![]() |
Tədris işləri üzrə prorektor - texnika elmləri doktoru,
|
![]() |
Elm və innovasiyalar üzrə prorektor - texnika elmləri doktoru,
|
![]() |
Beynəlxalq əlaqələr üzrə prorektor - iqtisad üzrə fəlsəfə doktoru Fariz Orucalı oğlu MəmmədovE-poçt: [email protected] Fariz Orucalı oğlu Məmmədov 1981-ci il fevralı 4-də Sumqayıt şəhərində anadan olub. 1988-1998-ci illərdə Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyində orta təhsil alıb. Orta təhsilini bitirdikdən sonra 1998-1999-cu illərdə ABŞ Dövlət Departamentinin Təhsil və Mədəni Məsələlər üzrə Bürosu tərəfindən maliyyələşdirilən “FLEX” (Gələcək Liderlərin Mübadiləsi) tələbə mübadiləsi proqramı çərçivəsində ABŞ-da təhsil alıb. 1999-2003-cü illərdə Bakı Dövlət Universitetində politologiya ixtisası üzrə bakalavriat, 2003-2005-ci illərdə magistratura səviyyəsini bitirib. 2013-2015-ci illərdə ADA Universiteti (Azərbaycan) və Maastrixt Menecment Universitetinin (Hollandiya) birgə “Ekzekyutiv MBA” proqramı çərçivəsində beynəlxalq biznes istiqamətində MBA proqramı üzrə magistratura təhsili alıb. 2016-2020-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda “5302.01 – Ekonometriya; iqtisadi statistika” ixtisası üzrə dissertantura təhsili alıb. 2022-ci ildə ekonometriya ixtisaslaşması üzrə müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru olub. 2007-2009-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun Neft-qaz problemlərinin iqtisadi tədqiqi şöbəsində böyük laborant vəzifəsində çalışıb. 2009-2015-ci illərdə “Azərenerji” ASC-də İnvestisiyalar və Strateji İnkişaf İdarəsinin Layihələrin təhlili və qiymətləndirilməsi şöbəsində aparıcı mühəndis, şöbə rəisi, daha sonra idarə rəisinin müavini vəzifələrində işləyib. 2015-2021-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun İnnovasiyanın inkişafı şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışıb. 2017-ci ilin iyulundan 2020-ci ilin aprelinədək Asiya İnkişaf Bankının Azərbaycan Missiyasının ofisində “Paylayıcı Elektrik Şəbəkələrinin Yenidənqurulması üzrə İnvestisiya Proqramı: Tranş 1” layihəsinin icrası çərçivəsində məsləhətçi vəzifəsini icra edib. 2020-ci ilin may ayında Azərbaycan Texniki Universitetinin (AzTU) rektorunun müşaviri vəzifəsinə təyin olunub. Elm və təhsil nazirinin əmri ilə 2022-ci ilin sentyabr ayında AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub. |
![]() |
Maliyyə-təsərrüfat işləri üzrə prorektor - iqtisad üzrə fəlsəfə doktoru Rəşad Yavər oğlu ƏliyevE-poçt: [email protected] Rəşad Yavər oğlu Əliyev 1980-ci ildə Bakı şəhərində anadan olub. 1997-2003-cü illərdə Türkiyə Respublikasının İstanbul Universitetində inzibati idarəetmə ixtisası üzrə bakalavriat səviyyəsini bitirib. 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) menecment ixtisası üzrə (MBA proqramı) magistratura səviyyəsini bitirib. 2017-ci ildə isə ekonometriya ixtisası üzrə müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2005-2006-ci illərdə “Azərbaycan Ticarət və Dağıtım” MMC, “Azərsun Holdinq” və “Sun Qrup Menecment” MMC-də dizayner, marketinq mütəxəssisi, məhsul müdiri vəzifələridə çalışıb. 2006–2009-cu illərdə “Azərbaycan Sənaye Bankı” ASC-də bank proqramı üzrə mütəxəssis, informasiya texnologiyaları üzrə baş mütəxəssis, İnformasiya texnologiyaları departamentinin direktor müavini, İnformasiya texnologiyaları şöbəsinin müdiri vəzifələrində işləyib. 2009-2012-ci illərdə “Royal Bank” ASC-nin İT departamentinin direktor müavini, direktoru vəzifələrində çalışıb. 2014-2016-ci illərdə “Zirvə İdman Kompleksi” MMC-də (AAAF Park Yaşayış Kompleksi) direktor müavini, 2018-2020 “AAAF Holdinq”in İdarə Heyətinin sədri vəzifələrini icra edib. 10 il müddətində MilliNet internet mükafatının təşkilat komitəsinin üzvü olub, həmçinin “Startup Azerbaijan”da mentorluq fəaliyyəti ilə məşğul olub. 2021-ci ildə Azərbaycan Texniki Universitetinin (AzTU) “HÜB 1887 İnkubasiya və Akselerasiya Mərkəzi”nin müdiri vəzifəsində çalışıb. Təhsil nazirinin əmri ilə 2021-ci ilin avqust ayında AzTU-nun rəqəmsallaşma və layihələr üzrə prorektoru vəzifəsinə təyin olunub. Elm və təhsil nazirinin əmri ilə 2023-cü ilin fevral ayında AzTU-nun maliyyə-təsərrüfat işləri üzrə prorektoru vəzifəsinə təyin olunub. |