Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU nümayəndə heyəti İsraildə işgüzar səfərdə olub

AzTU nümayəndə heyəti İsraildə işgüzar səfərdə olub

27.10.2025     63     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti İsrail Dövlətində rəsmi səfərdə olub. Səfərin əsas məqsədi AzTU ilə İsrailin aparıcı universitetləri arasında elmi-tədqiqat, tədris və innovasiya sahələrində əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi olub.

Səfər çərçivəsində nümayəndə heyəti İsrailin Tel-Aviv Universiteti, Bar-Ilan Universiteti, Ben-Qurion Neqev Universiteti, Holon Texnologiya İnstitutu kimi qabaqcıl ali təhsil müəssisələrini, “Check Point” kibetəhlükəsizlik şirkətini, Qüds İnnovasiya Mərkəzini ziyarət edib. Görüşlər zamanı AzTU nümayəndə heyəti təmsil etdikləri universitet barədə geniş məlumat verib. AzTU-nun ikitərəfli tədris və tədqiqat layihələrinin yerinə yetirilməsi, müəllim-tələbə mübadiləsi, beynəlxalq reytinqlərdə iştirak, birgə elmi məqalələrin yazılması, ikili diplom və elmi rəhbərliklərin həyata keçirilməsi istiqamətində əməkdaşlıqda maraqlı olduğu vurğulanıb.

Səfər çərçivəsində nümayəndə heyəti həmçinin Holon Texnologiya Universitetində (HTİ) təşkil olunmuş “Süni Zəka, Dayanıqlılıq və Rəqəmsal İrs” mövzusunda HTİ və onun Avrasiya və Balkan Ölkələri Tərəfdaşlarının 4-cü İllik Seminarında iştirak etdib. Seminarda Rahid Ələkbərli məruzə ilə çıxış edib. 

Qeyd edək ki, nümayəndə heyətində beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov, Müdafiə Texnologiyaları və Kibertəhlükəsizlik İnstitutunun direktoru Rahid Ələkbərli və Beynəlxalq əlaqələr şöbəsinin Layihələrin idarə olunması sektorunun müdiri Elşən Qurbanov təmsil olunub.


Digər xəbərlər