Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici sessiya keçirilib

AzTU-da korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici sessiya keçirilib

20.10.2025     48     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) əməkdaşlar üçün Azərbaycan Respublikası Prezidentinin 2022–2026-cı illər üzrə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair maarifləndirici sessiya keçirilib.

Kommunikasiya şöbəsinin əməkdaşı Mehti Namazov korrupsiya ilə mübarizənin yalnız hüquqi məsələ olmadığını, eyni zamanda, mənəvi məsuliyyət kəsb etdiyini diqqətə çatdırıb. O bildirib ki, AzTU-da sağlam idarəetmə mədəniyyəti formalaşıb və bu cür maarifləndirici tədbirlərin keçirilməsi ənənə halını alıb.

Hüquqşünas Şükufə Muradsoy iştirakçıları korrupsiya hüquqpozmaları, bu növ əməllərə görə tətbiq edilən məsuliyyət tədbirləri, korrupsiyanın ictimai və iqtisadi həyata mənfi təsirləri, korrupsiyaya şərait yaradan amillər, ölkəmizdə və beynəlxalq təcrübədə həyata keçirilən antikorrupsiya strategiyalarının əsas istiqamətləri və s. məsələlər barədə məlumatlandırıb.


Digər xəbərlər