Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

AzTU-nun 12 tələbəsi “Erasmus+” proqramı çərçivəsində xaricdə təhsil alacaq

Azərbaycan Texniki Universitetinin (AzTU) 12 tələbəsi 2024/2025-ci tədris ilinin yaz semestrində “Erasmus+ KA171” mübadilə proqramı çərçivəsində xaricdə təhsil alacaq. Belə ki, “Sabah” qruplarının bakalavr tələbələri Yunus Həşimov və Ayaz Bağırzadə İtaliyanın Roma Sapienza Universitetində, İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin bakalavr tələbələri Ülviyyə Məmmədova və Saməddin Hüseynli müvafiq olaraq Türkiyənin Ankara Universiteti və Fırat Universitetində, həmin fakültənin bakalavr tələbəsi Sahib Bağırzadə Rumıniyanın Kluj-Napoka Texniki Universitetində, Maşınqayırma və robototexnika fakültəsinin bakalavr tələbələri Səbinə Əsgər-zadə və Elvin Hüseynov müvafiq olaraq Türkiyənin Zonquldak Bülent Ecevit Universiteti və Qazi Universitetində, həmin fakültənin bakalavr tələbəsi Mirəli Verdiyev Almaniyanın Brandenburq Texniki Universitetində, İqtisadiyyat və idarəetmə fakültəsinin bakalavr tələbəsi İsirafil Şiriyev isə Rumıniyanın Buxarest İqtisadiyyat Universitetində bir semestrlik təhsil almaq hüququ qazanıblar.  Həmçinin Yüksək Təhsil İnstitutunun magistrantları Həmidə Zeynalzadə və Romil Məsimov Türkiyənin Bursa Texniki Universitetində, Nihad İbrahimov isə İstanbul Okan Universitetində 2 aylıq təcrübə keçəcəklər.  AzTU-nun rektoru Vilayət Vəliyev tələbələrlə görüşüb, onlara dərslərində və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) 12 tələbəsi 2024/2025-ci tədris ilinin yaz semestrində “Erasmus+ KA171” mübadilə proqramı çərçivəsində xaricdə təhsil alacaq. Belə ki, ..

2025-01-31
AzTU

“Təhsildən – Karyeraya” layihəsinin təqdimatı keçirilib

“Synergia Academy” və “Facility Management Group” (FMG) şirkətləri, Azərbaycan Texniki Universiteti (AzTU), həmçinin Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə birgə gənclərin karyera inkişafına dəstək göstərən yeni proqramı təqdim edib. Proqram 18-30 yaş arası ali təhsilli Azərbaycan gənclərinin peşəkar fəaliyyətlərinə dəstək olmağı və onları “FMG”nin tabeliyindəki müxtəlif biznes və ticarət obyektlərində işlə təmin etməyi hədəfləyir. Tədbirin açılış mərasimində çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev bu cür layihələrin aktual olduğunu vurğulayıb. O, tələbələrin karyera inkişafında universitet proqramlarının sənayenin tələblərinə uyğunlaşdırılmasının, eləcə də sənaye ilə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyindən bəhs edib. Daha sonra çıxış edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin tədris işləri üzrə prorektoru Akif Qasımov, “Synergia Academy”nin icraçı direktoru Rəna Əfəndiyeva, “FMG”nin icraçı direktoru İlham Allahverdiyev proqramın gənclərə karyera imkanları yaratmaqla Azərbaycanın iqtisadi inkişafına töhfə verəcəyini bildiriblər. Qeyd edək ki, “Təhsildən – Karyeraya” proqramı “Synergia Academy” və “FMG” şirkətlərinin birgə təşəbbüsü ilə gəncləri müasir peşə tələblərinə uyğun hazırlamaq və onların uzunmüddətli karyera perspektivlərini gücləndirmək məqsədi daşıyır. 

“Synergia Academy” və “Facility Management Group” (FMG) şirkətləri, Azərbaycan Texniki Universiteti (AzTU), həmçinin Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə birgə gənclə ..

