Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

AzTU

“Bilişim Vadisi Bakı”ya üzv olan şirkət nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) yerləşən “Bilişim Vadisi Bakı” Mərkəzinə üzv olan 20 şirkətin nümayəndələri ilə görüş keçirilib. “Bilişim Vadisi Bakı”nın direktoru Qamət Kərimov qonaqları salamlayaraq, görüşün əsas məqsədinin dövlət-universitet-sənaye sahəsində əməkdaşlıq imkanlarının qurulması, innovativ layihələrin həyata keçirilməsi istiqamətində müzakirələrin aparılması olduğunu bildirib.  AzTU-nun rektoru Vilayət Vəliyev dünyada texnopark anlayışının çox əhəmiyyətli məsələyə çevrildiyini bildirib. Rektor Bilişim Vadisi ilə əməkdaşlığın əsas hədəfinin Bilişim Vadisinə üzv şirkətlərin AzTU, eləcə də digər universitetlərə müəyyən texnoloji dəstəyin verilməsi olduğunu vurğulayıb. Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun yaranması, əsas fəaliyyət istiqamətləri, hazırda icra edilən layihələr haqqında görüş iştirakçılarını məlumatlandırıb. Təhsilin İnkişafı Fondunun həm dövlət, həm özəl şirkətlər ilə əməkdaşlığa açıq olduğunu qeyd edən sədr, tərəfdaşlarla birgə sosial və biznes yönlü layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. Elnur Nəsibov iclasın keçirildiyi AzTU-da yerləşən Davamlı İnkişaf Mərkəzinin də Fondla əməkdaşlıq çərçivəsində qurulduğunu qeyd edib. Görüş “Bilişim Vadisi Bakı”ya üzv olan şirkət nümayəndələrinin təqdimatları və müzakirələrlə davam edib.

Azərbaycan Texniki Universitetində (AzTU) yerləşən “Bilişim Vadisi Bakı” Mərkəzinə üzv olan 20 şirkətin nümayəndələri ilə görüş keçirilib. “Bilişim Vadisi Bakı”nın di ..

2024-02-14
AzTU

İkinci “Yüksəliş” müsabiqəsinin qalibi Xanbaba Sultanlı Mentorluq proqramı çərçivəsində AzTU tələbəsi ilə görüşüb

“Yüksəliş” müsabiqəsi qaliblərinin tələbələrlə Mentorluq proqramı çərçivəsində növbəti görüşü keçirilib. İkinci “Yüksəliş” müsabiqəsinin qalibi Xanbaba Sultanlı proqrama qəbul olunan Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsinin 4-cü kurs tələbəsi Sənan Veysəlovla tanışlıq görüşü keçirib. Görüşdə Xanbaba Sultanlı öz bacarıqlarını inkişaf etdirmək, yeni biliklər əldə etmək, karyera hədəflərini düzgün müəyyənləşdirmək barədə atılacaq ilkin addımlardan bəhs edib. Yeni layihələrin uğurlu icrası, innovativ texnologiyalardan istifadə edərək rəqabət qabiliyyətini gücləndirmək məqsədilə aparılan islahatlar barədə məlumat verib, AzTU tələbəsinin bu mövzuda fikirlərini dinləyib. O, Mentorluq proqramının gələcək gedişatı ilə əlaqədar atılacaq addımları bölüşüb.  AzTU tələbəsi Sənan Veysəlov isə öz növbəsində ixtisas artımı istiqamətində yararlı olacaq layihələrdə iştirak etməkdə maraqlı olduğunu qeyd edib, Mentorluq proqramı çərçivəsində yaradılan imkana və səmimi görüşə görə təşəkkürünü bildirib.   Tələbələr üçün Mentorluq proqramının əsas məqsədi 3-cü və 4-cü kurs tələbələrinin “Yüksəliş” müsabiqəsinin qaliblərinin idarəçilik təcrübəsindən yararlanmasını və gələcək karyera fəaliyyəti ilə bağlı tövsiyələr almasını təmin etməkdir. Mentorluq proqramının sonunda “Yüksəliş” müsabiqəsinin qalibləri tərəfindən tələbələrə tövsiyə məktubu təqdim ediləcək. “Yüksəliş” müsabiqəsinin təşəbbüsü ilə start götürən proqrama 65 nəfər tələbə qəbul olunub. Seçim tələbələrin tərcümeyi-halı və motivasiya məktublarına əsasən həyata keçirilib. Proqramın 2024-cü ilin iyun ayının sonunadək davam etməsi gözlənilir.  Onu da bildirək ki, tələbələrin tərcümeyi-halı və motivasiya məktublarının seçim üçün Mentorluq proqramına göndərilməsi AzTU-nun Karyera və Məşğulluq Mərkəzi tərəfindən həyata keçirilir. Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

“Yüksəliş” müsabiqəsi qaliblərinin tələbələrlə Mentorluq proqramı çərçivəsində növbəti görüşü keçirilib. İkinci “Yüksəliş” müsabiqəsinin qalibi Xanbaba Sultanlı ..

