Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

AzTU-da Zəfər Gününə həsr olunmuş ənənəvi turnirə start verilib

Azərbaycan Texniki Universitetində (AzTU) Zəfər Gününə həsr olunmuş ənənəvi turnirə start verilib. AzTU İdman Klubu və Həmkarlar İttifaqı Komitəsinin birgə təşkil etdiyi “Zəfər turniri” universitet əməkdaşlarının asudə vaxtının səmərəli təşkili və sağlamlığının qorunması məqsədilə hər il keçirilir. Turnir çərçivəsində AzTU əməkdaşları komandalar şəklində özlərini 5 idman növü üzrə (şahmat, dama, stolüstü tennis, voleybol və futbol) sınayacaqlar.  Turnirin açılış günü AzTU-nun ayrı-ayrı fakültə və struktur bölmələrini təmsil edən ümumilikdə 10 komanda şahmat idman növü üzrə mübarizə aparıb. Yarışın nəticələrinə görə, İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin komandası 24 xalla I yer, Maliyyə və təminat departamentinin komandası 19,5 xalla II yer, Xüsusi texnika və texnologiya fakültəsinin komandası isə 17 xalla III yeri qazanıb. Şahmat üzrə nəzərdə tutulmuş fərdi yarışların qalibi isə Xüsusi texnika və texnologiya fakültəsinin akademik məsləhətçisi Nurlan Hüseynov olub. Qeyd edək ki, “Zəfər turniri” üzrə müxtəlif yarışlar 2 həftə davam edəcək. Qaliblər kubok, medal və Həmkarlar İttifaqı Komitəsinin qiymətli hədiyyələri ilə mükafatlandırılacaq.

Azərbaycan Texniki Universitetində (AzTU) Zəfər Gününə həsr olunmuş ənənəvi turnirə start verilib. AzTU İdman Klubu və Həmkarlar İttifaqı Komitəsinin birgə təşkil etdiyi “Zəf ..

2024-10-17
AzTU

Koreyalı mütəxəssis AzTU-da seminar keçib

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) dəstəyi ilə Koreya Respublikasının Ticarət, Sənaye və Energetika Nazirliyi yanında Milli İnformasiya Texnologiyaları Sənayesinin Təşviqi Agentliyinin (NIPA) “Dünyanın Dostları Koreya (WFK) Məsləhətçiləri Proqramı” çərçivəsində koreyalı mütəxəssis Woojik Chun (Vujik Çun) Azərbaycan Texniki Universitetində (AzTU) qonaq mühazirəçi qismində fəaliyyətə başlayıb. Fəaliyyəti çərçivəsində koreyalı mütəxəssis AzTU-nun professsor-müəllim heyəti və tələbələri üçün “İnternetin müasir çağırışları və təkamülü prosesi” mövzusunda seminar keçib. Seminarda interneti dəstəkləyən cari texnologiyalar, həm də onun daxili məhdudiyyətləri nəzərdən keçirilib, eyni zamanda internetin gələcəyini formalaşdıran mümkün həllər və inkişaf tendensiyaları aktiv şəkildə müzakirə edilib. Daha sonra seminarın mövzusu ilə bağlı iştirakçılarla müzakirələr aparılıb.

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) dəstəyi ilə Koreya Respublikasının Ticarət, Sənaye və Energetika Nazirliyi yanında Milli İnformasiya Texnologiyaları Sənayesinin Tə ..

2024-10-16
AzTU

AzTU-da QİÇS-lə bağlı maarifləndirmə tədbiri keçirilib

Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) insanın immunçatışmazlığı virusunun (İİV) törətdiyi xəstəliklə (İİV infeksiyası) mübarizə tədbirləri çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) infosessiya keçirib. Tədbirdə sağlamlığa ciddi təhlükə olan İİV və QİÇS haqqında məlumat verilib. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb. 

Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) insanın immunçatışmazlığı virusunun (İİV) törətdiyi xəstəliklə (İİV infeksiyası) mübarizə tədbirləri çər ..