2025-01-31
AzTU

AzTU və “EPC Engineering & Technologies” şirkəti arasında görüş keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Enerji və Dayanıqlı İnkişaf İnstitutu ilə Almaniyanın “EPC Engineering & Technologies” şirkəti filament texnologiyası sahəsində əməkdaşlıq imkanlarını müzakirə etmək üçün görüş keçirib. Görüşdə hər iki tərəf innovasiya, istehsal imkanları və potensial tərəfdaşlıq istiqamətləri barədə geniş fikir mübadiləsi aparıb. Həmçinin texnoloji təqdimatlar və məlumat mübadiləsi məsələləri müzakirə olunub. Belə ki, “EPC” nümayəndələri “spinning” texnologiyası barədə geniş məlumat təqdim ediblər. Daha sonra əməkdaşlığın növbəti addımları haqqında tədqiqat və təhsil imkanları müzakirə olunub. “Vət-spinning”in laboratoriya səviyyəsində tətbiqi tələbələr və tədqiqatçılar üçün geniş öyrənmə və araşdırma imkanları, “PAN”, “Lyocell” və “Carbacell” kimi müxtəlif filament növlərinin işlənib hazırlanması və kiçik miqyaslı istehsalın təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) Enerji və Dayanıqlı İnkişaf İnstitutu ilə Almaniyanın “EPC Engineering & Technologies” şirkəti filament texnologiyası sahəsində əməkdaşl ..

2025-01-31
AzTU

DIRNA layihəsi çərçivəsində tədqiqat bacarıqlarının inkişafı üzrə onlayn təlimlər təşkil olunub

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu “Erasmus+ KA2” proqramının “Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Potensialının İnkişafı” (DIRNA) layihəsi çərçivəsində onlayn təlimlər təşkil edilib. Təlimlər layihənin tərəfdaş universiteti İzmir Yüksək Texnologiya İnstitutunun (İYTE) Kitabxana və sənədləşdirmə şöbəsinin müdiri Gültəkin Gürdal tərəfindən keçirilib. Akademik heyətin tədqiqat bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təşkil olunan təlimlər “Təhsil və tədqiqatda süni intellektin rolu” və “Repozitoriyanın uzunmüddətli dəstək və idarəetmə üzrə tətbiq planı” mövzularını əhatə edib. Təlimlərdə AzTU Kitabxana İnformasiya Mərkəzinin direktoru Xəyalə Hacıyeva, Beynəlxalq layihələr sektorunun aparıcı mütəxəssisi Nubar Fərhadzadə, İqtisadiyyat və statistika kafedrasının baş müəllimi Sevinc Rzayeva iştirak edib. İki günlük təlimlərdə süni intellektin rolu, üstünlükləri, tədqiqatda süni intellektdən istifadə, təhsildə süni intellekt vasitələri və repozitoriyanın uzunmüddətli dəstək və idarəetmə üzrə tətbiq planı barədə məlumatlar verilib və mövzular ətrafında müzakirələr təşkil edilib. 

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu “Erasmus+ KA2” proqramının “Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Potensialının İ ..

