Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

AzTU

Qərbi Azərbaycan həqiqətlərindən bəhs edən “Gələcəyə qarşı cinayət” çarxının təqdimatı keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Kommunikasiya şöbəsinin və “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gələcəyə qarşı cinayət” çarxının təqdimatı keçirilib. Sözügedən çarx Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qərbi Azərbaycanda azərbaycanlıların qəbristanlıqlarının dağıdılması” layihəsi çərçivəsində ərsəyə gəlib. Çarxda Qərbi Azərbaycanda ermənilərin azərbaycanlılara məxsus qəbristanlıqları məqsədyönlü şəkildə məhv etməsindən bəhs olunur. Ermənilər tərəfindən həyata keçirilən vandalizm aktının bəşəriyyətə qarşı cinayət olduğu xüsusi vurğulanır. Çarxın təqdimatından sonra “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin sədri Etibar Məmmədov və “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədri Büllur Məmmədova çıxış edərək, qəbristanlıqların dağıdılmasını keçmişlə gələcək arasında mənəvi bağların qırılması kimi dəyərləndiriblər. Qeyd olunub ki, Qərbi azərbaycanlılar tezliklə dədə-baba torpaqlarına qayıdacaqlarına və oradakı abidələrin, həmçinin qəbristanlıqların bərpa olunacağına inanırlar. AzTU-nun Kommunikasiya şöbəsinin müdiri Səfa Bağırov bu cür layihələrin həyata keçirilməsinin tələbələr üçün əhəmiyyətindən danışıb. O bildirib ki, AzTU Azərbaycanın tarixi həqiqətlərini əks etdirən tədbirlərin təşkilinə hər zaman önəm verir və “Gələcəyə qarşı cinayət” çarxının təqdimatı da bu qəbildəndir.

Azərbaycan Texniki Universitetinin (AzTU) Kommunikasiya şöbəsinin və “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gələcəyə ..

2024-12-18
AzTU

AzTU-da Alman Mədəniyyət Günü keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) Almaniya mədəniyyətini tanıtmaq və alman dilinə marağı artırmaq məqsədilə Alman Mədəniyyət Günü təşkil edilib. AzTU-nun Beynəlxalq əlaqələr şöbəsi və Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin açılışında beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov və DAAD-nin AzTU-da fəaliyyət göstərən alman dili müəllimi Klaudio Kasperl çıxış ediblər. Çıxışlarda AzTU ilə DAAD arasında əməkdaşlığın inkişafı tarixindən və universitetdə alman dilinin öyrənilməsinə marağın artırılması üçün görülən işlərdən söhbət açılıb.  Tədbir zamanı alman dili qruplarının tələbələri Almaniyanın milli adət-ənənələri və yeni il tədbirləri haqqında təqdimatlar nümayiş etdirib, şeirlər səsləndirib və mahnılar ifa ediblər.  AzTU-nun foyesində həmçinin Alman Mədəniyyət Günü münasibətilə məşhur alman diplomat poliqlot Emil Krebsə həsr edilmiş foto sərgisi, həmçinin Alman mətbəxinə aid nümunələr nümayiş olunub.  Tədbirdə tələbələr arasında Alman mədəniyyətinə  aid viktorinalar keçirilib, fərqlənən tələbələr mükafatlandırılıb.

Azərbaycan Texniki Universitetində (AzTU) Almaniya mədəniyyətini tanıtmaq və alman dilinə marağı artırmaq məqsədilə Alman Mədəniyyət Günü təşkil edilib. AzTU-nun Beynəlxalq əlaq ..

2024-12-18
AzTU

AzTU professorunun ixtirası Avropada patent alıb

Azərbaycan Texniki Universitetinin (AzTU) Biotibbi Mühəndislik İnstitutunun direktoru professor Nuran Abdullayevin “Bələdçi mikrotel ilə təchiz edilmiş damardaxili cihaz” adlı ixtirası Avropada "European Patent Office" tərəfindən patent alıb. İxtira müəllif hüquqları qorunmaqla insult xəstələrinin beyin damarlarında aparılan əməliyyatların daha da tez icra olunması üçün istifadə olunacaq.

