Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun Tələbə Poliklinikasında maarifləndirici tədbir keçirilib

AzTU-nun Tələbə Poliklinikasında maarifləndirici tədbir keçirilib

24.10.2025     21     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Kommunikasiya şöbəsinin və 1 nömrəli Tələbə Poliklinikasının birgə təşkilatçılığı ilə tələbələr üçün “Sağlam bədəndə sağlam ruh olar” devizi altında maarifləndirici tədbir təşkil olunub.

Dayanıqlı İnkişaf Məqsədləri (SDG) çərçivəsində keçirilən tədbirdə Kommunikasiya şöbəsinin əməkdaşı Mehti Namazov qeyd edib ki, fiziki və psixoloji sağlamlıq hər bir uğuru şərtləndirən əsas amillərdəndir. O, AzTU-da bu cür maarifləndirici tədbirlərin təşkilinə böyük önəm verildiyini diqqətə çatdırıb.

Tələbə Poliklinikasının həkimləri – terapevt Nəcibə Quliyeva və infeksionist Gülnarə Allahverdiyeva tələbələri allergik xəstəliklər, o cümlədən suçiçəyi xəstəliyi və həmin xəstəliklərə qarşı mübarizə üsulları barədə maarifləndiriblər. Onlar gənclərə sözügedən xəstəliklərə qarşı düzgün davranış və profilaktik tədbirlər haqqında məlumat verərək, gigiyena qaydalarına riayət etməyi tövsiyə ediblər.


Digər xəbərlər