Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

AzTU-da “Əbədi lider – Heydər Əliyev” həftəsinin açılış mərasimi keçirilib

Ulu öndər Heydər Əliyevin anım günü  ilə əlaqədar Azərbaycan Texniki Universiteti (AzTU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Tələbə gənclər təşkilatlarının (TGT) birgə təşəbbüsü ilə “Əbədi lider – Heydər Əliyev” həftəsinin açılış mərasimi keçirilib. AzTU-nun Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Humanitar fənlər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Həbib Mirzəyev, AzTU TGT sədri Ruslan Qənbərov, Dövlət Gömrük Komitəsinin Akademiyasının TGT sədri Osman Müşəyev, Azərbaycan Universiteti TGT sədri Rəsul Dadaşov, ADNSU TGT sədri Cavanşir Abdullayev və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının TGT sədri Ömər Sərxanlı çıxış ediblər.  Çıxışlarda ulu öndər Heydər Əliyevin azərbaycançılıq idealogiyası, gənclərə diqqət və qayğısı, həmçinin dahi şəxsiyyətin siyasi xəttinin gələcək nəsillərə örnək olduğu xüsusi vurğulanıb.

Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Texniki Universiteti (AzTU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan Universiteti, Dövlət Göm ..

2024-12-11
AzTU

Mediasiya Şurasının nümayəndəsi AzTU tələbələrinə təlim keçib

Azərbaycan Texniki Universitetinin (AzTU) Kommunikasiya şöbəsinin və 19 saylı Mediasiya Təşkilatının birgə təşkilatçılığı ilə tələbələr üçün “Kommunikasiya və mediasiya” mövzusunda təlim keçirilib. Tədbirdə çıxış edən AzTU-nun Kommunikasiya şöbəsinin müdiri Səfa Bağırov bildirib ki, ölkəmizdə mediasiya prosesinin tətbiqinə 2021-ci ildən başlanılmasına baxmayaraq, qısa müddət ərzində sözügedən istiqamətdə mühüm işlər həyata keçirilib. O, Mediasiya Şurasının yaradılmasını Azərbaycanda həyata keçirilən hüquqi islahatların uğurlu nəticələrindən biri kimi qiymətləndirib və tələbələr üçün təşkil olunan bu kimi tədbirlərin mediasiya institutunun təbliğində vacib rol oynadığını vurğulayıb. 19 saylı Mediasiya Şurasının rəhbəri Mehri Rzayeva təlim zamanı mediasiya prosesinin məqsəd və prinsiplərindən, onun tətbiq edildiyi sahələrdən, keyfiyyətli mediasiyanın mükəmməl kommunikasiyanın inkişafındakı rolundan və Mediasiya Şurasının funksiyalarından bəhs edib. Təlimçi çıxışı çərçivəsində kimlərin mediator ola biləcəyinə də aydınlıq gətirib. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) Kommunikasiya şöbəsinin və 19 saylı Mediasiya Təşkilatının birgə təşkilatçılığı ilə tələbələr üçün “Kommunikasiya və mediasiya” ..

2024-12-10
AzTU

AzTU professorları Türkiyədə beynəlxalq konfransda çıxış edib

Azərbaycan Texniki Universitetinin (AzTU) professorları Yadigar İmamverdiyev və Mehman Həsənov Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi, Türkiyə Mühəndislər Dərnəyinin təşkilatçılığı ilə keçirilən Türk Dünyasının Mühəndislik üzrə Beynəlxalq Zirvə Konfransında iştirak edib.  Mühəndislik sahəsində yeniliklərin, qabaqcıl təcrübələrin və elmi nailiyyətlərin müzakirəsinə həsr olunan konfransda Yadigar İmamverdiyev “Kiberhücumlar və ona qarşı tədbirlər”, Mehman Həsənov isə “Telekommunikasiya və mobil rabitə” mövzusunda məruzələrlə çıxış edib.

Azərbaycan Texniki Universitetinin (AzTU) professorları Yadigar İmamverdiyev və Mehman Həsənov Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi, Tür ..

2024-12-10
AzTU

ENGAGE layihəsi çərçivəsində İsveçdə təlim və menecment görüşü keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaş olduğu və Avropa Birliyinin maliyyələşdirdiyi “Erasmus+” proqramının “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsi çərçivəsində növbəti təlim İsveçin Kral Texnologiya Universitetində təşkil edilib. “Sahibkarlığın institsional strategiyalara inteqrə edilməsi” mövzusunda keçirilən təlimdə Avropa ölkələrində innovasiya, sahibkarlığın inkişafı və universitet-sənaye əməkdaşlığı haqqında mövcud vəziyyət və müvafiq sahələrdə dövlət və institusional siyasət, layihə çərçivəsində yerinə yetirilməli işlər barəsində məlumat verilib. Bununla yanaşı tərəfdaşların iştirakı ilə menecment görüşü də keçirilib. Tədbirdə AzTU-nu beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov təmsil edib. Qeyd edək ki, layihə çərçivəsində Azərbaycanda sahibkarlığın inkişafı barədə strateji konsepsiya sənədinin hazırlanması və Azərbaycanda ali təhsil müəssisələri arasında “İlin sahibkar universiteti”, “İlin sahibkar müəllimi” və “İlin sahibkar tələbəsi” nominasiyaları üzrə müsabiqənin təşkili məsələləri də müzakirə olunub.