2025-01-28
AzTU

AzTU-da beynəlxalq seminar keçirilib

AzTU-da həyata keçirilən “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” layihəsi çərçivəsində “Şəhər avtobus marşrut şəbəkəsinin effektivliyinin yüksəldilməsi üsullarının və modellərinin işlənilməsi” mövzusunda beynəlxalq seminar keçirilib. Məqsəd AzTU-da yüksəkixtisaslı kadr hazırlıq tempinin yüksəldilməsi və genişlənməsi zərurəti, layihə çərçivəsində magistr dissertasiyaları üzrə mözvularların qoyuluşu ilə yanaşı, yüksəkixtisaslı kadrların, doktorantların hazırlanması prosesinə xüsusi diqqət ayrılması olub. Həmçinin seminarda AzTU-da yerinə yetirilən layihə və aparılan tədqiqatlarda ümumilikdə şəhələrdə hərəkətliliyin yaxşılaşdırılması üçün müasir metodlara əsasalanan həllər müzakirə edilib, bu həllərin tətbiqi imkanları araşdırılıb. Bundan başqa, avtobus marşrut şəbəkəsində marşrut sahələri və dayanacaqlarda vaxt itkilərinin azaldılması, marşrutlarda sərnişinlərin tələbinə cavab verən avtobusların seçilməsi, marşrut şəbəkəsinin effektivliyinin qiymətləndirilməsi üzrə yeni yanaşmalar geniş müzakirə edilib və nəqliyyat sıxlığının artdığı bir dövrdə əhəmiyyəti qeyd edilib. Seminarın nəticələri ümumiləşdirilərək elmi-tədqiqatların genişləndirilməsi, nəticələrin real marşrut şəbəkəsində istifadəsi ilə əlaqadar tövsiyələr hazırlanıb. Tədbirdə Daşkənd Perfect Universitetinin rektoru professor Daurenbek İlesaliev İxtiyaroviç və Daşkənd Dövlət Nəqliyyat Universitetinin Avtomobil mühəndisliyi kafedrasının professoru Akmal Muxitdinov Anvaroviç, Daşkənd Dövlət Nəqliyyat Universitetinin Avtomobil nəqliyyatı mühəndisliyi fakültəsinin dekan müavini Aşurov Ortik Foziljonoviçlə yanaşı Daşkənd Perfect Universitetinin 4 tələbəsi iştirak edib. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüb, universitet haqqında təqdimatı dinləyib, görülən işlər, yeni layihələr haqqında məlumat alıblar.  Qeyd edək ki, seminarda adı çəkilən nümayəndələr eyni zamanda AzTU-da fəaliyyət göstərən Dissertasiya Şurasının üzvləridir.

AzTU-da həyata keçirilən “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” layihəsi çərçivəsində “Şəhər avtobus marşrut şəbəkəsinin effektivliyinin yüksəldilmə ..

2025-01-28
AzTU

AzTU professorları kvant fizikasına həsr olunmuş forumda iştirak edib

Bakıda kvant fizikası ilə əlaqədar “Youth Quantum Forum 2025” adlı tədbir keçirilib. Forum Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Kosmik Agentliyinin (“Azərkosmos”) dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə reallaşıb. İki paneldən ibarət forumda məqsəd kvant mexanikası və səma elmləri ilə bağlı texnoloji inkişafı nəzərə alaraq, gəncləri  sözügedən sahələrdə baş verən yeniliklər və texnoloji inkişafla tanış etmək  və onların bu sahələrə cəlb olunmasını təşviq etmək olub.  “Kvant dünyası: hər şey necə kiçik və qeyri-müəyyən olur?” adlı birinci paneldə Azərbaycan Texniki Universitetinin (AzTU) Mühəndis fizikası və elektronika kafedrasının professoru Naxçıvan Səfərov kvant dünyası və onun qanunları haqqında iştirakçılara məlumatlar verib və paneldə iştirak edən tələbə-gənclərin suallarını cavablandırıb. “Kosmik fəlsəfə: kosmosun mahiyyəti və insan həyatına təsiri” adlı paneldə AzTU-nun Dayanıqlı İnkişaf İnstitutunun tədqiqatçı-alimi, Mühəndis fizikası və elektronika kafedrasının professoru, AMEA-nın müxbir üzvü Vəli Hüseynov kosmosun mahiyyəti və onun insan həyatına təsiri, kosmologiya, peyk sistemləri və s. kimi məsələlər barədə forum iştirakçılarına məlumat verib. 300 tələbə və fəal gəncin iştirak etdiyi forumda əsasən kvant dünyasının əsas anlayışları və qanunları, kvant dünyasının texnologiyada yeri, kvant kompüterləri və onların tətbiq sahələri barədə suallar səsləndirilib.

Bakıda kvant fizikası ilə əlaqədar “Youth Quantum Forum 2025” adlı tədbir keçirilib. Forum Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Kosmik Agentliyin ..

2025-01-27
AzTU

AzTU-nun professoru “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Biotibbi Mühəndislik İnstitutunun direktoru, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri professor Nuran Abdullayev “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunub. Qeyd edək ki, Nuran Abduallayev bu medala Azərbaycan diasporunun fəaliyyətinə mühüm töhfələr verdiyinə görə layiq görülüb.

