Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-da Aprel döyüşlərinin 10-cu ildönümü münasibətilə “Zəfərə gedən yol” adlı tədbir keçirilib

AzTU-da Aprel döyüşlərinin 10-cu ildönümü münasibətilə “Zəfərə gedən yol” adlı tədbir keçirilib

13.04.2026     50     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) və "Şəhid Analarına Dəstək" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın qəhrəmanlıq tarixində xüsusi yer tutan Aprel döyüşlərinin 10-cu ildönümü münasibətilə “Zəfərə gedən yol” adlı tədbir keçirilib.

Əvvəlcə müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Aprel döyüşlərini əks etdirən videoçarx nümayiş olunub. 

"Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədri, şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova, millət vəkili Rizvan Nəbiyev, AzTU-nun Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev, filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova, yazıçı, aprel şəhidlərinə həsr olunmuş "Qalibiyyət" kitabının müəllifi Aida Eyvazlı, Bakı şəhəri 34 nömrəli tam orta məktəbin direktoru, şəhid Sənan Axundovun xanımı Nəcibə Axundova, Xüsusi təyinatlı qüvvələrin mənsubu, Aprel döyüşlərinin iştirakçısı, ehtiyyatda olan hərbi qulluqçu Elvin Orucov çıxış edərək Aprel döyüşlərinin əhəmiyyətindən, şəhidlərimizin qəhrəmanlığından bəhs ediblər.

Çıxış edənlər Aprel döyüşlərində qəhrəmancasına şəhidlik zirvəsinə yüksələn AzTU-nun 4 məzunu - Əbdülməcid Axundov, Müşfiq Orucov, Elvin Mirzəyev, Mahir Quliyev, həmçinin bütün şəhidlərin qəhrəmanlığının gənc nəslə örnək olduğunu qeyd ediblər.

Tədbir mədəniyyət və incəsənət nümayəndələrinin, həmçinin AzTU-nun tələbə və məzunlarının ifalarında qəhrəmanlıq mövzusunda mahnı və şeirlər səsləndirilib.


Related news