Azərbaycan Texniki Universitetinin (AzTU) Biotibbi Mühəndislik İnstitutunun direktoru professor Nuran Abdullayevin “Bələdçi mikrotel ilə təchiz edilmiş damardaxili cihaz” adlı ixtirası ..

2024-12-18
AzTU

AzTU tələbələri qış idman növləri barədə məlumatlandırılıb

Azərbaycan Texniki Universitetində (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə qış idman növləri haqqında maarifləndirici tədbir keçirilib. Tədbirdə 200-dən artıq tələbə qış idman növlərinin əhəmiyyəti, sağlamlığa və sosial inteqrasiyaya verdiyi töhfələr, o cümlədən xizəksürmə mədəniyyəti barədə məlumatlandırılıb. Həmçinin iştirakçılara mütəxəssislər tərəfindən tövsiyələr verilib, mövzu ətrafında faydalı müzakirələr aparılıb.

Azərbaycan Texniki Universitetində (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə qış idman növləri haqqında m ..

2024-12-17
AzTU

AzTU “UI Greenmetric” dünya universitetlərinin reytinqinə daxil olub

“UI Greenmetric 2024” dünya universitetlərinin reytinqində Azərbaycan ali təhsil müəssisələrinin sayı 3 dəfə artaraq 12-ə çatıb. Azərbaycan Texniki Universiteti (AzTU) “UI Greenmetric” dünya universitetlərinin reytinqinə daxil olaraq 1014-cü yerdə qərarlaşıb. Bununla bağlı sertifikat AzTU-ya təqdim olunub. Qeyd edək ki, “dayanıqlılıq” istiqaməti üzrə dünya universitetlərinin fəaliyyətinin qiymətləndirildiyi “UI Greenmetric 2024” reytinqində 95 ölkədən 1477 ali təhsil müəssisəsi təmsil olunub.

“UI Greenmetric 2024” dünya universitetlərinin reytinqində Azərbaycan ali təhsil müəssisələrinin sayı 3 dəfə artaraq 12-ə çatıb. Azərbaycan Texniki Universiteti (AzTU) “UI Green ..

2024-12-17
AzTU

AzTU-da Paralimpiya çempionları ilə görüş keçirilib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın və Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə Paralimpiya çempionları ilə görüş keçirilib. AzTU-da təşkil olunan görüşün fəxri qonaqları ikiqat Paralimpiya çempionu, beşqat Paralimpiya mükafatçısı, dəfələrlə dünya və Avropa çempionu olan, Milli Paralimpiya Komitəsinin vitse-prezidenti İlham Zəkiyev və ikiqat Paralimpiya çempionu, dördqat dünya çempionu, “Şöhrət” ordenli idmançı Lamiyə Vəliyeva olub. Tədbir zamanı çempionlar öz uğur hekayələrindən ətraflı bəhs edib, həmçinin gəncləri maraqlandıran sualları cavablandırıblar.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın və Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə tə ..

2024-12-17
AzTU

AzTU-da “Problem yoxdur” sənədli filminin təqdimatı keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Kommunikasiya şöbəsinin və “Mənəvi Dünya” İctimai Birliyinin birgə təşkilatçılığı ilə tələbələr üçün “Problem yoxdur” sənədli filminin təqdimatı keçirilib. Tədbir iştirakçılarını salamlayan AzTU-nun Kommunikasiya şöbəsinin müdiri Səfa Bağırov bildirib ki, “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir. O qeyd edib ki, ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrində, o cümlədən AzTU-da sözügedən istiqamətdə müxtəlif tədbirlər təşkil olunub. Daha sonra film təqdim olunub. Qeyd edək ki, rejissor Elçin Ağazadənin ərsəyə gətirdiyi “Problem yoxdur” sənədli filmi Göygöl rayonunda yaşayan fiziki məhdudiyyətli istedadlı gənc Alik Cəfərovun həyatından bəhs edir. Film vasitəsilə Alik öz həmyaşıdlarına əlilliyi problemə çevirməməyi tövsiyə edərək, “Bacarıqsız kimsə yoxdur” mesajını cəmiyyətə ötürür. Filmin təqdimatından sonra inklüziv təhsil mütəxəssisi Zivər Xanlarova və rejissor Elçin Ağazadə çıxış edib.