Azərbaycan Texniki Universitetinin (AzTU) Biotibbi Mühəndislik İnstitutunun direktoru, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri professor Nuran Abdullayev “Diaspor fə ..

2025-01-24
AzTU

Kibertəhlükəsizlik kafedrasında “Pedaqoji ustalıq” həftəsi keçirilib

Müəllim heyətinin pedaqoji bilik və bacarıqlarının artırılması məqsədilə Kibertəhlükəsizlik kafedrasında bir həftə ərzində "Pedaqoji ustalıq" mövzusunda təlim keçirilib. Məqsəd tədrisin keyfiyyətinin yüksəldilməsi üçün kafedra müəllimlərinin öz həmkarları ilə pedaqoji ustalıq istiqamətində müxtəlif mövzularda müzakirələr aparması və təlimlərin verilməsi olub. Təlim zamanı tədrisdə inovativ üsulların tətbiqi, rəqəmsal texnologiyaların tədris prosesinə inteqrasiyası, yeni praktiki təlim metodologiyaları və pedaqoji texnologiyalar, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqi, pedaqoji münaqişələrin həlli yolları, təlimin psixoloji əsasları, müəllim modelləri, müəllimin emosional vəziyyətini idarəetmə ustalığı, gənc müəllimlərin pedaqoji peşəkarlığının yüksəldilməsi yolları kimi bir effektiv metodlar, real pedaqoji situasiyalar və qabaqcıl təcrübələr müzakirə edilib.

Müəllim heyətinin pedaqoji bilik və bacarıqlarının artırılması məqsədilə Kibertəhlükəsizlik kafedrasında bir həftə ərzində "Pedaqoji ustalıq" mövzusunda təlim keçirilib. Məq ..

2025-01-23
AzTU

AzTU və TAU kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Qanlı 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Azərbaycan Texniki Universiteti (AzTU) və Türkiyə-Azərbaycan Universitetinin (TAU) rəhbərliyi, əməkdaşları və tələbələri Şəhidlər xiyabanını ziyarət edib. Torpaqlarımızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi yad edilib, məzarları üzərinə qərənfillər düzülüb.  

Qanlı 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Azərbaycan Texniki Universiteti (AzTU) və Türkiyə-Azərbaycan Universitetinin (TAU) rəhbərliyi, əməkdaşları və tələbələri ..

