Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da “Mübarizdən sonra” adlı kitabın təqdimatı olub

AzTU-da “Mübarizdən sonra” adlı kitabın təqdimatı olub

29.10.2025     48     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş "Mübarizdən sonra" kitabının təqdimatı olub.

44 günlük Vətən müharibəsində qazanılan qələbənin  5 illiyi münasibətilə keçirilən təqdimatda Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, yazıçı, publisist Müşfiq Malik Muğanlının qələmə aldığı “Mübarizdən sonra” kitabının iki hissə, dörd bölümdən ibarət olduğunu bildirib. Birinci hissədə Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun uşaq, yeniyetmə və gənclərə verdiyi dəyərli məsləhətlər, Mübariz haqqında görkəmli şəxsiyyətlərin fikirləri, ikinci hissədə isə Mübariz İbrahimovun həyatı və onun qəhrəmanlığına dair müəllifin bədii-publisistik düşüncələr, o cümlədən “Müqəddəs Mübarizim” adlı poemasına yer verilib.

Humanitar fənlər kafedrasının əməkdaşları - filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Zeynalova, müəllim Rəna Nəcəfova, tələbələrdən adından isə Fatih Emir Torum kitabın əhəmiyyətindən danışıblar.

Xüsusi olaraq vurğulanıb ki, Azərbaycan igidlərinin Vətən sevgisi və bu müqəddəs duyğuların müqabilində baş qaldıran yüksək qəhrəmanlıq  keyfiyyətləri tarixin şanlı səhifəsi kimi daim xatırlanacaq.  

Kitabın müəllifi Müşfiq Malik Muğanlı çıxış edərək nəşrin ərsəyə gəlməsinə dair mühüm  məqamları açıqlayıb, Mübarizin atası Ağakərim İbrahimovun bu istiqamətdə verdiyi dəyərli tövsiyələri xatırladıb. O, kitabın təbliği və təşviqi istriqamətində Milli Qəhrəmanın atasına verdi sözün yerinə yetirilməsi məqsədilə bütün imkanlarını səfərbər edəcəyini qeyd edib. Tədbirin sonunda müəllif  "Mübarizdən sonra" və Mübariz İbrahimovun atasının düşüncələrini özündə əks etdirən "Ağakərim İbrahimovun düşüncələri" adlı kitablarını universitetə hədiyyə edib.


Digər xəbərlər