Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

Türkiyənin Zonguldak Bülent Ecevit Universitetinin prorektorları AzTU-da olublar

Türkiyənin Zonguldak Bülent Ecevit Universitetinin prorektorları professor Servet Karasu və professor Şenol Hakan Kutoğlu Azərbaycan Texniki Universitetində (AzTU) olublar. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər. Rektor Vilayət Vəliyev AzTU-da görülən işlər və həyata keçirilən yeniliklər haqqında qonaqlara ətraflı məlumat verib. Prorektorlar Servet Karasu və Şenol Hakan Kutoğlu təmsil etdikləri ali təhsil müəssisəsinin fəaliyyəti haqqında danışıblar. Görüşdə müvafiq istiqamətlər üzrə tədris və tədqiqat sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. 

Türkiyənin Zonguldak Bülent Ecevit Universitetinin prorektorları professor Servet Karasu və professor Şenol Hakan Kutoğlu Azərbaycan Texniki Universitetində (AzTU) olublar. Qonaqlar AzTU-nun ..

2024-08-12
AzTU

Abituriyentlər Türkiyə-Azərbaycan Universiteti ilə bağlı məlumatlandırılır

Türkiyə-Azərbaycan Universiteti (TAU) ilə bağlı Azərbaycan Texniki Universitetində (AzTU) təşkil olunan “Açıq qapı” günü davam edir. Avqustun 10-da keçirilən “Açıq qapı” günündə də abituriyentlərin TAU-ya böyük marağı müşahidə olunub. Abituriyentlər və onların valideynləri TAU-nun prorektoru Mehmet Şimşir və tərəfdaş universitetlərin nümayəndələri ilə görüşüb. Görüş zamanı abituriyentlərin TAU ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, TAU-da tədris prosesinə Türkiyədən Orta Doğu Tekniki Universiteti, İstanbul Tekniki Universiteti və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub. Yeni tədris ilində universitetdə kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi ixtisasları üzrə tədris aparılacaq. Bütün ixtisaslar üzrə tədris ingilis dilində həyata keçiriləcək.

Türkiyə-Azərbaycan Universiteti (TAU) ilə bağlı Azərbaycan Texniki Universitetində (AzTU) təşkil olunan “Açıq qapı” günü davam edir. Avqustun 10-da keçirilən “Açıq qapı” g ..

2024-08-10
AzTU

Türkiyə-Azərbaycan Universiteti ilə bağlı “Açıq qapı” günü davam edir

Xəbər verdiyimiz kimi, Türkiyə-Azərbaycan Universiteti (TAU) ilə bağlı Azərbaycan Texniki Universitetində (AzTU) “Açıq qapı” günü keçirilir. Avqustun 8-də təşkil olunan “Açıq qapı” günündə qəbul imtahanında yüksək nəticə göstərən abituriyentlər və onların valideynləri iştirak edib. TAU-nun prorektoru Mehmet Şimşir abituriyentlər və onların valideynləri ilə görüşərək universitetlə bağlı onları maraqlandıran sualları cavablandırıb. Qeyd edək ki, TAU-da tədris prosesinə Türkiyədən Orta Doğu Tekniki Universiteti, İstanbul Tekniki Universiteti və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub. Yeni tədris ilində universitetdə kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi ixtisasları üzrə tədris aparılacaq. Bütün ixtisaslar üzrə tədris ingilis dilində həyata keçiriləcək.

Xəbər verdiyimiz kimi, Türkiyə-Azərbaycan Universiteti (TAU) ilə bağlı Azərbaycan Texniki Universitetində (AzTU) “Açıq qapı” günü keçirilir. Avqustun 8-də təşkil olunan “Açı ..

