Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU əməkdaşı ICPC Fondunun yüksək mükafatlarına layiq görülüb

AzTU əməkdaşı ICPC Fondunun yüksək mükafatlarına layiq görülüb

24.09.2025     112     AzTU

Dünyanın nüfuzlu proqramlaşdırma yarışı olan 49-cu Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Dünya Finalı “ICPC Fondu”nun təşkilatçılığı, ADA Universitetinin ev sahibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının tərəfdaşlığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “ICPC Azərbaycan İcması”nın birgə əməkdaşlığı ilə 2025-ci il 31 avqust – 5 sentyabr tarixlərində Bakıda keçirilib. ICPC Dünya Finalında 70-dən çox ölkədən 139 komanda iştirak edib.

1 sentyabrda təşkil olunan ICPC Dünya Finalının açılış mərasimində AzTU-nun Təhsildə İnformasiya Texnologiyaları və Metodik Dəstək İnstitutunun direktoru Etibar Seyidzadəyə ICPC Fondunun yüksək mükafatları: “İctimai Fəaliyyətə Görə Fəxri Mükafatı” və “Joseph S. DeBlasi Fəxri Əməkdaşlıq Mükafatı” təqdim olunub.

ICPC Fondunun “İctimai Fəaliyyətə Görə Fəxri Mükafatı” Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin təbliğində mühüm rol oynamış fərd və ya qrupa təqdim olunur.

ICPC Fondunun “Joseph S. DeBlasi Fəxri Əməkdaşlıq Mükafatı” hər il ICPC-nin beş və ya daha çox il ərzində uğurunda mühüm rol oynamış şəxsə və ya qrupa təqdim olunur.

Qeyd edək ki, ICPC (Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsi) 1977-ci ildən mütəmadi olaraq keçirilməkdədir. Hər il 110 ölkənin 3 mindən çox universitetindən 50 mindən çox tələbə bu müsabiqədə iştirak edir.

Azərbaycan ali təhsil müəssisələrinin tələbə komandaları 2000-ci ildən ICPC - Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsində iştirak edirlər. 2005-ci ildən isə ICPC Azərbaycan regional müsabiqələri keçirilir.

Etibar Seyidzadə – ICPC Azərbaycan üzrə regional müsabiqənin münsiflər heyətinin sədri (2005–2022), regional müsabiqə direktoru (2023–indiyədək), komanda məşqçisi (2005–indiyədək) kimi fəaliyyət göstərir və ICPC Azərbaycan İcmasının qurucusudur.


Digər xəbərlər