Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

AzTU Beynəlxalq Kitabxana Assosiasiyaları və İnstitutları Federasiyasının görüşündə təmsil olunub

ADA Universitetinin Kitabxanasının təşkilatçılığı ilə Azərbaycanın bir sıra qabaqcıl kitabxanalarının nümayəndələri ilə Beynəlxalq Kitabxana Assosiasiyaları və İnstitutları Federasiyası (İFLA) nümayəndəsinin görüşü keçirilib. Görüşdə AzTU-nu Kitabxana İnformasiya Mərkəzinin direktoru Xəyalə Hacıyeva təmsil edib.  İFLA nümayəndəsi Claire McGuire "Akademik kitabxanalar, və iqlimlə bağlı fəaliyyətlər: iqlim dəyişikliklərimövzusu ilə əlaqədar tədqiqatlarda kitabxanaların rolu" mövzusunda təqdimatını iştirakçıların nəzərinə çatdırıb. Sonda akademik kitabxanaların iqlim dəyişiklikləri mövzusunda fəaliyyətləri, tədqiqatçılara bu istiqamətdə göstərilən informasiya təminatı xidmətləri, gələcək addımlarla bağlı məsələlər müzakirə olunub. 

ADA Universitetinin Kitabxanasının təşkilatçılığı ilə Azərbaycanın bir sıra qabaqcıl kitabxanalarının nümayəndələri ilə Beynəlxalq Kitabxana Assosiasiyaları və İnstitutları F ..

2024-11-19
AzTU

AzTU dünyanın ən yaxşı universitetləri siyahısında

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda dünyanın ən nüfuzlu reytinq cədvəllərindən biri olan “QS dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri elan edilib. Nəticələrə görə, Azərbaycan Texniki Universiteti (AzTU) (1501+) ilk dəfə dünyanın ən yaxşı universitetləri siyahısına daxil olub. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və QS-in (Quacquarelli Symonds) təşkilatçılığı ilə keçirilən tədbirdə “Dünya Universiteti Reytinqi: Dayanıqlılıq reytinqi 2025” sertifikatı AzTU rektoru Vilayət Vəliyevə təqdim edilib.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda dünyanın ən nüfuzlu reytinq cədvəllərindən bir ..

2024-11-19
AzTU

Pakistan universitetinin nümayəndələri AzTU-da olublar

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edən Pakistanın Milli Elm və Texnologiya Universitetinin (NUST) nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb.  Rektor Vilayət Vəliyev AzTU-da görülən işlər haqqında danışıb. Rektor həmçinin Bakıda keçirilən COP29 tədbirləri və orada müzakirə olunan məsələlərin önəmini qeyd edib. Daha sonra rektor bildirib ki, AzTU NUST-la “Quacquarelli Symonds” (QS), Dayanıqlı İnkişaf Məqsədləri (SDG), süni intellekt, kibertəhlükəsizlik sahələrində, habelə digər qlobal və regional universitet reytinqlərində yüksək mövqedə olan universitetlərlə əməkdaşlıqlarının genişləndirilməsində maraqlıdır.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edən Pakistanın Milli Elm və Texnologiya Universitetinin (NUST) n ..