2024-02-09
AzTU

İstanbul Texniki Universitetinin nümayəndələri AzTU-da olub

Türkiyənin İstanbul Texniki Universitetinin (İTÜ) nümayəndələri Nafiz Ünlü və Ayhan Güzelyurt Azərbaycan Texniki Universitetini (AzTU) ziyarət edib. Qonaqları salamlayan rektor Vilayət Vəliyev AzTU və İTÜ arasında uzunmüddətli əməkdaşlığı qeyd edərək birgə tədris və tədqiqat layihələrinin, xüsusilə sənayeyönümlü təlim proqramlarının genişləndirilməsinin vacibliyini vurğulayıb. İTÜ-də həyata keçirilən təlim proqramları barədə ətraflı məlumat verən qonaqlar bu proqramların univesitet-sənaye əməkdaşlığının gücləndirilməsinə xidmət etdiyini bildiriblər. Görüşdə universitetlərdə sənayeyönümlü birgə təlim proqramlarının, habelə müxtəlif sənaye sahələri üçün konsaltinq xidmətlərinin təşkili məsələləri müzakirə olunub.

Türkiyənin İstanbul Texniki Universitetinin (İTÜ) nümayəndələri Nafiz Ünlü və Ayhan Güzelyurt Azərbaycan Texniki Universitetini (AzTU) ziyarət edib. Qonaqları salamlayan rektor Vilay ..

2024-02-08
AzTU

UniClad layihəsi çərçivəsində rəhbər heyətin növbəti görüşü Polşada keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaş olduğu Avropa Birliyinin “Erasmus+KA2” proqramının “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” (UniClaD) layihəsi çərçivəsində rəhbər heyətin növbəti görüşü Polşanın Poznan Həyat Elmləri Universitetində (PULS) keçirilib. Rəhbər heyətin görüşündə layihənin AzTU üzrə koordinatoru, elm və innovasiyalar üzrə prorektor Sübhan Namazov və Tədqiqat və inkişaf şöbəsinin müdiri Bəxtiyar Bədəlov iştirak ediblər. Görüşdə layihə çərçivəsində görülən işlər barədə məsul şəxslərin hesabatları dinlənilib, mövcud çətinliklər və görüləcək işlərlə bağlı müzakirələr aparılıb. Müzakirələr zamanı Avropanın tərəfdaş universitetlərində keçiriləcək təlim kursları barədə qərarlar qəbul olunub. Həmçinin AzTU-nun  magistr və doktorant tələbələrinin Avstriyanın Vyana şəhərində bir aylıq təlim kursu keçməsi qərara alınıb. Bundan başqa, layihə çərçivəsində rəhbər heyətin növbəti görüşlərindən birinin 2024-cü ilin sentyabr-oktyabr aylarında Azərbaycanda təşkili barədə razılığa gəlinib. Həmçinin layihənin bağlanış konfransının da bu ilin noyabrında Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib.

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaş olduğu Avropa Birliyinin “Erasmus+KA2” proqramının “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə baş ..

2024-02-05
AzTU

AzTU-nun rektoru Gənclər üçün Prezident mükafatına layiq görülən məzunla görüşüb

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Gənclər üçün Prezident mükafatına layiq görülən Metallurgiya və materşünaslıq fakültəsinin məzunu, Vətən müharibəsi iştirakçısı Ayxan Allahverdiyevlə görüşüb.   Görüşdə ölkədə aparılan gənclər siyasəti, xüsusilə Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan söhbət açılıb. Rektor qeyd edib ki, AzTU tələbələri kimi, məzunlar da universitet üçün doğmadır. Məzunların uğurları tələbələr üçün həm nümunədir, həm özünə inamın formalaşması baxımından stimuldur, həm də motivasiyadır. Rektor Gənclər üçün Prezident mükafatına layiq görülənlər siyahısında Ayxan Allahverdiyevin adının da olmasının universitet üçün qürurverici məqam olduğunu deyib, bu münasibətlə Ayxan Allahverdiyevi təbrik edib və ona gələcək işlərində uğurlar arzulayıb.   Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Ayxan Allahverdiyev Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. O, hazırda "Gənc Könüllülər" İctimai Birliyinin sədridir.