2024-08-08
AzTU

Abituriyentlər Türkiyə-Azərbaycan Universiteti ilə bağlı keçirilən “Açıq qapı” günündə iştirak edirlər

Türkiyə-Azərbaycan Universiteti (TAU) ilə bağlı Azərbaycan Texniki Universitetində (AzTU) təşkil olunan “Açıq qapı” günü davam edir. “Açıq qapı” günündə iştirak edənlər arasında 600 baldan yüksək nəticə göstərən abituriyentlər çoxluq təşkil edir. TAU-nun prorektoru Mehmet Şimşir abituriyentlərlə görüşərək onların universitetlə bağlı suallarını cavablandırır. Qeyd edək ki, TAU-da tədris prosesinə Türkiyədən Orta Doğu Tekniki Universiteti, İstanbul Tekniki Universiteti və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub. Yeni tədris ilində universitetdə kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi ixtisasları üzrə tədris aparılacaq. Bütün ixtisaslar üzrə tədris ingilis dilində həyata keçiriləcək.

Türkiyə-Azərbaycan Universiteti (TAU) ilə bağlı Azərbaycan Texniki Universitetində (AzTU) təşkil olunan “Açıq qapı” günü davam edir. “Açıq qapı” günündə iştirak edənlər ..

2024-08-07
AzTU

AzTU rektoru qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərlə görüşüb

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlər və onların valideynləri ilə görüşüb. Rektor universitetdə görülən işlər və həyata keçirilən layihələr, ikili diplom proqramları, beynəlxalq və yerli əməkdaşlıqlar, universitet-sənaye işbirliyi, tələbələr üçün yaradılan karyera imkanları barədə abituriyentlərə məlumat verib. Daha sonra abituriyentlərin seçəcəkləri ixtisaslarla bağlı onları maraqlandıran suallar cavablandırılıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlər və onların valideynləri ilə görüşüb. Rektor universitetdə g ..

2024-08-07
AzTU

Qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlər AzTU-ya ekskursiya edib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlər Azərbaycan Texniki Universitetinə (AzTU) ekskursiya edib. Abituriyentlərə AzTU-da görülən işlər, həyata keçirilən layihələr, ikili diplom proqramları, beynəlxalq əlaqələr və s. barədə ətraflı məlumat verilib. Daha sonra abituriyentlər AzTU-nun kampusu ilə tanış olub, laboratoriya və auditoriyalara baxış keçiriblər.

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlər Azərbaycan Texniki Universitetinə (AzTU) ekskursiya edib. Abituriyentlərə ..

2024-08-06
AzTU

Türkiyə-Azərbaycan Universitetinə ixtisas seçimi aparılacaq

2024-2025-ci tədris ilində Türkiyə-Azərbaycan Universitetinə (TAU) tələbə qəbulu aparılacaq. Bunun üçün abituriyentlər 9-19 avqust tarixlərində ixtisas seçimində iştirak edərək TAU-nun tədris ingilis dilində aparılacaq ixtisaslarını (kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi) seçə bilərlər. TAU-da tədris prosesinə Türkiyədən Orta Doğu Teknik Universiteti, İstanbul Tekniki Universiteti və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub.

2024-2025-ci tədris ilində Türkiyə-Azərbaycan Universitetinə (TAU) tələbə qəbulu aparılacaq. Bunun üçün abituriyentlər 9-19 avqust tarixlərində ixtisas seçimində iştirak edərək T ..

