Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Almaniyanın Potsdam Universitetinin müəllimi AzTU-da təlim keçib

Almaniyanın Potsdam Universitetinin müəllimi AzTU-da təlim keçib

23.10.2025     65     AzTU

Almaniyanın “German Academic Exchange Service” (DAAD) mübadilə proqramı çərçivəsində “Berlin Speaking” şirkətinin təsisçisi və Potsdam Universitetinin mühazirəçisi Pascal Heyman Azərbaycan Texniki Universitetində (AzTU) səfərdə olub. Səfər çərçivəsində Pascal Heyman gənc müəllimlərin startap layihələrinin inkişafına və təqdimat bacarıqlarının gücləndirilməsinə həsr olunmuş “Pitch Training” adlı təlim keçib.

AzTU-nun “SmartTech” İnnovatorlar Mərkəzinin təşkilatçılığı ilə keçirilən təlimin məqsədi iştirakçıların innovativ ideyalarını təqdim etmək, məhsul və layihələr üçün effektiv “pitch”lər hazırlamaq, eləcə də Almaniyanın startap ekosistemi barədə biliklərini artırmaq olub.

İnteraktiv formatda təşkil edilən təlim müddətində iştirakçılar həm nəzəri biliklər, həm də praktiki tapşırıqlar vasitəsilə ictimai çıxış, təqdimat, bədən dili və hekayə qurmaq bacarıqlarını inkişaf etdiriblər. Sessiyalar zamanı tələbə və müəllimlər öz startap ideyalarını təqdim edərək fərdi rəy və mentor dəstəyi alıblar.

Təlimin sonunda iştirakçılar öz layihə ideyaları üzrə “pitch” çıxışlarını təqdim edib, mütəxəssis tərəfindən fərdi rəy və tövsiyələr alıblar.


Digər xəbərlər