Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da İnkubasiya Mərkəzinin açılışı olub

AzTU-da İnkubasiya Mərkəzinin açılışı olub

29.10.2025     69     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) İnkubasiya Mərkəzinin açılış mərasimi keçirilib. Tədbirdə universitet rəhbərliyi, dövlət qurumlarının, innovasiya sahəsində fəaliyyət göstərən təşkilatların nümayəndələri və tələbələr iştirak edib.

Rektorun rəqəmsal məsələlər üzrə məsləhətçisi Osman Gündüz AzTU-da innovativ düşüncə və startap mədəniyyətinin təşviq olunmasının zəruriliyini vurğulayaraq bildirib ki, universitetdə yaradılan İnkubasiya Mərkəzi tələbələrin ideyalarının reallaşması üçün mühüm platforma olacaq. Osman Gündüz qeyd edib ki, bu mərkəz təkcə universitet miqyasında deyil, ümumilikdə ölkənin innovasiya ekosisteminə dəyər qatacaq bir təşəbbüsdür.

Daha sonra AzTU İnkubasiya Mərkəzinin koordinatoru Azad Musayev çıxış edərək mərkəzin yaradılma məqsədi, qarşıya qoyulan hədəflər və planlaşdırılan fəaliyyət istiqamətləri barədə məlumat verib. O bildirib ki, mərkəz tələbələrə ideyalarını startap layihələrinə çevirmək, texnoloji bacarıqlarını inkişaf etdirmək və müxtəlif mentorluq proqramlarında iştirak etmək imkanı yaradacaq.

Mərkəzin işinə uğurlar arzulayan AzTU-nun rektoru Vilayət Vəliyev universitetdə həyata keçirilən innovasiyayönümlü fəaliyyətlərdən danışıb. Rektor qeyd edib ki, AzTU İnkubasiya Mərkəzinin fəaliyyəti tələbələrin yaradıcı potensialının üzə çıxarılmasına, elmi nəticələrin tətbiqə yönəldilməsinə və universitetin innovasiya strategiyasının gücləndirilməsinə xidmət edəcək. Vilayət Vəliyev bildirib ki, universitet bu istiqamətdə dövlət qurumları, özəl sektor və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq etməyi planlaşdırır.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə heyətinin sədr müavini Rəşad Xalıqov, ABB İnnovasiya Mərkəzinin direktoru Həsən Eminov, KOBİA İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov, mentor Elşad Yusifli çıxış edərək İnkubasiya Mərkəzinin yaradılmasını ölkədə ekosistemin gücləndirilməsi baxımından mühüm addım olaraq dəyərləndirib və əməkdaşlığa hazır olduqlarını bildiriblər.


Digər xəbərlər