Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da "Almaniyada təqaüdlü təhsil fürsətləri" mövzusunda məlumatlandırma sessiyası keçirilib

AzTU-da "Almaniyada təqaüdlü təhsil fürsətləri" mövzusunda məlumatlandırma sessiyası keçirilib

02.10.2025     39     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri üçün Almaniyada təqaüdlü təhsil fürsətləri, o cümlədən Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramları haqqında məlumatlandırma sessiyası keçirilib.

Tədbirdə beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov təqaüd proqramlarının AzTU-nun ixtisasları üzrə yaratdığı imkanlardan bəhs edib.

Məlumatlandırma sessiyasında AzTU-da fəaliyyət göstərən alman dili müəllimi Klaudio Kasperl Almaniyada təhsil, DAAD-nin təqaüd proqramları, müraciət şərtləri, tələb olunan sənədlər toplusu və seçim meyarları haqqında tələbələrə ətraflı məlumat verib. Tədbirdə Almaniyada bakalavr tələbələri üçün təşkil edilən yay məktəbləri və müraciət qaydaları da ətraflı izah olunub.

Sessiyada həmçinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Aysel Bədəlova AzTU-da mövcud mübadilə proqramları və müraciət şərtləri barədə ətraflı məlumat verib.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.


Digər xəbərlər