Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News Özbəkistan Milli Universitetinin professoru AzTU-da olub

Özbəkistan Milli Universitetinin professoru AzTU-da olub

28.04.2026     61     AzTU

Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetinin İnformasiya təhlükəsizliyi kafedrasının professoru İbrahimali Normatov Azərbaycan Texniki Universitetində (AzTU) olub.

Professor İbrahimali Normatov AzTU-nun İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin tələbələri və professor-müəllim heyəti üçün “İnformasiya təhlükəsizliyində riyazi yanaşmaların tətbiqləri”, “Fəaliyyət cədvəlləri əsasında təhdidlərin aşkarlanması və zərərsizləşdirilməsi sisteminin işlənməsi”, “Sonlu qraflarda bəzi paylanmalar üzrə kvadratik stoxastik operatorların qurulması alqoritmləri” mövzularında mühazirələr oxuyub.

Səfər çərçivəsində İnformasiya texnologiyaları və telekommunikasiya fakultəsinin dekanı Leyla Məmmədova və fakültənin professor-müəllim heyəti ilə görüşən özbəkistanlı professor birgə tədqiqatların həyata keçirilməsi ilə bağlı müzakirələr aparıb.


Related news