Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

AzTU

“Təhsildə keyfiyyət göstəriciləri” mövzusunda təlim keçirilib

AzTU-da akademik heyət üçün “Təhsildə keyfiyyət göstəriciləri” mövzusunda təlim keçirilib. “Erasmus+ KA2” proqramı üzrə “Azərbaycan və Rusiya ali təhsil müəssisələrində tədris, təlim və qiymətləndirmə prosesinin daxili keyfiyyət təminatının təkmilləşdirilməsi” (IQAinAR) layihəsi çərçivəsində təşkil olunan təlim Keyfiyyətin təminatı şöbəsinin müdiri Pərvanə Mövsümova tərəfindən aparılıb. Əvvəlcə iştirakçılara layihə haqqında ümumi məlumat verilib və əldə olunan nəticələrdən bəhs olunub. Daha sonra təhsilin keyfiyyətinin təmin olunması ilə əlaqədar əsas göstəricilər, onların tədris prosesinə inteqrasiyası və qiymətləndirilməsi üsullarından danışılıb. İnterkativ şəkildə davam edən təlimlərdə AzTU-nun müxtəlif kafedralarının akademik heyəti iştirak edib. Sonda praktiki tapşırıq üzərindən qrup işi təşkil edilərək iştirakçıların sualları cavablandırılıb.

AzTU-da akademik heyət üçün “Təhsildə keyfiyyət göstəriciləri” mövzusunda təlim keçirilib. “Erasmus+ KA2” proqramı üzrə “Azərbaycan və Rusiya ali təhsil müəssisələrind ..

2024-12-28
AzTU

AzTU əməkdaşlarının layihəsi qrant müsabiqəsinin qalibi olub

Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin Enerji effektivliyi və yaşıl enerji texnologiyaları kafedrasının əməkdaşlarının layihəsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş 6-cı qrant müsabiqəsinin qalibi olub.   “Pyezoelektrik materiallardan istifadə olunmaqla elektrik enerjisi istehsalının və tətbiq sahələrinin tədqiqi” adlı layihənin maliyyə həcmi 16704 manatdır. Layihənin məqsədi pyezoelektrik materiallarından alınan elektrik enerjisinin tətbiq sahələrinin genişləndirilməsidir.

Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin Enerji effektivliyi və yaşıl enerji texnologiyaları kafedrasının əməkdaşlarının layihəsi Kiçik və Orta ..

2024-12-28
AzTU

AzTU Elmi şurasının 2024-cü ildə sonuncu iclası keçirilib

AzTU Elmi şurasının 2024-cü ildə sonuncu genişləndirilmiş iclası keçirilib. Əvvəlcə dekabrın 25-də “Azərbaycan Hava Yolları” şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Rəqəmsal Transformasiya Şurasının əsasnaməsi təsdiq edilib. Rektorun yanında Beynəlxalq Məşvərət Şurasının yaradılması ilə bağlı qərar qəbul olunub. Universitetin beynəlxalq reytinqlərdə və akademik nüfuzun artırılması ilə bağlı görüləcək işlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

AzTU Elmi şurasının 2024-cü ildə sonuncu genişləndirilmiş iclası keçirilib. Əvvəlcə dekabrın 25-də “Azərbaycan Hava Yolları” şirkətinə məxsus Bakı-Qroznı istiqamətində u ..

2024-12-28
AzTU

AzTU-da universitet-sənaye əməkdaşlığı çərçivəsində növbəti elmi seminar keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) Maşınqayırma və robototexnika fakültəsinin təşkilatçılığı ilə elmi seminar keçirilib. Əvvəlcə dekabrın 25-də “Azərbaycan Hava Yolları” şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. “Mühəndislik hazırlığında elm, təhsil və istehsalat əlaqələri - XXI əsrin çağırışları və yeni vəzifələr” mövzusunda keçirilən elmi seminarda AzTU-nun tədris işləri üzrə prorektoru Nurəli Yusifbəyli, kafedra müdirləri, professor-müəllim heyəti, əməkdaş və tələbələri, həmçinin “Hidroservice Engineering” MMC, “Bakı Gəmiqayırma Zavodu” MMC, “Zəhmət-Ruzi” MMC, Müdafiə Sənayesi Nazirliyi nəzdində “İqlim elmi-istehsalat müəssisəsi”, “Suraxanı Maşınqayırma Zavodu” ASC, “Coca-Cola” şirkəti, “STP” şirkətlər qrupu, “Azərtexnolayn” MMC-nin polad boru zavodu, “Qala Qoçu” MMC, “AzərSun” MMC-nin nümayəndələri iştirak ediblər. Çıxış edənlər universitet-sənaye əməkdaşlığının perspektivləri, birgə layihələr və elmi-tədqiqat işlərinin aparılmasında iştirak imkanları, eləcə də real fərdi tapşırıqlar üzrə təhsilalanların istehsalat təcrübələrinin təşkili ilə bağlı təkliflər səsləndiriblər. Seminarın sonunda tərəflər universitet-sənaye əməkdaşlığı çərçivəsində informasiya mühitinin yaradılması istiqamətində birgə addımların atılması ilə bağlı ilkin razılıq əldə ediblər.

