Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Daşkənd Dövlət Nəqliyyat Universitetinin prorektoru AzTU-da olub

Daşkənd Dövlət Nəqliyyat Universitetinin prorektoru AzTU-da olub

29.09.2025     38     AzTU

Ölkəmizdə səfərdə olan Daşkənd Dövlət Nəqliyyat Universitetinin elmi iş və innovasiyalar üzrə prorektoru Said Şaumarov Azərbaycan Texniki Universitetində (AzTU) olub. 

Qonağı salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev Daşkənd Dövlət Nəqliyyat Universiteti ilə əməkdaşlığın son illərdə genişlənməsindən məmnun olduğunu bildirdi. O, xüsusilə universitetlərin birgə tədqiqatlarının artmasının əhəmiyyətini və birgə tədqiqat mərkəzinin fəaliyyətə başlamasının vacibliyini diqqətə çatdırıb. 

Daşkənd Dövlət Nəqliyyat Universitetinin prorektoru Said Şaumarov təmsil etdiyi ali təhsil müəssisəsinin AzTU ilə nəqliyyat texnologiyaları, şəhər mobilliyi və logistika istiqamətlərində aparılan birgə tədqiqatlardan məmnunluğunu ifadə edib, gələcəkdə bu tədqiqatların daha da genişləndirilməsində maraqlı olduğunu bildirib. 

Görüş zamanı həmçinin AzTU ilə Daşkənd Dövlət Nəqliyyat Universiteti arasında tələbə və müəllim mübadiləsi, universitetlərin beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılması, ikili diplom proqramlarını həyata keçirilməsi və digər mövzularda fikir mübadiləsi aparılıb.


Digər xəbərlər