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Gənclər üçün Prezident mükafatına layiq görülən Metallurgiya və materşünaslıq fakültəsinin məzunu, Vətən mühari ..

2024-02-05
AzTU

AzTU-da 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan tədbir keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU)Həmkarlar İttifaqı Komitəsi (HİK) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan tədbir keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib. AzTU HİK sədri Elvin Bəxtiyarlı Gənclər Günü münasibətilə təbriklərini çatdırıb. Elvin Bəxtiyarlı ölkədə aparılan gənclər siyasəti və gənclərə göstərilən diqqət və qayğıdan danışıb.  O, qeyd edib ki, AzTU-da da il ərzində tələbə və gənc müəllimlərin bilik və bacarıqlarının, həmçinin innovativ ideyalarının təşkmilləşdirilməsi istiqamətində müxtəlif tədbirlər, interaktiv yarışlar keçirilir. Sonra çıxış edən AzTU-nun prorektoru Rəşad Əliyev və rektorun strateji məsələlər üzrə müşaviri Şəbnəm Məmmədova çıxış edərək gəncləri təbrik edib, onlara fəaliyyətlərində uğurlar və hər zaman öz üzərlərində çalışmağı arzulayıblar. Daha sonra Elvin Bəxtiyarlı qeyd edib ki, Gənclər Günü ərəfəsində bu il də HİK tərəfindən “AzTU Gəncləri-2” müsabiqəsi keçirilib. Müsabiqədə il ərzində namizədlik disseratasiyası müdafiə edən, elmi məqaləsi nəşr olunan, sosial aktivlik nümayiş etdirən, nizam-intizamı və universitetin fəaliyyətinə verdiyi töhfəyə görə fərqlənən gənc əməkdaşlar iştirak ediblər. Müsabiqənin nəticəsinə görə, Şəbnəm Hətəmova “İlin gələcək vəd edən gənci” nominasiyası üzrə III yerə, Günel Məmmədli “İlin peşəkar gənci” nominasiyası üzrə II yerə, Nuran Süleymanova isə “AzTU-da ilin gənc müəllimi” nominasiyası üzrə I yerə layiq görülərək “AzTU Gəncləri-2” müsabiqəsinin qalibi olub. Çıxışlardan sonra müsabiqənin qalibləri, eləcə də il ərzində nizam-intizamı və universitetin fəaliyyətinə verdiyi töhfəyə görə fərqlənən gənc əməkdaşlar fəxri fərman və hədiyyələrlə təltif olunublar. Bundan başqa, THİK-in və universitetin ictimai-sosial həyatında fərqlənən tələbələrə də AzTU THİK tərəfindən fəxri fərman təqdim olunub.

Azərbaycan Texniki Universitetində (AzTU)Həmkarlar İttifaqı Komitəsi (HİK) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gənc ..

2024-02-02
AzTU

AzTU Türkiyənin Kırıkkale Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru professor Vilayət Vəliyev və Türkiyənin Kırıkkale Universitetinin rektoru professor Ersan Aslanın iştirakı ilə onlayn görüş keçirilib. Görüşdə hər iki ali məktəbin nümayəndələri də iştirak edib. Əvvəlcə hər iki rektor rəhbərlik etdikləri ali məktəblər haqqında geniş məlumat verib. Görüşdə universitetlər arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub. Həmçinin sənayenin müxtəlif sahələrində birgə təqiqat imkanları, birgə məqalə nəşri, ikili diplom proqramına başlamaq üçün uyğun istiqamətlərin araşdırılması, müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Müzakirələrdən sonra iki universitet arasında yaxın zamanlarda əməkdaşlıq müqaviləsinin imzalanması barədə razılıq əldə olunub.

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru professor Vilayət Vəliyev və Türkiyənin Kırıkkale Universitetinin rektoru professor Ersan Aslanın iştirakı ilə onlayn görüş keçirilib. ..

