Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

AzTU nümayəndə heyəti Pakistanda səfərdə olub

AzTU rektoru Vilayət Vəliyev və beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov 26-28 avqust tarixlərində Pakistana səfər çərçivəsində Pakistanın Milli Elm və Texnologiya Universitetinin (NUST) rektoru Cavid Mahmud Buxari və universitet rəhbərliyi, eləcə də bu ali təhsil müəssisəsinin digər akademik, tədqiqat və innovasiya strukturlarında görüşlər keçirib. Görüşlərdə NUST və AzTU-nun son illər inkişaf edən əməkdaşlıqları nəticəsində davamlı sənayeni dəstəkləyən tədris, tədqiqat və yeni texnologiyaların inkişafını diqqətdə saxlayan birgə fəaliyyət planının layihəsini hazırlayaraq ilkin müzakirəsini keçiriblər. İki ölkənin maraqları baxımından birgə müəllim və tələbə mübadiləsi üzrə akademik proqramlar, birgə tədqiqat layihələri, innovativ texnologiyaların və sahibkarlığın inkişafına dəstək sahələrini əhatə edən birgə fəaliyyət planının ilin sonuna kimi təsdiq edilməsi və fəaliyyətə başlanılması qərara alınıb. Görüşlərdə iki universitetin inkişafını dəstəkləyən digər mühüm məsələlər də müzakirə edilərək razılaşdırılıb.

AzTU rektoru Vilayət Vəliyev və beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov 26-28 avqust tarixlərində Pakistana səfər çərçivəsində Pakistanın Milli Elm və Texnologiya Unive ..

2024-09-02
AzTU

AzTU əməkdaşının növbəti master-klassı keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Dayanıqlı İnkişaf İnstitutunun əməkdaşı İqor Nasirovun "Azərbaycanın Dünyanın Yaşıl Gələcəyinə Artan Töhfəsi” (Growing Contribution of Azerbaijan to Earth’s Green Future) adlı növbəti master-klassı onlayn formatda təşkil edilib. “Yaşıl Maliyyə” (Green Finance) adlanan dördüncü hissə emissiyaların azaldılması, biomüxtəlifliyin qorunması və s. kimi ətraf mühitin qorunması məqsədilə sahibkarlıq layihələrinin ekoloji məqsədlər üçün maliyyələşdirilməsi prorsesinə həsr edilib. Tədbirin əsas məqsədlərindən biri COP29-un müxtəlif aspektlərini və onun qlobal iqlim gündəliyinə uyğunluğunu araşdırmaq üçün elmi tədqiqatçıların, professor-müəllim heyətinin, tələbələrin diqqətinə çatdırmaq olub. Tədbirdə qlobal tendensiyalar və təcrübələr, Azərbaycanın yaşıl dünyaya verəcəyi töhfələr, COP29-da Azərbaycanda icra olunacaq layihələr, “yaşıl gələcəyə” verəcəyi töhfə haqqında bacarıqlarını inkişaf etdirmək istiqamətində geniş müzakirələr aparılıb. Tədbirdə xüsusi qonaq olaraq Asiya İnkişaf Bankı İnstitutunun (ADBI) baş elmi işçisi Dina Azhgaliyeva öz məruzəsi ilə çıxış edib.

Azərbaycan Texniki Universitetinin (AzTU) Dayanıqlı İnkişaf İnstitutunun əməkdaşı İqor Nasirovun "Azərbaycanın Dünyanın Yaşıl Gələcəyinə Artan Töhfəsi” (Growing Contribution o ..

