Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Macarıstan universitetinin institut rəhbəri AzTU-da seminar keçib

Macarıstan universitetinin institut rəhbəri AzTU-da seminar keçib

03.11.2025     59     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Macarıstanın Corvinius Universiteti (CU) ilə əməkdaşlığı çərçivəsində bu ali təhsil müəssisəsinin Maliyyə İnstitutunun rəhbəri dosent Kata Varadi mübadilə proqramı ilə AzTU-nun qonağı olub.

AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov qonağı AzTU-nun fəaliyyəti barədə məlumatlandırıb. Daha sonra qonaq AzTU-nun Sənaye İqtisadiyyatı və menecment fakültəsinin müəllim və tələbə heyəti üçün “Avropa İttifaqı və Azərbaycanda Biomüxtəlifliyin Maliyyələşdirilməsi” mövzusunda seminar keçirib. Sonda gələcəkdə  bu və digər mövzularda birgə tədiqatların aparılması imkanları barədə müzakirələr aparılıb.


Digər xəbərlər