir infrastruktur imkanlarını yüksək qiymətləndirib, bu kimi sənaye zonalarının regionda iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İ ..

2026-04-20
AzTU

AzTU-da “Xəmsə” Milli İntellektual Oyunu üzrə yarış keçirilib

Azərbaycan Texniki Universiteti (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin İntellektual Oyunlar Klubu və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə “Xəmsə” Milli İntellektual Oyunu üzrə yarış keçirilib.“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş yarışda ümumilikdə 19 komanda iştirak edib. Bunlardan 12-si AzTU-nu, 4-ü Türkiyə-Azərbaycan Universitetini (TAU), 3-ü isə ATMU-nu təmsil edib.AzTU-da təşkil olunan yarış çərçivəsində iştirakçılar komandalar şəklində mübarizə apararaq bilik və məntiqi düşünmə bacarıqlarını nümayiş etdirib. Gərgin və maraqlı keçən yarışın nəticələrinə əsasən, 1-ci yerə ATMU-nun “Toureast” komandası, 2-ci yerə TAU-nun “Cloud” komandası, 3-cü yerə AzTU-nun “DyNova” komandası layiq görülüb.Qalib komandalara kubok və medallar təqdim olunub.

Azərbaycan Texniki Universiteti (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin İntellektual Oyunlar Klubu və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) İntellektual Oyunlar Klubu ..

2026-04-20
AzTU

AzTU-da “Narkomaniyaya yox de!” adlı maarifləndirici tədbir keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar tələbələr üçün “Narkomaniyaya yox de!” adlı maarifləndirici tədbir keçirilib. AzTU-nun Kommunikasiya şöbəsinin əməkdaşı Mehti Namazov narkomaniyaya qarşı mübarizədə cəmiyyətin hər bir üzvünün iştirakının vacibliyini qeyd edib. “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədri Büllur Məmmədova narkomaniyanın cəmiyyətin gələcəyinə yönəlmiş ciddi təhlükə olduğunu vurğulayaraq gəncləri bu bəladan yalnız maarifləndirmə yolu ilə xilas etməyin mümkün olduğunu diqqətə çatdırıb. Büllur Məmmədova bildirib ki, dövlət qurumları, hüquq-mühafizə orqanları və ictimaiyyət narkomaniyaya qarşı birgə mübarizə aparır. AzTU-nun 1 saylı Tələbə Poliklinikasının həkim-terapevti Nəcibə Quliyeva narkomaniyanın fəsadları barədə məlumat verib. O, sağlam həyat tərzinin narkomaniyaya qarşı ən təsirli qoruyucu vasitə olduğunu diqqətə çatdırıb. Tədbirdə narkomaniyanın insan həyatına və sağlamlığına zərərlərini əks etdirən videoçarx nümayiş etdirilib. Sonda tələbələrin sualları cavablandırılıb.

Azərbaycan Texniki Universitetində (AzTU) “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 202 ..

2026-04-20
AzTU

AzTU rektorunun başçılıq etdiyi nümayəndə heyəti “Bayraktar Technologies Azerbaijan” şirkətinə səfər edib

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Bayraktar Technologies Azerbaijan” şirkətinə səfər edib. Səfərdə müdafiə sənayesi nazirinin müşaviri Osman Okur və Türkiyənin Gəbzə Texniki Universitetinin rektoru Hacı Ali Mantar da iştirak edib. Görüş zamanı “Bayraktar Technologies Azerbaijan” şirkəti ilə birgə əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Bayraktar Technologies Azerbaijan” şirkətinə səfər edib. Səfərdə müdafiə ..

2026-04-18
AzTU

İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlığa dair Memorandum imzalanıb

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında elmi-tədqiqat, kadr hazırlığı ilə bağlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.  Memoranduma uyğun olaraq elmi-tədqiqat, kadr hazırlığı, istehsalat təcrübələrinin, mentorluq və məsləhət xidmətlərinin təşkili istiqamətində əməkdaşlıq nəzərdə tutulur.  Sənədi İZİA-nın İdarə Heyətinin sədri Seymur Adıgözəlov və AzTU-nun rektoru Vilayət Vəliyev imzalayıblar.

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında elmi-tədqiqat, kadr hazırlığı ilə bağlı əmə ..

2026-04-17
AzTU

AzTU nümayəndələri Özbəkistanın Səmərqənd şəhərində beynəlxalq təhsil sərgisində istirak edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah və şöbənin Əcnəbi tələbələrin qəbulu sektorunun baş mütəxəssisi Müşviq Mehbalıyev Özbəkistanın Səmərqənd şəhərində keçirilən beynəlxalq təhsil sərgisində istirak edib. Sərgi çərçivəsində Özbəkistandan olan iştirakçılara AzTU-nun təhsil imkanları və qəbul şərtləri haqqında məlumat verilib.

Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah və şöbənin Əcnəbi tələbələrin qəbulu sektorunun baş mütəxəssisi Müşviq Mehbal ..