2024-10-16
AzTU

AzTU tələbəsi 75-ci Beynəlxalq Astronavtika Konqresində təqdimat keçirib

İtaliyanın Milan şəhərinin ev sahibliyi etdiyi 75-ci Beynəlxalq Astronavtika Konqresi çərçivəsində ölkəmizi təmsil edən milli elmi komandanın üzvü, Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi Səfərəli Səfərli elmi məqaləsi üzrə təqdimat keçirib. AzTU tələbəsi konqresin panel sessiyasında “Süni intellekt naviqasiya və müşahidə sistemi (Artificial Intelligence Navigation and Observation System - A.I.N.O.S)” layihəsini təqdim edib. “SABAH” qruplarının bakalavriat səviyyəsinin tələbəsi fiziki formula əsasən işləyən süni intellekt barədə auditoriya iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, süni intellekt yer səthindən səmadakı göy cisimlərinin, ulduzların və peyklərin koordinatlarını müəyyən etməyə, izləməyə və onlar haqqında ekranda məlumat vermə qabiliyyətinə malikdir. Səfərəli Səfərlinin təqdimatı iştirakçılar tərəfindən maraqla qarşılanıb. Qeyd edək ki, Azərbaycandan Milan Konqresinə 345 elmi məqalə təqdim olunub. Ölkəmizdən təqdim olunan elmi məqalələrin 90 faizi gənclər tərəfindən hazırlanıb. AZƏRTAC

İtaliyanın Milan şəhərinin ev sahibliyi etdiyi 75-ci Beynəlxalq Astronavtika Konqresi çərçivəsində ölkəmizi təmsil edən milli elmi komandanın üzvü, Azərbaycan Texniki Universitetini ..

2024-10-16
AzTU

AzTU tələbəsi: "Astronavtika Konqresi gənc mütəxəssislər üçün kosmik elmi platformadır"

Beynəlxalq Astronavtika Konqresi gənc mütəxəssislərin təcrübə qazanması üçün yüksək səviyyəli kosmik elmi platformadır. Bu sözləri AZƏRTAC-a açıqlamasında Milanda keçirilən 75-ci Beynəlxalq Astronavtika Konqresində ölkəmizi təmsil edən milli elmi komandanın üzvü, Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi Telman Məmmədov deyib. “SABAH” qruplarının bakalavriat səviyyəsinin tələbəsi Milan Konqresinə biomühəndislik bitkiləri ilə mikroqravitasiya mühitində karbonun idarə olunmasına dair elmi məqalə təqdim etdiyini bildirib: “Elmi məqaləm 75-ci Beynəlxalq Astronavtika Konqresinə qəbul olundu. Şadam ki, ölkəmizi belə böyük kosmik elmi platformada təmsil edirəm. Konqresdə iştirakıma dəstək olan “Azərkosmos”a və digər dövlət qurumlarına təşəkkürümü bildirirəm”.

Beynəlxalq Astronavtika Konqresi gənc mütəxəssislərin təcrübə qazanması üçün yüksək səviyyəli kosmik elmi platformadır. Bu sözləri AZƏRTAC-a açıqlamasında Milanda keçirilən ..

2024-10-16
AzTU

AzTU-da “Erasmus Alumni” tədbiri keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) Beynəlxalq əlaqələr şöbəsinin təşkilatçılığı ilə "Erasmus Alumni” tədbiri keçirilib. Tədbirdə “Erasmus+” mübadilə proqramı ilə İtaliyanın Roma Sapienza Universitetində, Polşanın Povislanski Universitetində, Rumıniyanın Buxarest İqtisadiyyat Universiteti və Kluj-Napoka Texniki Universitetində, Türkiyənin Bursa Texniki Universiteti və İzmir Bakirçay Universitetində mübadilə ilə təhsil almış AzTU tələbələri öz təcrübələri haqqında təqdimatla çıxış edib. Onlar tələbələrə xaricdə təhsil təcrübələri haqqında geniş məlumat veriblər. Təqdimatlarda əsasən sözügedən universitetlərdəki tədris mühiti, akademik inkişaf imkanları, “Erasmus” proqramının qazandırdığı bacarıqlar, həmçinin həmin ölkələrin mədəni fərqlilikləri mövzularına toxunulub. Sonda iştirakçıların sualları cavablandırılıb.  

Azərbaycan Texniki Universitetində (AzTU) Beynəlxalq əlaqələr şöbəsinin təşkilatçılığı ilə "Erasmus Alumni” tədbiri keçirilib. Tədbirdə “Erasmus+” mübadilə proqramı ilə ..

