Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Xüsusi texnika və texnologiya fakültəsində payız semestri üzrə keçirilən aralıq imtahanları uğurla davam edir

Xüsusi texnika və texnologiya fakültəsində payız semestri üzrə keçirilən aralıq imtahanları uğurla davam edir

29.10.2025     75     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsində 2025/2026-cı tədris ilinin payız semestri üzrə keçirilən aralıq imtahanları uğurla davam edir.

Aralıq imtahanlarının il ərzində iki dəfə keçirilməsi nəzərdə tutulur. Bu yanaşma tələbələrin semestr boyu davamlı öyrənməsini stimullaşdırmaqla yanaşı, qiymətləndirmənin obyektivliyinin və şəffaflığının daha da artırılmasına xidmət edir.

Qeyd edək ki, regionda müdafiə sənayesi sahəsində ixtisaslı mühəndis kadrlar hazırlayan yeganə fakültə olan Xüsusi texnika və texnologiya fakültəsində imtahanlar müasir qiymətləndirmə mexanizmi əsasında keçirilir, prosesin gedişinə isə fakültə rəhbərliyi və nümayəndələri tərəfindən nəzarət olunur.


Digər xəbərlər