2024-02-02
AzTU

AzTU-da ilk dəfə keçirilən “İNNOVATİV HƏLLƏR” hakatonunun qalibləri mükafatlandırıldı

Azərbaycan Texniki Universitetinin (AzTU) və AzTU-da yerləşən “Bilişim Vadisi Bakı”nın dəstəyi ilə “Intech Academy”nin təşkil etdiyi "İNNOVATİV HƏLLƏR" hakatonunun qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Mükafatlandırılma mərasimində çıxış edən AzTU-nun maliyyə və təsərrüfat işləri üzrə prorektoru Rəşad Əliyev hakatonla bağlı məlumat verib. Bildirib ki, AzTU-da ilk dəfə keçirilən “İNNOVATİV HƏLLƏR” hakatonunda tələbələr 3 kateqoriya (təhsil, yaşıl texnologiyalar və mobillik) üzrə həllər hazırlayıb və ümumilikdə 8 komanda olaraq təqdimat ediblər.  Təkliflər innovativlik, tətbiq edilmə, faydalılıq, dayanıqlılıq, təqdimat bacarığı üzrə geniş çeşidli meyarlara görə peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib. Münsiflər heyətində AzTU-nun maliyyə-təsərrüfat işləri üzrə prorektoru, Logistika və Nəqliyyat İnstitutunun direktoru, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin rəhbəri və KOBİA-nın şöbə müdiri, AzTU-da yerləşən “Bilişim Vadisi Bakı”nın rəhbəri, SmartTech İnnovatorlar Mərkəzinin direktoru ilə yanaşı Strateji inkişaf şöbəsinin əməkdaşı da iştirak edib. Onlar təklifləri və çıxışları geniş meyarlar üzrə qiymətləndiriblər.  Qeyd edək ki, hakatonun nəticələrinə əsasən, “EcoTech” komandası I, “VWind” komandası II, “Sıfırİki” komandası isə III yerə layiq görülüb. “Ən parlaq fikir” nominasiyasının qalibi isə “FeldTech” komandası olub.  İlk 3 yerə layiq görülən komandalar müvafiq olaraq 400, 250 və 200, “Ən parlaq fikir” nominasiyasının qalibi isə 150 manat məbləğində pul mükafatı ilə mükafatlandırılıb. Hakatonun bütün iştirakçılarına iştirakçı sertifikatı təqdim olunub.   2 gün davam edən hakatonda AzTU THİK təşkilati dəstək göstərib. Qeyd edək ki, qalib komandaların ideyalarını startapa çevirə bilməsi üçün Bilişim Vadisi tərəfindən mentorluq dəstəyi veriləcək.

Azərbaycan Texniki Universitetinin (AzTU) və AzTU-da yerləşən “Bilişim Vadisi Bakı”nın dəstəyi ilə “Intech Academy”nin təşkil etdiyi "İNNOVATİV HƏLLƏR" hakatonunun qaliblərin ..

2024-02-02
AzTU

AzTU TGT sədri "İlin TGT Sədri" mükafatına layiq görülüb

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Tələbə Gənclər Təşkilatlarının Forumu keçirilib.   Forumda Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Gənclər Təşkilatının (TGT) sədri Ruslan Qənbərov 2023-cü il "Heydər Əliyev İli" çərçivəsində ölkənin ictimai və sosial əhəmiyyətli, o cümlədən könüllü fəaliyyətinin təşkili və həyata keçirilməsində fəal iştirakına görə "İlin Tələbə Gənclər Təşkilatı Sədri" mükafatına layiq görülüb.   Bundan başqa, AzTU TGT-nin nəzdində fəaliyyət göstərən AzTUMUN klubu "İlin Tələbə Klubu", AzTU TGT-nin baş katibi Nigar Əliyeva isə "İlin TGT nümayəndəsi" nominasiyasının qalibi olub.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Tələbə Gənclər Təşkilatlarının Forumu keçirilib. ..

2024-02-02
AzTU

AzTU məzunu Gənclər üçün Prezident mükafatına layiq görülüb

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, Vətən müharibəsi iştirakçısı, "Gənc Könüllülər" İctimai Birliyinin sədri Ayxan Allahverdiyev Prezident İlham Əliyevin Sərəncamına əsasən, Gənclər üçün Prezident mükafatına layiq görülüb. Ayxan Allahverdiyev 2020-ci ildə AzTU-nun Metallurgiya və materialşünaslıq fakültəsini bitirib. Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Ayxan Allahverdiyev Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, Vətən müharibəsi iştirakçısı, "Gənc Könüllülər" İctimai Birliyinin sədri Ayxan Allahverdiyev Prezident İlham Əliyevin Sərəncamın ..

2024-02-01