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaş olduğu və Avropa Birliyinin maliyyələşdirdiyi “Erasmus+” proqramının “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkar ..

2024-12-10
AzTU

AzTU komandası basketbol üzrə turnirin çempionu olub

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan oğlanlar arasında 3x3 basketbol turnirinin final mərhələsi keçirilib. Finalda Azərbaycan Texniki Universitetinin (AzTU) komandası ilə Azərbaycan Dövlət Pedaqoji Kollecinin komandası qarşılaşıb. Maraqlı mübarizə şəraitində keçən oyunda AzTU komandası turnirin çempionu adına layiq görülüb. Qeyd edək ki, turnirdə AzTU, BDU, AzMİU, Azərbaycan Dövlət Pedaqoji Kolleci və 2 nömrəli Bakı Baza Tibb Kollecinin basketbol komandaları iştirak edib.  

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan oğlanlar arasında 3x3 basketbol turnirinin fi ..

2024-12-10
AzTU

“CulTech” İnkubasiya Proqramı haqqında infosessiya keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsi və “SUP.VC” MMC-nin birgə təşkilatçılığı ilə tələbələr üçün “CulTech” İnkubasiya Proqramı haqqında infosessiya keçirilib. “CulTech” İnkubasiya Proqramı Mədəniyyət Nazirliyi və Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin dəstəyi ilə “SUP.VC” MMC tərəfindən həyata keçirilir. İnfosessiya mədəniyyət sahəsində innovativ startapların inkişafını dəstəkləmək məqsədi daşıyan “CulTech” İnkubasiya Proqramı haqqında tələbələri məlumatlandırmaq və bu proqramdan yararlanmağa təşviq etmək üçün təşkil olunub. 12 həftəlik proqram çərçivəsində iştirakçılar texnologiya, dizayn, biznes və incəsənət sahələrində təlimlərdən yararlanmaq və mentorluq sessiyaları vasitəsilə layihələrini inkişaf etdirmək imkanı əldə edirlər. Tədbirdə “CulTech”in məqsədləri, fəaliyyət istiqamətləri və qeydiyyat qaydaları barədə ətraflı məlumat təqdim edilib. Sonda tələbələrin sualları cavablandırılıb.

Azərbaycan Texniki Universitetində (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsi və “SUP.VC” MMC-nin birgə təşkilatçılığı ilə tələbələr üçün “CulTech” İnkubasiya Proqram ..

2024-12-10
AzTU

AzTU 26 şəhər və rayonda şəhərdaxili mobillik planının icrasını uğurla davam etdirir

Azərbaycan Texniki Universiteti (AzTU) “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” məqsədilə 26 şəhər və rayonda şəhərdaxili mobillik planının icrasını uğurla davam etdirir. Bu məqsədlə 6-7 dekabr tarixlərində Gəncə şəhər, Ağstafa və Qazax rayonlarında görülən işlərlə tanışlıq olub, müvafiq icra hakimiyyətlərində görüşlər keçirilib. AzTU-nun rektoru Vilayət Vəliyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun iştirakı ilə keçirilən görüşlərdə mobillik planının əhəmiyyətindən danışılıb. Qeyd olunub ki, sözügedən layihə rayonların dayanıqlı inkişafına, yol şəbəkələrinin planlı layihələndirilməsi və icrasına xüsusilə əhəmiyyətli olacaq. Belə ki, layihə hamı üçün əlverişli, əlçatan və dayanıqlı nəqliyyat sistemləri, o cümlədən həssas əhali qrupundan olanların, qadınların, uşaqların, fiziki qüsurlu və yaşlı insanların ehtiyaclarına xüsusi diqqət yetirməklə, ictimai nəqliyyatın genişləndirilməsi yolu ilə yol təhlükəsizliyinin yaxşılaşdırılmasını ehtiva edir. Bildirilib ki, dövlət-universitet-sənaye tandeminin ən bariz nümunəsi olan “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” üzrə məsləhət xidmətinin–layihəsi adıçəkilən şəhər və rayon icra hakimiyyətləri ilə AzTU arasında yerinə yetiriləcək ilk layihədir. Görüşlərdə Gəncə şəhər, Qazax və Ağstafa rayon icra hakimiyyətlərinin nümayəndələri ilə yanaşı, AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov və Ömürboyu Öyrənmə Məktəbinin direktoru Aynurə İsmayılova iştirak edib. 

