Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin 2-ci kurs tələbəsi İlahə Kərimovanın rəsm sərgisi keçirilib.
Sərgi 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunub.
AzTU rektoru Vilayət Vəliyev, universitetin nümayəndələri və tələbələri sərgi ilə tanış olub, gənc rəssama yaradıcılıq uğurları arzulayıblar.