Azərbaycan Texniki Universitetində (AzTU) Maşınqayırma və robototexnika fakültəsinin təşkilatçılığı ilə elmi seminar keçirilib. Əvvəlcə dekabrın 25-də “Azərbaycan Hava Yollar ..

2024-12-27
AzTU

AzTU tələbələri “Bayraktar Teknoloji Azərbaycan”da təcrübə keçəcəklər

"Bayraktar Teknoloji Azərbaycan" MMC-nin direktoru Hüseyn Topuzun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetini (AzTU) ziyarət edib. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər. Görüşdə AzTU ilə “Bayraktar Teknoloji Azərbaycan” MMC arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub. Tələbələrin şirkətdə təcrübə keçmələri üçün geniş imkanların olduğu vurğulanıb. Qeyd olunub ki, “Bayraktar Teknoloji Azərbaycan” MMC AzTU-nun müvafiq ixtisaslarında təhsil alan tələbələrinin şirkətin təcrübə proqramlarında iştirakında maraqlıdır.

"Bayraktar Teknoloji Azərbaycan" MMC-nin direktoru Hüseyn Topuzun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetini (AzTU) ziyarət edib. Qonaqlar AzTU-nun rektoru Vilayət ..

2024-12-27
AzTU

Tələbələrin iş imkanlarının artırılması məqsədilə görüş keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Karyera və Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyindəki İnformasiya-Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) nümayəndələri ilə görüş keçirilib. Məqsəd tələbələrin peşəkar inkişafına dəstək olmaq və onları potensial karyera imkanları barədə məlumatlandırmaq olub. Görüş zamanı AzTU tələbələrinə İKTA-nın fəaliyyəti haqqında ətraflı məlumat verilib, daha sonra agentlikdə mövcud iş imkanları və təcrübə proqramları barədə təqdimatlar edilib. Qeyd edək ki, AzTU-da universitet-sənaye əməkdaşlığının inkişafı çərçivəsində görülən işlərə uyğun olaraq, Karyera və Məşğulluq Mərkəzi tələbələrin əmək bazarına inteqrasiyası və ixtisaslarına uyğun iş imkanlarını artırmaq məqsədilə müxtəlif müəssisə, şirkət və dövlət qurumları ilə mütəmadi görüşlər təşkil edir.

Azərbaycan Texniki Universitetinin (AzTU) Karyera və Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyindəki İnformasiya-Kommuni ..

2024-12-27
AzTU

Atatürk Universitetinin müəllimi AzTU-da mühazirə deyib

Atatürk Universitetinin İnformasiya sistemləri və texnologiyaları kafedrasının dosenti Hamza Polat “Erasmus+” mübadilə proqramı çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) səfərdə olub. AzTU-nun Kompüter texnologiyaları kafedrasının akademik heyətilə görüşən qonaq kafedranın tədris infrastrukturu, texniki bazası və laboratoriyaları ilə yaxından tanış olub, birgə layihələrin həyata keçirilməsi istiqamətində müzakirələr aparıb. Hamza Polat AzTU-nun kompüter elmləri ixtisası üzrə təhsil alan magistr tələbələrinə “Generativ süni intellekt və insan tərəfindən verilən rəylərin və qiymətləndirmənin müqayisəsi” mövzusunda mühazirə deyib.

Atatürk Universitetinin İnformasiya sistemləri və texnologiyaları kafedrasının dosenti Hamza Polat “Erasmus+” mübadilə proqramı çərçivəsində Azərbaycan Texniki Universitetində (Az ..

