Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU əməkdaş və tələbələri üçün ödənişsiz göz müayinəsi həyata keçirilib

AzTU əməkdaş və tələbələri üçün ödənişsiz göz müayinəsi həyata keçirilib

30.09.2025     58     AzTU

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “Focus Optika”nın əməkdaşlığı çərçivəsində 24, 25, 26 sentyabr tarixlərində universitetin əməkdaş və tələbələri üçün ödənişsiz göz müayinəsi həyata keçirilib.

“Focus Optika”nın həkimləri tərəfindən aparılan müayinədə ümumiləkdə 160-dan çox əməkdaş və tələbə iştirak edib.  

Müayinə zamanı gözün sağlamlığının qorunması istiqamətində əhəmiyyətli tövsiyələr verilib, həmçinin əlavə suallar cavablandırılıb.

Bundan əlavə, müayinədən keçən AzTU əməkdaş və tələbələri üçün eynək və digər əlaqədar məhsulların alışı zamanı xüsusi endirimlərin tətbiq olunacağı bildirilib.

Qeyd edək ki, AzTU əməkdaş və tələbələrinin sağlamlığını hər zaman diqqətdə saxlayır. Universitetdə belə layihələrin bundan sonra da davam etdirilməsi planlaşdırılır.


Digər xəbərlər