Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da “Bebras” İnformatika və Alqoritmik Düşüncə müsabiqəsinin final turu keçirilib

AzTU-da “Bebras” İnformatika və Alqoritmik Düşüncə müsabiqəsinin final turu keçirilib

27.04.2026     44     AzTU

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Azərbaycan Texniki Universitetinin (AzTU) Təhsildə İnformasiya Texnologiyaları və Metodik Dəstək İnstitutu və “ÖzünÖyrən” MMC-nin birgə təşkilatçılığı ilə AzTU-da “Bebras” İnformatika və Alqoritmik Düşüncə müsabiqəsinin final turu keçirilib.

Final turunda 90 şagird (1–10-cu siniflər) iştirak edib. Müsabiqə çərçivəsində şagirdlərin alqoritmik təfəkkürü və kompüter bacarıqları yoxlanılıb və avtomatik qiymətləndirilib. İştirakçılara sualları cavablandırmaq üçün 45 dəqiqə vaxt verilib. Yarışın sonunda hər sinif üzrə qaliblərin adları elan edilib.

Qeyd edək ki, müsabiqənin 2025-ci il 10–30 noyabr tarixlərində onlayn keçirilmiş birinci mərhələsində Azərbaycanın 47 bölgəsinin 180 ümumtəhsil məktəbindən 8155 şagird iştirak edib və onlardan 667-si yarımfinal turuna vəsiqə qazanıb. 5 və 11 aprel 2026-cı il tarixlərində AzTU-da keçirilmiş yarımfinal turunda 443 şagird iştirak edib və 90 şagird final mərhələsinə vəsiqə qazanıb.


Digər xəbərlər