Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da Anım Gününə həsr olunan tədbir keçirilib

AzTU-da Anım Gününə həsr olunan tədbir keçirilib

26.09.2025     123     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib.

Əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, Anım Günü hüznlü olduğu qədər də şərəfli bir gündür və məhz bu tarix şanlı Qələbəmizin başlanğıcı oldu. Rektor vurğulayıb ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın hərb tarixində yeni səhifə açdı, 2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə başladılan müharibədə “Qarabağ Azərbaycandır!” şüarı Azərbaycan ordusuna güc-qüvvət verdi və nəticədə 30 illik işğala son qoyuldu. Həmin gündən 5 il keçməsinə baxmayaraq Vətən müharibəsində istifadə olunan müasir texnologiyalar, rəşadətli ordumuzun yenilməzliyi dünyanın hərbi ekspertlərinin tədqiqat mövzusuna çevrilib.

Daha sonra çıxış edən Vətən müharibəsi qazisi Ramil Şirinov bildirib ki, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunmasında hərbçilərimizin qəhrəmanlığı, şücaəti və peşəkarlığı, xalqımızın birliyi xüsusi rol oynayıb.

Vətən müharibəsi qazisi Rəşad Aslanov çıxışında vətənpərvərliyin sadəcə hərbi geyim formasından ibarət olmadığını, hər kəsin öz işini vicdanla yerinə yetirməsində olduğunu xüsusi vurğulayıb. Daha sonra Vətən müharibəsi qaziləri AzTU-nun tələbəsi Rəşvin Şirəlizadəyə vətənpərvərlik mövzularını, şəhid və qazi ailələrini hər zaman diqqətdə saxladığına görə fəxri fərman təqdim ediblər.

Çıxışlardan sonra AzTU-nun “Paradox” Teatr Klubunun təqdimatında Yefim Abramov və Leyla Bəyimin “Xəyalpərvər oğlanlar” əsəri əsasında hazırlanmış “Yarım qalan arzular” tamaşası nümayiş olunub. AzTU tələbələri tamaşanı 44 günlük Vətən müharibəsində həlak olmuş şəhidlərin ruhuna ithaf ediblər.

Tamaşanın yekununda Xalq artisti Valeh Kərimov çıxış edərək AzTU tələbələrinin aktyorluq bacarığını yüksək qiymətləndirib.


Digər xəbərlər