2024-10-16
AzTU

“Simsiz rabitə üzrə süni intellektlə dəstəklənən yeni kibermüdafiə üsulları” mövzusunda təlim proqramına start verilib

Oktyabrın 15-dən 18-dək paytaxtda Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin İstanbul Texniki Universiteti ilə birgə layihəsi olan "Simsiz rabitə üzrə süni intellektlə dəstəklənən yeni kibermüdafiə üsulları" mövzusunda təlimi keçiriləcək. Təlim proqramının açılış mərasimində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev iştirakçıları salamlayıb və bildirib ki, dörd gün ərzində keçiriləcək proqramda dövlət qurumlarından seçilmiş mütəxəssislər və ali təhsil müəssisələrindən ayrılan professor-müəllim heyətinə Türkiyənin bir sıra nüfuzlu universitetlərinin alimləri tərəfindən yüksək səviyyəli təlimlərin keçirilməsi nəzərdə tutulub. Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev bildirib ki, informasiya təhlükəsizliyi sadəcə texnoloji məsələ deyil, həmdə ciddi iqtisadi nəticələr doğurur. Onun sözlərinə görə, informasiya təhlükəsizliyi dayanıqlı iqtisadi inkişafı təmin edən mühüm elementlərdən biridir. "Texnologiyaların inkişafı getdikcə yeni mübarizə üsullarının ortaya qoyulmasını tələb edir. Belə məqamda süni intellekt əsaslı texnologiyalar təhdidlərin müəyyən olunması və onların gələcək proqnozlaşdırılması ilə bağlı ciddi məqamlar ortaya qoyur. Bu, hücumların həm spesifikasının formalaşması və təyin olunması eyni zamanda onunla mübarizənin kifayət qədər yeni üsullarının ortaya çıxmasını tələb edir. Bu istiqamətdə universitetlərin və tədqiqat mərkəzlərinin rolu kifayət qədər artır, onların sənaye və müəssisələrlə daha ciddi əməkdaşlığı zərurəti ortaya çıxır", - deyə rektor qeyd edib. TÜBİTAK BİLGEM Mərkəzinin rəhbəri Ali Görçin  simsiz rabitə üzrə süni intellektlə dəstəklənən yeni kibermüdafiə üsullarında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, bunun gələcəkdə süni intellektə əsaslanan kiberməhsulların ərsəyə gəlməsində vacib rolunu qeyd edib. Təlim proqramında “Kriptoqrafiyanın əsasları və şəbəkə təhlükəsizliyi”, “Simsiz kanallarda kibertəhlükəsizlik təhdidləri”, “Fiziki səviyyədə kiberhücumlar”, “Simsiz infrastrukturlarda yeni kibermüdafiə strategiyaları” və “Simsiz şəbəkələr, o cümlədən 5G şəbəkələrinin təhlükəsizliyi” kimi mövzular əhatə olunacaq. Təlim süni intellektin dəstəyi ilə kibermüdafiə sahəsində bilik, təcrübə və innovativ həll yollarının mübadiləsini təmin edəcək. Qeyd edək ki, layihə NATO-nun Sülh və Təhlükəsizlik Naminə Elm proqramı tərəfindən təsdiqlənib.

Oktyabrın 15-dən 18-dək paytaxtda Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin İstanbul Texniki Universiteti ilə birgə layihəsi olan "Si ..

2024-10-15
AzTU

AzTU tələbəsi qol güləşi üzrə dünya çempionu olub

Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin IV kurs tələbəsi Rəşad Quluzadə Yunanıstanın Loutraki şəhərində keçirilən qol güləşi üzrə dünya çempionatında iki qızıl medal qazanıb. Belə ki, 78 kq çəki dərəcəsində mübarizə aparan Rəşad Quluzadə həm gənclər, həm də kişilər arasında keçirilən yarışlarda bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. AzTU-nun rektoru Vilayət Vəliyev Rəşad Quluzadə ilə görüşüb. Rektor Rəşad Quluzadəni dünya çempionu olması münasibətilə təbrik edib, idman sahəsində hər zaman böyük uğurlar qazanmasını arzulayıb, həmçinin tələbənin dərsləri ilə maraqlanıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin IV kurs tələbəsi Rəşad Quluzadə Yunanıstanın Loutraki şəhərində keçirilən qo ..

