Azərbaycan Texniki Universitetində (AzTU) “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) fəaliyyətə başlamasının 10 illiyi münasibətilə həyata keçirilən “Dekada İdeaton” layihəsinin təqdimatı olub.
Tədbirdə RİİB nümayəndələri layihənin məqsədi, iştirak şərtləri, seçim mərhələləri və gözlənilən nəticələr barədə geniş məlumat verib.
Bildirilib ki, layihə süni intellekt və innovativ yanaşmalar vasitəsilə aktual sosial problemlərə yaradıcı həllər təklif edə bilən gənclərin üzə çıxarılmasını və onların inkişafının dəstəklənməsini hədəfləyir. “Dekada İdeaton” çərçivəsində 60 iştirakçıdan ibarət 10 komandanın formalaşdırılması və komandaların müxtəlif sosial problemlərə təklif etdikləri innovativ həllər üzərində işləməsi nəzərdə tutulur.
Sonda tələbələrin sualları cavablandırılıb.