Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU tələbələri təqaüd proqramının qalibi olub

AzTU tələbələri təqaüd proqramının qalibi olub

06.03.2026     71     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma və metallurgiya fakültəsinin tələbələri Anabacı Əmiraslanova və Nurcan Abuzərova, eləcə də İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin tələbəsi Elman Həmidov Alman Akademik Mübadilə Xidmətinin Almaniyanın Berlin Mədəniyyətlərarası Kommunikasiya İnstitutu, Göttingen Universiteti və Bremen Univeristetində təşkil olunacaq tələbələr üçün yay dil kurslarında iştirak üçün təqaüd qazanıb. Proqram çərçivəsində kurslarda iştirak tələbələrin alman dili biliklərini gücləndirəcək və onlara yeni akademik əlaqələr qurmağa fürsət yaradacaq.

Tələbələrlə görüşən AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov, Xarici dillər kafedrasının müdiri professor Səbinə Alməmmədova, Alman Mühəndislik Məktəbinin rəhbəri Ərəstun Məmmədov, Alman Mühəndislik Məktəbinin alman dili müəllimi Klaudio Kasperl və Maşınqayırma və metallurgiya fakültəsinin dekan müavini Anar Hacıyev onlara uğurlar arzulayıb.


Related news