Bakı Ekspo Mərkəzində 5-ci yubiley Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi (Rebuild Karabakh) keçirilib.
Tədbirin əsas məqsədi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, bölgədə sosial-iqtisadi infrastrukturun yenilənməsi, kənd təsərrüfatı və digər prioritet sahələrin inkişafına dəstək verməkdir.
Sərgidə Aqrar İnnovasiya Mərkəzinin təqdim etdiyi stenddə Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin tələbəsi Nihad Əliyev, Maşınqayırma və metallurgiya fakültəsinin tələbələri Anar Məmmədov və Ömər Məmmədzadənin startapları nümyaiş olunub.
Qeyd edək ki, 14-16 oktyabr tarixlərində keçiriləcək “Rebuild Karabakh” sərgisi Qarabağın bərpası prosesinə dövlət və özəl sektorun, həmçinin beynəlxalq tərəfdaşların cəlb olunması baxımından mühüm platforma rolunu oynayır.