Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU rektoru “Clarivate”in növbəti verbinarının "Ustadla görüş: Tədqiqatda keyfiyyətdə doğru" rubrikasının xüsusi qonağı olub

AzTU rektoru “Clarivate”in növbəti verbinarının "Ustadla görüş: Tədqiqatda keyfiyyətdə doğru" rubrikasının xüsusi qonağı olub

30.04.2026     80     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev qlobal transformativ şirkət olan “Clarivate”in "Akademik süni intellektdən düzgün istifadə: Süni intellekt dəstəkli, tədqiqatyönümlü Clarivate tətbiqləri" mövzusunda onlayn vebinarının "Ustadla görüş: Tədqiqatda keyfiyyətdə doğru" rubrikasının xüsusi qonağı olub.

“Clarivate” tarixində ilk dəfə şirkətin müştəri məmnuniyyətləri üzrə məsləhətçisi Xəyalə Hacıyevanın təşəbbüsü ilə Azərbaycanda təşkil olunan "Ustadla görüş: Tədqiqatda keyfiyyətdə doğru" rubrikasında ölkənin müxtəlif universitet və institutları, həmçinin xaricdə yaşayan azərbaycanlı tədqiqatçılar da daxil olmaqla ümumilikdə 600-dən çox iştirakçı iştirak edib.

“Clarivate”in əməkdaşı Xəyalə Hacıyeva bildirib ki, rubrikanın əsas məqsədi Azərbaycanın elm, təhsil və tədqiqatının inkişafında önəmli rolu olan şəxsiyyətlərlə akademik heyəti bir araya gətirmək, təcrübə və məsləhətlərdən yararlanmaqdır.

Vebinar zamanı AzTU rektoru Vilayət Vəliyev süni intellektin elm və təhsildə rolundan danışıb. Bildirib ki, süni intellekt düzgün və yerində istifadə edildikdə həm vaxtın idarə olunması, həm də böyük həcmli datalar içərisində təhlillərin aparılması asanlaşır.

Süni intellektin daha yaradıcı ruhlu insanların formalaşmasında əhəmiyyətli rolunu qeyd edən rektor, bu alətlərdən istifadə zamanı keyfiyyət indikatorlarının (KPI) vacibliyini xüsusi vurğulayıb.

Qeyd edək ki, bu vebinarlar seriyası tədqiqata və akademik inkişafa dəstək məqsədilə “Clarivate” şirkəti tərəfindən dünyanın 180-dən çox ölkəsində fərqli dillərdə keçirilir və sertifikatlıdır.


Related news