2024-09-02
AzTU

AzTU-ya 2024-2025-ci tədris ili üzrə müsabiqədənkənar tələbələr qəbul olunub

Dövlət İmtahan Mərkəzi tərəfindən aparılan qəbul zamanı 2024-2025-ci tədris ili üzrə 2585 nəfər Azərbaycan Texniki Universitetində (AzTU) bakalavriat səviyyəsində texniki və texnoloji, eyni zamanda iqtisadiyyat və idarəetmə ixtisaslar qrupu üzrə təhsil almaq hüququ qazanıb. Onlardan 2072 nəfəri müsabiqə yolu ilə, 513 nəfər müsabiqədənkənar qəbul nəticəsində tələbə adı qazanıblar. Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu aparıldığına görə, Riyaziyyat fənni üzrə Respublika fənn olimpiadasının qalibi Atayev Fuad Ramil oğlu qəbul imtahanlarında iştirak etmədən AzTU-da təhsil almağa başlayıb. Əlavə olaraq 512 nəfər subbakalavr müxtəlif ixtisaslar üzrə alternativ qəbul formasının üstünlüklərindən yararlanıb. Bu tələbələrin ixtisaslar üzrə proporsiyası aşağıdakı kimidir: -116178 Kompüter elmləri (tədris ingilis dilində) – 1 nəfər; -116218 Cihaz mühəndisliyi – 9 nəfər; -116242 Elektrik və elektronika mühəndisliyi – 37 nəfər; -116259 Energetika mühəndisliyi – 80 nəfər; -116267 Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi – 3 nəfər; -116275 İnformasiya təhlükəsizliyi – 8 nəfər; -116348 Kimya mühəndisliyi – 6 nəfər; -116389 Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi – 9 nəfər; -116397 Maşın mühəndisliyi – 28 nəfər; -116412 Materiallar mühəndisliyi – 27 nəfər; -116429 Mədən mühəndisliyi – 20 nəfər; -116437 Metallurgiya mühəndisliyi – 11 nəfər; -116445 Mexanika mühəndisliyi – 10 nəfər; -116478 Nəqliyyat mühəndisliyi – 106 nəfər; -116494 Qida mühəndisliyi – 20 nəfər; -116526 Radiotexnika və telekommunikasiya mühəndisliyi – 90 nəfər; -116534 Sənaye mühəndisliyi – 4 nəfər; -116559 Beynəlxalq ticarət və logistika – 7 nəfər; -116615 İqtisadiyyat – 10 nəfər; -116689 Menecment – 10 nəfər; -116712 Statistika – 17 nəfər.

Dövlət İmtahan Mərkəzi tərəfindən aparılan qəbul zamanı 2024-2025-ci tədris ili üzrə 2585 nəfər Azərbaycan Texniki Universitetində (AzTU) bakalavriat səviyyəsində texniki və texn ..

2024-08-30
AzTU

Pakistanda AzTU-nun təşkilatçılığı ilə beynəlxalq müsabiqə keçirilib

Pakistan İslam Respublikasının İslamabad şəhərində bu ölkənin Milli Elm və Texnologiya Universitetinin və (METU) Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı ilə “İnnovativ və Yaradıcı Həllərin Tapılması (FICS)” adlı beynəlxalq müsabiqənin yekun mərhələsi keçirilib. FICS Pakistan İslam Respublikasında 2013-cü ildən etibarən hər il keçirilən ən böyük startap müsabiqəsidir. Müsabiqədə təqdim olunan bütün layihələrin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olmasına diqqət yetirilir. Tədbirdə çıxış edən AzTU-nun rektoru professor Vilayət Vəliyev müsabiqənin qlobal çağırışlarla bağlı innovativ həllərin yaradılmasındakı rolu barədə danışıb. Rektor müsabiqədə Azərbaycan, Türkiyə və Pakistan universitetlərinin komandalarının iştirakının üç qardaş ölkənin əməkdaşlığının bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Qeyd edək ki, beynəlxalq müsabiqənin qalibi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandası seçilib. AzTU komandası isə “sosialyönümlü ən innovativ ideya” nominasiyasının qalibi olub.

Pakistan İslam Respublikasının İslamabad şəhərində bu ölkənin Milli Elm və Texnologiya Universitetinin və (METU) Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı il ..

