Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Pakistan universitetinin nümayəndə heyəti AzTU-da səfərdə olub

Pakistan universitetinin nümayəndə heyəti AzTU-da səfərdə olub

29.10.2025     74     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) Pakistanın Milli Elm və Texnologiya Universitetinin (NUST) nümayəndə heyəti ilə görüş keçirilib. Nümayəndə heyətində NUST-ın tədris işləri üzrə prorektoru professor Hasan Osman və Tədqiqat direktoru professor Muhammad Junaid Khan təmsil olunub.

Nümayəndə heyətinin bir həftəlik səfərinin ilk günü keçirilən görüşdeə AzTU-nun rektoru Vilayət Vəliyev, elm və innovasiyalar üzrə prorektor Sübhan Namazov, beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov və Tədqiqat və inkişaf departamentinin direktoru Bəxtiyar Bədəlov iştirak edib.

Görüşdə Azərbaycan və Pakistan universitetləri arasında elm, təhsil və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, müəllim və tələbə mübadiləsi, eləcə də birgə doktorantura proqramlarının yaradılması imkanlarını müzakirə olunub. Eyni zamanda, müasir texnologiyalar və innovasiyayönümlü tədqiqat sahələrində birgə fəaliyyətin əhəmiyyəti vurğulanıb.

Səfər çərçivəsində AzTU əməkdaşları üçün təqdimat və müzakirə sessiyası da təşkil olunub. NUST nümayəndələri universitetin elmi-tədqiqat infrastrukturu, innovasiya mərkəzləri, beynəlxalq əməkdaşlıq proqramları və qlobal layihələrdə iştirakı barədə təqdimatla çıxış ediblər.


Digər xəbərlər