Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU rektoru “THE Avrasiya Universitetlərinin Sammiti”ndə çıxış edib

AzTU rektoru “THE Avrasiya Universitetlərinin Sammiti”ndə çıxış edib

25.09.2025     136     AzTU

Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin təşkilatçılığı ilə keçirilən ikigünlük “THE Avrasiya Universitetlərinin Sammiti” uğurla başa çatıb.

Tədbirin ikinci günündə Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Charting the Future of Eurasian Collaboration” adlı paneldə çıxış edərək Avrasiya məkanında universitetlərarası əməkdaşlığın gələcək perspektivləri barədə fikir və təkliflərini bölüşüb.

Rektor çıxışında elm və ali təhsil müəssisələri arasında ortaq tədqiqat layihələrinin təşkili, beynəlxalq əməkdaşlıqların gücləndirilməsi və innovasiyayönümlü təşəbbüslərin dəstəklənməsinin əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, sammitdə müzakirələr əsasən Avrasiya regionunda ali təhsilin keyfiyyətinin yüksəldilməsi, universitetlərin qlobal elm və innovasiya şəbəkəsinə daha fəal inteqrasiyası üçün yeni imkanların yaradılmasına həsr olunub.


Digər xəbərlər