2024-08-30
AzTU

ATİAHİ Respublika Komitəsinin sədri AzTU THİK sədri ilə görüşüb

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev ali təhsil müəssisələrində fəaliyyət göstərən tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri ilə görüş keçirib. Görüş bu ilin  sentyabr ayında Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Təhsil” İstirahət Mərkəzində keçiriləcək “Sağlam insan və dayanıqlı gələcək” mövzusunda konfransa hazırlıq məqsədilə təşkil olunub.  Görüşdə AzTU THİK sədri Mirməhəmməd Ələkbərli iştirak edib.    Gənclər siyasətinin ATİAHİ-nin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu qeyd edən A.Paşayev bildirib ki, bu istiqamətdə fəaliyyət bundan sonra da davam etdiriləcək, təşkilat gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların sağlam ruhda tərbiyə olunması, müasir düşüncə tərzinə malik layiqli vətəndaşlar kimi yetişməsi ilə bağlı müxtəlif layihələr reallaşdıracaq. O bildirib ki, “Sağlam insan və dayanıqlı gələcək” mövzusunda keçiriləcək konfrans da bu tədbirlərdən biri olacaq.  Sonra tədbir diskussiya şəklində davam etdirilib, THİK sədrlərinin təklifləri dinlənilib.  A.Paşayev konfransın yüksək səviyyədə təşkil edilməsi ilə bağlı müvafiq tövsiyələrini verib. 

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev ali təhsil müəssisələrində fəaliyyət göstərən tələbə həmkarlar ittifaqı komitə ..

2024-08-28
AzTU

AzTU-nun baş müəllimi vəfat edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Elektrotexnika kafedrasının baş müəllimi Əmiraslan Manafov uzunsürən xəstəlikdən sonra vəfat edib. Əmiraslan Manafov 1995-2007-ci illərdə AzTU-nun Elektrik enerji təchizatı və izolyasiya kafedrasında tədris ustası vəzifəsində çalışıb. 2015-ci ildən fəaliyyətini Elektrotexnika kafedrasında baş müəllim vəzifəsində davam etdirib.   AzTU-nun rəhbərliyi və kollektivi Əmiraslan Manafovun vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir. Allah rəhmət eləsin!

Azərbaycan Texniki Universitetinin (AzTU) Elektrotexnika kafedrasının baş müəllimi Əmiraslan Manafov uzunsürən xəstəlikdən sonra vəfat edib. Əmiraslan Manafov 1995-2007-ci illərdə AzT ..

2024-08-26
AzTU

AzTU ilə Türkiyənin TİS şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin dünyada seysmik dayanıqlılığı təmin etmək üçün kifayət qədər böyük təcrübəyə malik olan TİS (Texnoloji İzolyator Sistemləri) şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni AzTU-nun rektoru Vilayət Vəliyev və TİS şirkətinin baş direktorunun müavini Sadun Tanışer imzalayıblar. Tərəflər böyük bina və qurğuların seysmik dayanıqlılığının təmin olunması üçün mütəxəssislərin maarifləndirilməsi, təlim və seminarların verilməsi, birgə layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlıq edəcəklər.   Razılaşmaya əsasən, TİS şirkətinin mütəxəssisləri Azərbaycanda bu sahə üzrə ixtisaslaşan şəxslərə AzTU-da təlimlər və seminarlar verəcək, həmçinin universitet qurğuların layihələndirilməsi istiqamətində dəstək göstərəcək.   

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin dünyada seysmik dayanıqlılığı təmin etmək üçün kifayət qədər böyük təcrübəyə malik olan TİS (Texnoloji İzolyator Sisteml ..

2024-08-20
AzTU

Abituriyentlər Türkiyə-Azərbaycan Universiteti ilə bağlı “Açıq qapı” günündə iştirak ediblər

Türkiyə-Azərbaycan Universiteti (TAU) ilə bağlı Azərbaycan Texniki Universitetində (AzTU) avqustun 7-dən təşkil olunan “Açıq qapı” günü avqustun 19-da başa çatıb. “Açıq qapı” günlərində TAU-nun prorektoru Mehmet Şimşir və tərəfdaş universitetlərin nümayəndələri abituriyentləri maraqlandıran sualları cavablandırıblar. Abituriyentlər və onların valideynləri TAU-nun ixtisasları, tədris prosesi haqqında məlumatlar əldə etmək imkanı qazanıblar. Qeyd edək ki, TAU-da tədris prosesinə Türkiyədən Orta Doğu Teknik Universiteti, İstanbul Tekniki Universiteti və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub. Yeni tədris ilində universitetdə kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi ixtisasları üzrə tədris aparılacaq. Bütün ixtisaslar üzrə tədris ingilis dilində həyata keçiriləcək.