Azərbaycan Texniki Universiteti (AzTU) “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” məqsədilə 26 şəhər və rayonda şəhərdaxili mobillik planının icrasını uğurla ..

2024-12-09
AzTU

"Ordulu Texnologiya" şirkətinin baş icraçı direktoru AzTU-da olub

"Ordulu Texnologiya" şirkətinin baş icraçı direktoru Nizaməddin Ordulu Azərbaycan Texniki Universitetində (AzTU) olub. Qonaq AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüb. Görüşdə "Ordulu Texnologiya" şirkətinin Azərbaycanda həyata keçirdiyi layihələrlə bağlı məlumat verilib. Tələbələrin şirkətdə təcrübə keçməsi, həmçinin şirkətlə universitetin birgə layihələr yerinə yetirməsi ilə bağlı müzakirələr aparılıb.

"Ordulu Texnologiya" şirkətinin baş icraçı direktoru Nizaməddin Ordulu Azərbaycan Texniki Universitetində (AzTU) olub. Qonaq AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüb. Görüşdə "Or ..

2024-12-09
AzTU

Rektor “Ovuc içi” layihəsi ilə qalib olan AzTU tələbələrini təbrik edib

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Startaplar üçün Layihə Dəyərləndirmə Formu”nda “Ovuc içi” adlı layihə ilə birinci yerə layiq görülən tələbələrlə görüşüb. Görüş zamanı tələbələr qeyd edib ki, “Ovuc içi” layihəsi müasir texnologiyaları ovucun içinə sıxacaq ölçüyə gətirmək və beləliklə istifadəçilərin texnoloji bacarıqlarını daha sadə və anlaşıqlı yolla öyrənməsini hədəfləyir. CDİO (Öyrən, Layihələndir, Reallaşdır, İşlət) konsepti əsasında hazırlanan qurğudan mühəndisliyə marağı olan şagirdlər və tələbələr yararlana bilər.   Çoxfunksiyalı qurğu mobil telefonla idarə olunur. Qurğu müxtəlif kiçik həcmli əşyalar üzərində lazer vasitəsi ilə istənilən görüntünü vizuallaşdırmağa imkan verir. Tələbələri təbrik edən rektor, onlara növbəti müsabiqələrdə də uğurlar arzulayıb. Qeyd edək ki, layihənin mentoru AzTU-nun prorektoru Rəşad Əliyev, komandanın üzvləri isə Mirsahib Ağazadə, Ömər və Sübhan Ələskərovlardır.

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Startaplar üçün Layihə Dəyərləndirmə Formu”nda “Ovuc içi” adlı layihə ilə birinci yerə layiq görülən təl ..

2024-12-09
AzTU

Sənaye idarəetmə sistemlərinin təhlükəsizliyi üzrə tədris paketi hazırlanıb

4-cü sənaye inqilabı sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi məsələsini xüsusilə aktual edir. Qeyd etmək vacibdir ki, bu sistemlər çox zaman həm də kritik informasiya infrastrukturu obyektlərinin vacib elementlərindən biri olur. AzTU-nun Kibertəhlükəsizlik kafedrasında ikinci ildir ki, informasiya təhlükəsizliyi ixtisasında təhsil alan tələbələrə “Sənaye idarəetmə sistemlərinin təhlükəsizliyi” fənni tədris olunur və bu müddətdə həmin fənn üzrə tədris materialları paketi hazırlanıb. Tədris paketinə fənnin proqramı, sillabusu, mühazirə mətnləri və təqdimatları, video dərslər, mövzular üzrə biliyi qiymətləndirmə testləri, laboratoriya işləri və digər didaktik materiallar daxildir. Laboratoriya işlərinin hazırlanmasında və test edilməsində 4-cü kurs tələbələri yaxından iştirak edib. Laboratoriya işləri sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi sahəsində həllərin öyrənilməsi məqsədilə Kibertəhlükəsizlik kafedrasının müəllimi Fərid Qasımlının rəhbərliyi ilə 641a1 və 641a2 qruplarının tələbələri tərəfindən həm praktiki və nəzəri, həm də video formatda hazırlanıb. Bura virtual sənaye idarəetmə sistemi (VSİS) mühitinin qurulması, VSİS şəbəkəsinin daranması və şəbəkə paketlərinin analizi, açıq mənbəli alətlər vasitəsilə sənaye idarəetmə sistemlərinin aktiv və passiv monitorinqi, müxtəlif kiberhücumların simulyasiyası mühitlərinin qurulması daxildir.

4-cü sənaye inqilabı sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi məsələsini xüsusilə aktual edir. Qeyd etmək vacibdir ki, bu sistemlər çox zaman həm də kritik informasiya in ..

2024-12-09