Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Namangan Dövlət Texniki Universitetinin prorektoru AzTU-da olub

Namangan Dövlət Texniki Universitetinin prorektoru AzTU-da olub

23.09.2025     39     AzTU

Namangan Dövlət Texniki Universitetinin beynəlxalq əməkdaşlıq üzrə prorektoru Ilhom Abdurahmanov Azərbaycan Texniki Universitetində (AzTU) olub. Görüşün əsas məqsədi universitetlər arasında gələcək əməkdaşlıq imkanlarını müzakirə etmək və mövcud əlaqələri daha da gücləndirmək olub.

AzTU-nun elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov universitetdə görülən işlərlə bağlı qonağa məlumat verib. Görüş zamanı ikitərəfli əməkdaşlıq sahələri müzakirə olunub. Xüsusi olaraq elmi-tədqiqat sahəsində əməkdaşlıq, tələbə və müəllim mübadiləsi, universitetlərin beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılması, ikili diplom proqramlarını həyata keçirilməsi və digər mövzularda fikir mübadiləsi aparılıb.


Digər xəbərlər