Türkiyə-Azərbaycan Universiteti (TAU) ilə bağlı Azərbaycan Texniki Universitetində (AzTU) avqustun 7-dən təşkil olunan “Açıq qapı” günü avqustun 19-da başa çatıb. “Açıq qap ..

2024-08-19
AzTU

Rəqəmsal tələbə kartı AzTU tələbələrinin istifadəsinə verilir

Yeni tədris ilindən AzTU tələbələri  “mygov” platforması üzərindən tələbə biletlərini rəqəmsal formada təqdim edəcəklər.  İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm və Təhsil Nazirliyi və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşəbbüsü ilə rəqəmsal tələbə kartlarından istifadəyə start verilir. Belə ki, artıq AzTU tələbələri tələbə bileti məlumatlarını “mygov” tətbiqi üzərindən rəqəmsal formada təqdim edəcəklər. Növbəti tədris ilindən universitetə daxil olmaq, universitetdə imtahanlara giriş zamanı kimi bir çox hallar üçün rəqəmsal tələbə kartından isitifadə nəzərdə tutulub. Bunun üçün tələbə “mygov” tətbiqində öz hesabına daxil olaraq rəqəmsal sənədlərin təqdim olunduğu “kartlar” bölməsində tələbə məlumatlarını əks etdirən tələbə kartı ilə tanış ola bilər. Kartın üzərindəki “QR paylaş” düyməsinə klikləyərək və ya həmin bölmədə əks olunan unikal nömrəni təqdim edərək məlumatları digər tərəflərlə paylaşa bilərlər. Eyni zamanda tələbə kartının PDF sənəd formatında paylaşılması da mümkündür. Qarşı tərəf isə bu məlumatları “mygov Checker” mobil tətbiqi və ya veb platforması vasitəsilə yoxlaya biləcək.  Tələbə daha sonra “mygov” mobil tətbiqində “paylaşdığım məlumatlarım” bölməsində paylaşdığı məlumatların tarixçəsi ilə tanış ola bilər.  Qeyd edək ki, “mygov” rəqəmsal hökumət platforması İnnoasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təqdim olunur. Platforma dövlət və vətəndaş arasında vahid kommunikasiya kanalı yaradır və yeni nəsil rəqəmsal hökumət yanaşmasına dair funksionallıqları özündə birləşdirir. 

Yeni tədris ilindən AzTU tələbələri “mygov” platforması üzərindən tələbə biletlərini rəqəmsal formada təqdim edəcəklər. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm v ..

2024-08-16
AzTU

Türkiyə-Azərbaycan Universiteti ilə bağlı “Açıq qapı” günü davam edir

Türkiyə-Azərbaycan Universiteti (TAU) ilə bağlı Azərbaycan Texniki Universitetində (AzTU) təşkil olunan “Açıq qapı” günü davam edir. Abituriyentlər və onların valideynləri “Açıq qapı” günündə iştirak edərək TAU-nun ixtisasları, tədris prosesi haqqında məlumatlar əldə etmək imkanı qazanırlar. Qeyd edək ki, TAU-da tədris prosesinə Türkiyədən Orta Doğu Tekniki Universiteti, İstanbul Tekniki Universiteti və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub. Yeni tədris ilində universitetdə kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi ixtisasları üzrə tədris aparılacaq. Bütün ixtisaslar üzrə tədris ingilis dilində həyata keçiriləcək.

Türkiyə-Azərbaycan Universiteti (TAU) ilə bağlı Azərbaycan Texniki Universitetində (AzTU) təşkil olunan “Açıq qapı” günü davam edir. Abituriyentlər və onların valideynləri “A ..

2024-08-15