2024-08-05
AzTU

AzTU tələbəsi AKM-in təhsil layihəsində 1-ci yerə layiq görülüb

Azərbaycan Texniki Universitetinin (AzTU) SABAH qrupları tələbələri (bakalavriat və magistratura səviyyəsi üzrə) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) ilə İsrailin Texnion Universitetinin əməkdaşlığı çərçivəsində keçirilən təhsil layihəsində yüksək nəticə göstəriblər. Belə ki, AzTU “SABAH Magistratura” proqramlarının kibertəhlükəsizlik ixtisasında təhsil alan Əfqan Qədirov Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) 3-cü dalğasında ən yüksək ortalama göstərici ilə 1-ci yerə layiq görülüb. Digər tələbələrə isə fəqrləndikləri üçün sertifikat təqdim olunub. AzTU rektoru Vilayət Vəliyev təlimdə qalib olan və uğur qazanan tələbələrlə görüşüb, onlara uğurlar arzu edib. Qeyd edək ki, təhsil layihəsi çərçivəsində İsrailin Texnion Universitetinin müəllimləri AKM-in 3-cü dalğasına müraciət etmiş 1907 namizədin həm İT biliklərini yoxlayıb, həm də müsahibə bacarıqlarını testdən keçirib. Hər iki mərhələdə uğur qazanmış namizədlərə “Blue team” və “Red team” istiqamətində 6 aylıq təlimlər təşkil edilib.     

Azərbaycan Texniki Universitetinin (AzTU) SABAH qrupları tələbələri (bakalavriat və magistratura səviyyəsi üzrə) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) ilə İsrailin Texnion ..

2024-08-01
AzTU

AzTU ali təhsil müəssisələrinin sərgisində təmsil olunur

Azərbaycan Texniki Universiteti (AzTU) Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə keçirilən ali təhsil müəssisələrinin sərgisində təmsil olunur. Sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin mövcud imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir. Ziyarətçilər sərgidə AzTU nümayəndələri ilə birbaşa ünsiyyət quraraq ixtisaslar, tədris proqramları, maddi-texniki baza, təhsil haqqı, güzəştlər, təqaüd proqramları və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab tapmaq imkanına malikdirlər. Sərgi çərçivəsində əvvəlcədən təyin olunmuş zallarda və saatda AzTU-nun abituriyentlər üçün daha geniş formada təqdimatı nümayiş etdirilir. Qeyd edək ki, sərgidə ölkəmizdə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi, həmçinin müxtəlif qurumların stendləri yer alıb. Sərgi 2 avqust 2024-cü il tarixinə kimi davam edəcək.

Azərbaycan Texniki Universiteti (AzTU) Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə keçirilən ali təhsil müəssisələrinin sərgisində təmsil olunur. Sərginin keçirilməsində ..

2024-07-31
AzTU

AzTU-nun professoru Rusiyada beynəlxalq elmi konfrasda çıxış edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin dekanı professor Hüseynqulu Quliyev Rusiyanın Arxangelsk şəhərində “Böyük energetik sistemlərin etibarlılığının metodik məsələləri” mövzusunda beynəxalq elmi konfrasda iştirak edib. Hüseynqulu Quliyev “Uzaq məkanların avtonom elektrik təchizatı üçün bərpaolunan mənbəli hibrid AC .DC paylanmış generasiya sisteminin optimal ölçülərinin təyini” və “330 kV gərginlikli elektrik şəbəkələrində idarə olunan şuntlayıcı reaktorların seçilməsi və onların istismar rejimlərinin tədqiqi” mövzularında elmi məruzələrlə çıxış edib.   AzTU professorunun ilk məruzəsi yaşıl enerji texnologiyaları bazasında hibrid sistemlərin uzaq məsafələrdə yerləşən zonaların etibarlı elektrik təchizatının yaradılmasında tətbiqinin nəzəri-metodik məsələlərinə həsr olunub. Onun növbəti çıxışı isə energetika sistemlərinin dayanıqlılığının yüksəldilməsi üçün idarəolunan şuntlayıcı reaktorların optimal yerləşdirilməsi və onların istismar rejimlərinin tədqiqindən bəhs edib. Hər iki məruzənin materialları Rusiyanın Elmi Sitat İndeksləşməsi (RESİ) və “Scopus” bazasında indeksləşdirilmiş dövrü nəşrlərdə çap olunmaq üçün qəbul edilib. 

Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin dekanı professor Hüseynqulu Quliyev Rusiyanın Arxangelsk şəhərində “Böyük energetik sistemlərin etibarl ..

2024-07-25