Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU prorektoru İstanbulda beynəlxalq tədbirdə çıxış edib

AzTU prorektoru İstanbulda beynəlxalq tədbirdə çıxış edib

10.04.2026     42     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) tədrris işləri üzrə prorektoru Nurəli Yusifbəyli İstanbulda Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı üzrə "Yaşıl Bacarıqların İnkişafının Gücləndirilməsi" regional texniki yardım layihəsi çərçivəsində yaradılan Bacarıqların İnkişafı İşçi qrupunun 3-cü illik görüş və seminarında iştirak edib.

Tədbirdə çıxış edən prorektor Nurəli Yusifbəyli təhsil müəssisələri, dövlət qurumları və özəl sektor arasında institusional əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi, praktik yönümlü tərəfdaşlıqların formalaşdırılması, təcrübə və mübadilə proqramlarının təşkili və genişləndirilməsi, bu proqramların effektivliyinin artırılması və regional səviyyədə koordinasiyası ilə bağlı məruzə edib.

Beynəlxalq tədbirdə yaşıl bacarıqların inkişafı üzrə milli təhsil proqramlarının və strateji sənədlərin təkmilləşdirilməsi, mikro-kvalifikasiyalar və qısamüddətli təlim proqramlarının ali  və peşə təhsili sistemlərinə inteqrasiyasının genişləndirilməsi, təhsil proqramlarının hazırlanmasında əmək bazarının real tələblərinin nəzərə alınmasının məqsədəuyğun hesab olunub.


Related news