Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News Azərbaycan Texniki Universiteti ilə Gəbzə Texniki Universiteti arasında ikili diplom proqramı haqqında protokol imzalanıb

Azərbaycan Texniki Universiteti ilə Gəbzə Texniki Universiteti arasında ikili diplom proqramı haqqında protokol imzalanıb

15.04.2026     48     AzTU

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin Gəbzə Texniki Universiteti (GTU) arasında materiallar mühəndisliyi ixtisasının enerji və enerji tutumlu materiallar ixtisaslaşması üzrə magistratura səviyyəsində ikili diplom proqramı haqqında protokol imzalanıb.

İmzalanma mərasimində müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov, elm və təhsil nazirinin müavini İdris İsayev, AzTU-nun rektoru professor Vilayət Vəliyev, GTU-nun rektoru professor Hacı Ali Mantar, professor-müəllim heyəti, həmçinin digər rəsmi şəxslər iştirak ediblər.

Sənəd Elm və Təhsil Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyi arasında mövcud olan müdafiə sənayesi üçün kadr hazırlığı sahəsində əməkdaşlıq haqqında Memorandum çərçivəsində imzalanıb.

İkili diplom proqramı haqqında protokolda müdafiə sənayesi üçün mühəndis kadr hazırlığının gücləndirilməsi, universitet-sənaye əlaqələrinin inkişafı, elmi-tədqiqat fəaliyyətlərinin genişləndirilməsi və beynəlxalq təcrübənin tətbiqi istiqamətlərinin praktiki icrası nəzərdə tutulub.

V.Vəliyev və H.A.Mantar tərəfindən imzalanan sənəddə qeyd olunan proqram ölkədə yüksək texnologiyalar və müdafiə sənayesi üzrə insan kapitalının inkişafına, ali təhsil sisteminin beynəlxalq rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verəcək.

İmzalanma mərasimindən sonra GTU-nun rektoru professor Hacı Ali Mantar AzTU-nun laboratoriyaları və mərkəzləri ilə tanış olub. 


Related news