Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU və TAU kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

AzTU və TAU kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

26.02.2026     60     AzTU

Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Texniki Universiteti (AzTU) və Türkiyə-Azərbaycan Universitetinin (TAU) kollektivi fevralın 26-da Xocalı soyqırımı abidəsini ziyarət edib.

Soyqırımı abidəsinin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının əziz xatirəsi ehtiramla anılıb.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.


Related news