2024-12-27
AzTU

AzTU əməkdaşının növbəti master klassı təşkil edilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Dayanıqlı İnkişaf İnstitutunun əməkdaşı İqor Nasirovun "Azərbaycanın Dünyanın Yaşıl Gələcəyinə Artan Töhfəsi” (Growing Contribution of Azerbaijan to Earth’s Green Future) adlı növbəti master klassı onlayn formatda təşkil edilib. "COP29-Azərbaycan: İqlim Dəyişikliyi üzrə Bakı Konfransının Nəticələri" ("COP29-Azerbaijan: Outcomes of the Baku Climate Change Conference") adlanan sonuncu master klassda Bakıda keçirilən COP29 tədbirinin Azərbaycan üçün əhəmiyyəti, orada keçən əsas debatlar, verilən qərarlar və növbəti tədbir üçün həll edilməmiş məsələlərdən bəhs olunub.  Tədbirlər silsiləsinin əsas məqsədi COP29-un müxtəlif aspektlərini və onun qlobal iqlim gündəliyinə uyğunluğunu araşdırmaq və strategiayalarının təhlilini elmi tədqiqatçıların, professor-müəllim heyətinin, tələbələrin diqqətinə çatdırmaq olub. Tədbirdə qlobal tendensiyalar və təcrübələr, Azərbaycanın yaşıl dünyaya verəcəyi töhfələr, COP29-da Azərbaycanda icra olunan layihələr, “yaşıl gələcəyə” verəcəyi töhfə haqqında bacarıqlarını inkişaf etdirmək istiqamətində geniş müzakirələr aparılıb.Master klassın xüsusi qonağı BMT SDSN Türkiyə üzrə koordinatoru, davamlılıq və iqlim araşdırmaçısı Bahar Özay məruzə ilə çıxış edib.

Azərbaycan Texniki Universitetinin (AzTU) Dayanıqlı İnkişaf İnstitutunun əməkdaşı İqor Nasirovun "Azərbaycanın Dünyanın Yaşıl Gələcəyinə Artan Töhfəsi” (Growing Contribution o ..

2024-12-24
AzTU

AzTU-nun Rəqəmsal Transformasiya Şurasının yeni tərkibdə toplantısı keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Rəqəmsal Transformasiya Şurasının yeni tərkibdə toplantısı keçirilib. Toplantıda Azərbaycan Fintex Assosiasiyasının və İT şirkətlərin rəhbərləri, ekspertlər, beynəlxalq şirkətlərin təmsilçiləri və universitetin nümayəndələri iştirak ediblər . AzTU-nun rektoru Vilayət Vəliyev Rəqəmsal Transformasiya Şurasının universitetin fəaliyyətində rolunun artırılmasının vacibliyini vurğulayıb. O, Transformasiya Şurasına biznes sektorundan qurumların cəlb olunmasının universitet-biznes əməkdaşlığı baxımından əhəmiyyətli olacağını bildirib. Rektor Transformasiya Şurasına biznes sektorunun nümayəndəsinin rəhbərlik etməsini də universitet-sənaye işbirliyinin gücləndirilməsi baxımından faydalı hesab edib. Universitetin rəqəmsal transformasiyası, proqramların məzmununun təkmilləşdirilməsi, əmək bazarının tələblərinə cavab verən peşəkar kadrların hazırlanması üçün Transformasiya Şurasından gözləntilərin çox olduğu diqqətə çatdırılıb. Toplantıda təşkilati məsələlərə baxılıb və “Akhundoff Group” şirkətinin direktoru Telman Axundov Rəqəmsal Transformasiya Şurasının sədri seçilib. Daha sonra çıxış edənlər universitetin rəqəmsal trasformasiyasında, resurslardan effektiv istifadə sahəsində, proqramların məzmununun təkmilləşməsində, universitet-biznes tərəfdaşlığının gücləndirilməsi istiqamətində faydalı təkliflər səsləndiriblər. Tədbir çərçivəsində Transformasiya Şurasının fəaliyyətinin təşkili ilə bağlı işçi qrup formalaşdırılıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) Rəqəmsal Transformasiya Şurasının yeni tərkibdə toplantısı keçirilib. Toplantıda Azərbaycan Fintex Assosiasiyasının və İT şirkətlərin rəh ..

2024-12-24
AzTU

AzTU ilə Niğde Ömer Halisdemir Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin Niğde Ömer Halisdemir Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu AzTU-nun rektoru professor Vilayət Vəliyev və Niğde Ömer Halisdemir Universitetinin rektoru professor Hasan Uslu imzalayıblar. Sənədə əsasən, hər iki universitetin uyğun sahələr üzrə birgə tədqiqat aparması, müəllim-tələbə mübadiləsi, birgə layihələrdə iştirakı nəzərdə tutulur.

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin Niğde Ömer Halisdemir Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu AzTU-nun rektoru professor Vilayət Vəliye ..

2024-12-23