Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) dəstəyi və universitetin Debat Klubunun təşkilatçılığı ilə "Böyük Qayıdış" adlı XXIX daxili turnir keçirilib.
AzTU-nun 75 illik yubileyi və “Konstitusiya və Suverenlik İli”nə həsr olunan turnirdə 40-a yaxın komanda və müxtəlif universitetlərdən tələbələr iştirak edib.
Maraqlı mübarizə şəraitində keçən turnirin final mərhələsinə AzTU-nun "Etalon" (Aytac Abdullayeva, Zahid İslamlı) və "Debattal Qazi" (Yusif İsmayılov, İslam Allahverdiyev) komandaları vəsiqə qazanıb.
Qeyd edək ki, final mərhələsi noyabrın 12-də keçiriləcək.