2025-01-20
AzTU

AzTU-nun Məzun Assosiasiyasının təsis yığıncağı keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) Karyera və Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə Məzun Assosiasiyasının təsis yığıncağı keçirilib. Təsis yığıncağında AzTU-nun fəxri məzunları qismində Milli Məclisin deputatları Zahid Oruc, Anar Məmmədov, həmçinin veteran məzunlardan məsləhətçi-professor Rəhim Şükürov, eləcə də universitetin məzunu olmuş professor-müəllim heyəti və müxtəlif müəssisə, təşkilat və qurumlarda çalışan 300-dək AzTU məzunu iştirak edib.   Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən AzTU-nun şəhid məzunlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan AzTU-nun rektoru Vilayət Vəliyev görüşdə iştirak edən bütün AzTU məzunlarını, tədbirin fəxri qonaqlarını, professor-müəllim heyətini, tələbələri salamlayıb və AzTU Məzun Assosiasiyasının təsis yığıncağını universitetin tarixində mötəbər və yaddaqalan günlərdən biri olduğunu bildirib. Rektor bildirib ki, Məzun Assosiasiyası AzTU məzunları ilə universitet arasında dərin körpü yaratmaq, bu əlaqələri iş, elm və təhsil dünyası üçün daha səmərəli fəaliyyətə çevirmək, ölkə sənayesi üçün yüksəkixtisaslı kadrların hazırlanma prosesinə ciddi töhfələri birlikdə və daha effektiv addımlarla atmaq, eləcə də AzTU-nun nüfuzunun beynəlxalq səviyyədə artırmaq üçün qurulub. AzTU-nun fəxri məzunlarından olan, hazırda Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc əvvəlcə tələbəlik illərini yad edərək AzTU-nun keçmiş və müasir dövrdəki imkanlarını müqayisə edib və indiki tələbələrin daha şanslı olduğunu bildirib. AzTU-nun ölkə sənayesinə töhfə vermiş məzunlarının bölgələrdə, eləcə də Qarabağda və Şərqi Zəngəzurda da fəal olmasını, yeni növ müxtəlif mühəndis məktəblərinin yaradılmasını arzulayıb. Deputat bu istiqamətdə AzTU məzunlarının gələcək uğurlarına inandığını vurğulayıb. AzTU-nun digər fəxri məzunların biri, hazırda Milli Məclisin deputatı Anar Məmmədov universitetin Məzun Assosiasiyasına uğurlar diləyib, etimad və dəvət üçün AzTU rəhbərliyinə təşəkkürünü bildirib. AzTU Məzun Assoaiasiyasının fəaliyyətində əlindən gələn köməyi əsirgəməyəcəyini deyib. Görüşdə AzTU-nun ilk məzunlarıdan biri, 72 il əvvəl universiteti bitirmiş, uzun illər universitetin akadamik heyətində çalışmış Prezident təqaüdçüsü, məsləhətçi-professor Rəhim Şükürov çıxışında universitetin tarixi inkişafına nəzər salıb. Rəhim Şükürov universitetin keçmişdən bu günə kimi keçdiyi yoldan, burada müxtəlif illərdə hazırlanan mütəxəsislərdən, elm adamlarından, dövlət və ictimai xadimlərdən, AzTU-nun respublikamızın inkişafındakı rolundan bəhs edib. O bildirib ki, sovetlər dönəmindən bu günə kimi AzTU məzunları ölkə sənayesinin aparıcı simaları olub. Sənayenin müxtəlif sahələrini inkişaf etdirməkdə, ölkənin mühəndis potensialına olan ehtiyaclarını ödəməkdə AzTU-nun verdiyi təhsilin əhəmiyyəti xüsusi vurğulanıb. AzTU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nərmin Rzayeva Məzun Assosiasiyasının fəaliyyət planı haqqında təqdimat edib. Bildirib ki, əsas məqsəd universitet və məzunlar arasında əlaqələri gücləndirmək, karyera və mentorluq proqramlarını inkişaf etdirmək, davamlı təhsil və kurslara məzunların cəlb olunmasını təşkil etmək, məzunların universitetə dəstəyini təmin etmək üçün çevik platforma yaratmaqdır. Daha sonra prorektor assosiasiyanın dəyərləri, qoyulmuş hədəflər, məzunlarla aparılan sorğular, boşluqlar, təkliflər və qlobal universitetlərin uğurlu məzun assosiasiyaları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. AzTU-nun elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov AzTU-nun,  o cümlədən texniki universitetlərin fərqli məzmuna, ölkəmizin inkişafı üçün daha böyük imkanlara malik olması barədə fikirlərini bölüşüb. Sübhan Namazov AzTU Məzun Assosiasiyasının yaradılması üçün təşəbbüs qrupunun fəaliyyəti və Assosasiyanın işinin AzTU üçün uğurlu olacağına inandığı barədə fikirlərini yığıncaq iştirakçılarına bildirib. Prorektor bildirib ki, AzTU Məzun Assosiasiyası İdarə Heyəti, İdarə Heyətinin sədri, Əlaqələndirici Komitə və üzvlərdən ibarət olacaq. Sübhan Namazov məzunların universitetlə əmək bazarını əlaqələndirməklə indiki dövrün tələblərinə uyğun müasir platforma formalaşdırmağa nail olunacağına inamını ifadə edib. Təsis yığıncağında AzTU Məzunları yekdilliklə millət vəkili, universitetin fəxri məzunu Anar Məmmədovu AzTU Məzunlar Assosiasiyasının sədri seçilməsini dəstəkləyib.

Azərbaycan Texniki Universitetində (AzTU) Karyera və Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə Məzun Assosiasiyasının təsis yığıncağı keçirilib. Təsis yığıncağında AzTU- ..

2025-01-17