Azərbaycan Texniki Universitetinin (AzTU) Kommunikasiya şöbəsinin və “Mənəvi Dünya” İctimai Birliyinin birgə təşkilatçılığı ilə tələbələr üçün “Problem yoxdur” sənəd ..

2024-12-17
AzTU

AzTU rektoru Sənaye Təhlükəsizliyi Zirvəsində çıxış edib

Bakıda Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu və “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Sıfıra doğru” şüarı ilə Sənaye Təhlükəsizliyi Zirvəsi keçirilib. Tədbirin keçirilməsində məqsəd Azərbaycanda sənaye təhlükəsizliyi sahəsində mövcud vəziyyəti təhlil etmək və inkişaf perspektivlərini müəyyənləşdirməkdir. Ölkəmizdə 2-ci dəfə keçirilən Sənaye Təhlükəsizliyi Zirvəsində özəl və dövlət müəssisələrinin nümayəndələri, icraçı direktorlar, şirkət rəhbərləri, dövlət qurumlarının rəsmiləri, iş adamları və sahibkarları sənaye təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi və iş yerində təhlükəsizlik mövzularında qlobal yeniliklər, innovativ həllər və qabaqcıl təcrübələri müzakirə edərək fikir mübadiləsi aparılıb. “Sinerjidən enerjiyə” mövzusundakı birinci paneldə innovasiyaları davamlı, karbonsuz gələcəyə aparan əməkdaşlıq yaratmaq üçün hökumət, biznes və akademik dairələrin birgə təşəbbüsü ilə alternativ enerji mənbələrinə keçidi sürətləndirmək, sənaye təhlükəsizliyini artırmaq və qabaqcıl həllərlə iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə rəhbərlik etmə yolları müzakirə edilib. Birinci paneldə çıxış edən Azərbaycan Texniki Univetsitetinin (AzTU) rektoru Vilayət Vəliyev tədbirin və burada müzakirə olunan mövzuların əhəmiyyətindən söz açıb. O, bu tədbirin mütəmadi olaraq keçirilməsinin vacibliyini qeyd edib. Tədbirin sonunda HSE Awards layihəsinin nominasiyaları üzrə qaliblər elan edilib. 

Bakıda Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu və “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası ..

2024-12-16
AzTU

AzTU professorunun ixtirası patent alıb

Azərbaycan Texniki Universitetinin (AzTU) Mühəndis fizikası və elektronika kafedrasının professoru Sevda Qasımovanın “Yağlarda və neft məhsullarında az miqdarda nəmliyin təcili təyini üsulu” adlı ixtirası beynəlxalq patent alıb. İxtira müəlliflik hüququ qorunmaqla müvafiq sahələrdə istifadə oluna bilər.

Azərbaycan Texniki Universitetinin (AzTU) Mühəndis fizikası və elektronika kafedrasının professoru Sevda Qasımovanın “Yağlarda və neft məhsullarında az miqdarda nəmliyin təcili təyin ..

2024-12-16
AzTU

AzTU tələbələri Hərb Tarixi Muzeyinə ekskursiya edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsinin bir qrup tələbəsinin Hərb Tarixi Muzeyinə ekskursiyası təşkil edilib. Qeyd olunub ki, iki mərtəbədən ibarət olan Hərb Tarixi Muzeyi 1992-ci ildə yaradılıb. Azərbaycan hərb tarixinin qədim dövrdən bu günə kimi keçdiyi inkişaf yolu, ordumuzun istifadə etdiyi texnikalar, silahlar barədə tələbələrə məlumat verilib. Tələbələr muzeydə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotolar, sənədlər və ona məxsus əşyalar, hərbi geyim nümunəsi, ordu quruculuğu ilə bağlı gördüyü işlərlə tanış olublar. 44 günlük Vətən müharibəsinə həsr olunan Zəfər zalı, həmçinin muzeyin həyətində nümayiş olunan hərbi texnikalar barədə də tələbələrə ətraflı məlumat verilib.

Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsinin bir qrup tələbəsinin Hərb Tarixi Muzeyinə ekskursiyası təşkil edilib. Qeyd olunub ki, iki mərtəbəd ..

2024-12-16