2024-10-15
AzTU

Rektor: "İnformasiya təhlükəsizliyi ciddi iqtisadi nəticələr doğurur"

İnformasiya təhlükəsizliyi sadəcə texnoloji məsələ deyil, həm də ciddi iqtisadi nəticələr doğurur. Bunu Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Bakıda keçirilən "Simsiz rabitə üzrə süni intellektlə dəstəklənən yeni kibermüdafiə üsulları" adlı təlimin açılış mərasimində bildirib. Onun sözlərinə görə, informasiya təhlükəsizliyi dayanıqlı iqtisadi inkişafı təmin edən mühüm elementlərdən biridir. "Texnologiyaların inkişafı getdikcə yeni mübarizə üsullarının ortaya qoyulmasını tələb edir. Belə məqamda süni intellekt əsaslı texnologiyalar təhdidlərin müəyyən olunması və onların gələcək proqnozlaşdırılması ilə bağlı ciddi məqamlar ortaya qoyur. Bu, hücumların həm spesifikasının formalaşması və təyin olunması, eyni zamanda onunla mübarizənin kifayət qədər yeni üsullarının ortaya çıxmasını tələb edir. Bu istiqamətdə universitetlərin və tədqiqat mərkəzlərinin rolu kifayət qədər artır, onların sənaye və müəssisələrlə daha ciddi əməkdaşlığı zərurəti ortaya çıxır", - deyə rektor qeyd edib. Vilayət Vəliyev hesab edir ki, informasiya təhlükəsizliyi yönündə Azərbaycanda kadr hazırlığı kifayət qədər artırılmalıdır: "Əsas məqam doktorantura səviyyəsində proqramların artırılmasıdır. Çünki biz həmin proqramları daha ciddi həyata keçirmək üçün ilk növbədə öyrədənlərin öyrənməsini təmin etməliyik. Bu istiqamətdə qısa və orta müddətli birgə proqramların həyata keçirilməsi mümkün ola bilər. Bu nəticə etibarı ilə universitetlərin bazalarının artırılmasına kömək edəcək. Digər bir məqam bütün sferalarda elmi tədqiqatların aparılmasıdır. Bunun nəticəsində sənayenin ayrı-ayrı strukturlarında - xüsusilə energetika, telekommunikasiya sektorlarında kritik infrastrukturun formalaşdırılması ilə bağlı ciddi məqamlar ortaya çıxmalıdır. Eyni zamanda audit işlərinin aparılması, texnoloji məsələlərin, bu istiqamətdə standartların öyrənilməsi əhəmiyyətlidir". Azərbaycanda kibertəhlükəsizlik ekosisteminin formalaşması üçün maraqlı tərəflərin bir araya gəlməsinin önəmini vurğulayan rektor bu yöndə normativ hüquqi sənədlərin işlənməsi, eyni zamanda praktiki işlərin görülməsi ilə bağlı ciddi məsələlərin olduğunu deyib.

İnformasiya təhlükəsizliyi sadəcə texnoloji məsələ deyil, həm də ciddi iqtisadi nəticələr doğurur. Bunu Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Bakıda ke ..

2024-10-15
AzTU

TÜBİTAK BİLGEM Mərkəzinin rəhbəri AzTU-da olub

Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) İnformasiya Təhlükəsizliyi üzrə Tədqiqat Mərkəzinin (BİLGEM) rəhbəri Ali Görçin Azərbaycan Texniki Universitetində (AzTU) olub. Qonaq AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb. Rektor Vilayət Vəliyev AzTU-da süni intellekt və kibertəhlükəsizlik sahhəsində görülən işlərdən danışıb. Bu istiqamətdə universitetin BİLGEM ilə əməkdaşlığının önəmini vurğulayıb. BİLGEM-in rəhbəri Ali Görçin müasir dövrdə informasiya təhlükəsizliyinin önəmindən danışıb və yeni kiberməhsulların ortaya qoyulmasının vacibliyini qeyd edib. Bildirib ki, mərkəz AzTU ilə qeyd olunan istiqamət üzrə magistratura və doktorantura səviyyələrində əməkdaşlıq edə bilər. Ali Görçin universitetlə mərkəzin birgə sertifikasiya proqramları həyata keçirməsi, həmçinin Türkiyə universitetləri ilə magistratura və doktorantura səviyyələrində razılılaşdırılmış ikili rəhbərliyin BİLGEM tərəfindən dəstəklənəcəyini bildirib. Görüşdə tələbələrin kibertəhlükəsizlik və süni intellekt istiqamətində biliklərinin daha da təkmilləşdirilməsi üçün onların mərkəzdə təcrübə keçməsi ilə bağlı müzakirələr aparılıb.

Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) İnformasiya Təhlükəsizliyi üzrə Tədqiqat Mərkəzinin (BİLGEM) rəhbəri Ali Görçin Azərbaycan Texniki Universitetində (AzTU) ol ..

2024-10-15