Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyətinin İsrailə işgüzar səfəri çərçivəsində AzTU və İsrailin Bar-İlan Universiteti arasında magistratura səviyyəsində elektrik və elektronika mühəndisliyi ixtisası üzrə ikili diplom proqramı haqqında müqavilə imzalanıb. İmzalanma mərasimində Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri Müxtar Məmmədov da iştirak edib. İkili diplom proqramına qəbul olunacaq tələbələr bir il AzTU-da, bir il Bar-İlan Universitetində təhsil alacaqlar.
Qeyd edək ki, nümayəndə heyətində beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov, Müdafiə Texnologiyaları və Kibertəhlükəsizlik İnstitutunun direktoru Rahid Ələkbərli və Beynəlxalq əlaqələr şöbəsinin Layihələrin idarə olunması sektorunun müdiri Elşən Qurbanov təmsil olunub.