2026-04-17
AzTU

AzTU nümayəndələri Özbəkistanda beynəlxalq təhsil sərgisində istirak edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxalq əlaqələr şöbəsinin Əcnəbi tələbələrin qəbulu sektorunun müdiri Sevinc Absalamlı və Maşınqayırma və metallurgiya fakültəsinin dekan müavini Anar Hacıyev Özbəkistanın Daşkənd şəhərində keçirilən beynəlxalq təhsil sərgisində istirak edib.Sərgi çərçivəsində Özbəkistandan olan iştirakçılara AzTU-nun təhsil imkanları və qəbul şərtləri haqqında məlumat verilib.    

Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxalq əlaqələr şöbəsinin Əcnəbi tələbələrin qəbulu sektorunun müdiri Sevinc Absalamlı və Maşınqayırma və metallurgiya fakültəsini ..

2026-04-17
AzTU

AzTU-da “Metro Hackathon” layihəsi ilə bağlı infosessiya keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) “Metro Hackathon” layihəsi ilə bağlı infosessiya keçirilib. AzTU İnkubasiya Mərkəzinin koordinatoru Azad Musayev infosessiya barədə tələbələrə məlumat verib. Bildirib ki, layihə “Bakı Metropoliteni” QSC və “SUP.VC” şirkətinin birgə təşkilatçılığı ilə keçiriləcək. İnfosessiya çərçivəsində hakatonun məqsədi, iştirak qaydaları, texnoloji çağırışlar və mükafat fondu barədə məlumatlar da tələbələrin diqqətinə çatdırılıb. “Bakı Metropoliteni” QSC-nin Texnologiya və Data Analitika departamentinin rəis müavini Vüsal Əlizadə layihənin texnoloji istiqamətləri və əsas hədəfləri haqqında təqdimatla çıxış edib. Qeyd edib ki, süni intellekt (AI) əsaslı bu proqram metroda sərnişin axının səmərəli idarə olunması, sıxlığının azaldılması, balanslaşdırılma və bir çox məqsədi daşıyır və gənclərin innovativ ideyalarını real vəziyyətlərə tətbiq edilə bilən innovativ texnoloji həllərə çevirməyə yönəlib. Layihə çərçivəsində iştirakçılar Bakı Metropoliteninin real məlumat bazasından istifadə edərək 7 istiqamət üzrə süni intellekt əsaslı həllər hazırlayacaqlar: məlumatların proqnozlaşdırılması, “ağıllı keçid” idarəetməsi, eskalator yükünün balanslaşdırılması, platformalarda sərnişin paylanması, dinamik interval tənzimlənməsi, minmə-düşmə prosesinin optimallaşdırılması və metro şəbəkəsinin mini “rəqəmsal əkiz” (Digital Twin) modeli. “Bakı Metropoliteni” QSC-nin İstedadların idarə edilməsi şöbəsinin əməkdaşı Eldar Əlizadə layihənin qeydiyyat və seçim mərhələləri barədə iştirakçılara ətraflı məlumat verib. Bildirilib ki, Bakı Metropoliteni tarixində ilk dəfə olaraq şəhərin tam mərkəzində – “İçərişəhər” stansiyasında təşkil ediləcək bu intensiv yarışma üç gün davam edəcək, final mərhələsi isə Metropolitenin Texnoloji korpusunda təşkil olunacaq. Layihə iştirakçılara real məlumatlarla işləmək, ölkənin qabaqcıl ekspertlərindən mentorluq almaq və innovativ layihələrini təqdim etmək imkanı üçün geniş fürsət yaradacaq. Sonda tələbələrin sualları cavablandırılıb.

Azərbaycan Texniki Universitetində (AzTU) “Metro Hackathon” layihəsi ilə bağlı infosessiya keçirilib. AzTU İnkubasiya Mərkəzinin koordinatoru Azad Musayev infosessiya barədə tələbə ..

2026-04-16
AzTU

AzTU-da “Dekada İdeaton” layihəsinin təqdimatı keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) fəaliyyətə başlamasının 10 illiyi münasibətilə həyata keçirilən “Dekada İdeaton” layihəsinin təqdimatı olub.   Tədbirdə RİİB nümayəndələri layihənin məqsədi, iştirak şərtləri, seçim mərhələləri və gözlənilən nəticələr barədə geniş məlumat verib. Bildirilib ki, layihə süni intellekt və innovativ yanaşmalar vasitəsilə aktual sosial problemlərə yaradıcı həllər təklif edə bilən gənclərin üzə çıxarılmasını və onların inkişafının dəstəklənməsini hədəfləyir. “Dekada İdeaton” çərçivəsində 60 iştirakçıdan ibarət 10 komandanın formalaşdırılması və komandaların müxtəlif sosial problemlərə təklif etdikləri innovativ həllər üzərində işləməsi nəzərdə tutulur. Sonda tələbələrin sualları cavablandırılıb.

Azərbaycan Texniki Universitetində (AzTU) “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) fəaliyyətə başlamasının 10 illiyi münasibətilə həyata keçirilən “Dekada İdeaton” layi ..

2026-04-16