Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Nəqliyyat və logistika fakültəsinin I kurs tələbələri ilə görüş keçirilib

Nəqliyyat və logistika fakültəsinin I kurs tələbələri ilə görüş keçirilib

01.10.2025     82     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat və logistika fakültəsinin 1-ci kurs tələbələri ilə görüş keçirilib.

Nəqliyyat və logistika fakültəsinin dekanı Allahverdi Şərifov tələbələri AzTU-ya qəbul olunmaqları münasibətilə təbrik edib və onlara təhsillərində uğurlar diləyib. Dekan universitet, fakültənin tarixi və təhsil istiqamətləri barədə I kurs tələbələrinə məlumat verib.  

Daha sonra fakültə nəzdində fəaliyyət göstərən Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasının müdiri Razim Bayramov və Nəqliyyat texnikası və idarəetmə texnologiyaları kafedrasının məsləhətçi professoru Heybətulla Əhmədov kadr hazırlığında kafedraların əsas prioritet istiqamətləri, universitet-sənaye əməkdaşlığının əhəmiyyəti, nəqliyyat və logistika sahəsində əmək bazarına olan çağdaş tələblər haqqında ətraflı məlumat veriblər.

Görüşdə müxtəlif dövlət və özəl müəssisələrdə yüksək vəzifələrdə çalışan AzTU məzunları çıxış ediblər. Bildirilib ki, Nəqliyyat və logistika fakültəsinin məzunlarına bütün yerli və xarici müəssisələrdə tələb var. İxtisası dərindən mənimsəmə, sənayedə möhkəmlənmiş praktiki vərdişlər, bir neçə xarici dil və kompüter bilikləri, özünü təqdimetmə, ünsiyyət və davranış bacarıqları AzTU məzunlarına geniş iş imkanları açacaq.

AzTU-nun Texnologiya Transfer Mərkəzinin əməkdaşı Sahib Əsgərov mərkəzin tələbələr üçün yaratdığı imkanlar haqqında geniş təqdimatla çıxış edib.

Fakültənin dekan müavinləri Qəzənfər Axundov və Mahir Mustafayev isə tələbələrə tədris prosesi, fakültədə kommunikasiya prosesi ilə bağlı zəruri məlumatlar veriblər.  

Tələbələr adından çıxış edən, hazırda IV kursda təhsil alan Rəşvin Şirəlizadə fakültənin onun təhsil və şəxsi inkişafına qatdığı dəyərlərdən danışıb.


Digər xəbərlər