2024-11-19
AzTU

AzTU COP29-a töhfə olaraq yaşıl enerji layihəsinin icrasına başlayacaq

Azərbaycan Texniki Universitetində (AzTU) AzTU və Asiya İnkişaf Bankı İnstitutunun (ADBİ) birgə təşəbbüsü ilə “Həssas ölkələr üçün iqlim həlləri” mövzusunda konfrans keçirilib. Məqsəd inkişaf etməkdə olan həssas ölkələrdə insan və icmalar üçün uyğun texnoloji həllərin, o cümlədən maliyyənin səfərbər edilməsini asanlaşdıra bilən ağıllı texnologiyaların, iqlim dəyişikliyinin azaldılması və uyğunlaşdırılması üçün aşağı qiymətli və əlverişli alətləri və iqlim dəyişikliyinin mənfi təsirlərindən yaranan itki və zərərin aradan qaldırılması yollarınının araşdırılması olub. Bununla yanaşı, konfransda Davamlı İnkişaf Məqsədlərinə uyğun olaraq iqlim dəyişikliyinin təsirinin azaldılması və uyğunlaşmanın inkişaf etdirilməsi üçün icra edilə bilən tövsiyələrin müəyyənləşdirilməsi üzrə hərtərəfli təhlillər təqdim edilib. Konfransda çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirildiyi dövrdə konfransın əhəmiyyətini vurğulayaraq iqlim dəyişikliyi ilə mübarizənin inkişaf səviyyəsindən asılı olmayaraq bütün ölkələr üçün çağırış olduğunu diqqətə çatdırıb. Rektor BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə olaraq AzTU-nun “Dayanıqlı Universitet” kontekstində iki layihə təşəbbüsünü elan edib. Birinci layihə “İqlim dəyişikliyinə həssas olan ölkələrdə su ehtiyatlarının mühafizəsi və dayanıqlı idarə olunması” adlanır. Azərbaycan da daxil olmaqla, su ehtiyatlarının səmərəli idarə olunmasına ehtiyac olan ölkələrə yönəlmiş bu tədqiqat layihəsi yağış sularının toplanması, tullantı suların təkrar emalı, sahilboyu ərazilərdə dəniz suyunun duzsuzlaşdırılması, nohur və bataqlıqların su ehtiyatlarının dayanıqlı idarə olunmasının texniki və iqtisadi qiymətləndirilmələrini əhatə edəcək. İkinci layihə AzTU-nun bir hektar ərazidə yaradacağı Yaşıl Texnologiya Parkının yaşıl enerji ilə təmin olunmasına aiddir. Sözügedən Parkın ərzasizindəki tikililərin damında ümumi gücü 1,5 meqavat olan günəş panelləri quraşdırılacaq. Panellər elektrik enerjisi istehsal etməklə yanaşı, təbii işıqlandırmaya imkan verən pəncərə rolunu da oyanacaq. Layihənin həyata keçməsi ilə AzTU avtonom olaraq öz kampusunun ehtiyaclarını yaşıl enerji ilə təmin etməklə yanaşı, ətrafdakı obyektləri da enerji ilə təchiz edəcək. Daha sonra çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyininin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov son illərdə ali təhsil müəssisələrində iqlim dəyişikliyi mövzusunda tədqiqatların artdığını bildirərək bu sahədə regional və beynəlxalq əməkdaşlığın vacibliyini qeyd edib. O, AzTU-da keçirilən tədbirin platforma rolunu oynadığını və mütəmadi olaraq keçirilməsinə ehtiyac olduğunu deyib. Tədbir iştirakçılarını salamlayan ADBİ-nin direktoru Tetsuşi Sonobe Azərbaycanda keçirilən COP29 tədbirindən məmnunluğunu ifadə edərək AzTU ilə birgə keçirilən konfransın COP29-a töhfə olduğunu bildirib. Bir “beyin mərkəzi” olaraq ADBİ-nin iqlim dəyişikliyi kimi qlobal çağırışları diqqətdə saxladığını qeyd edən Tetsuşi Sonobe bu cür konfransların silsilə keçiriləcəyini bildirib. Tədbir daha sonra iqlim dəyişikliyinin müxtəlif məsələlərinə həsr olunmuş panel iclaslarla davam edib.

Azərbaycan Texniki Universitetində (AzTU) AzTU və Asiya İnkişaf Bankı İnstitutunun (ADBİ) birgə təşəbbüsü ilə “Həssas ölkələr üçün iqlim həlləri” mövzusunda konfrans keçi ..

2024-11-15
AzTU

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi qeyd olunub

Azərbaycan Texniki Universitetində (AzTU) Humanitar fənlər kafedrasının və Tələbə Həmkaralar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi qeyd olunub. AzTU-nun Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev əsrlərdən bəri qorunub saxlanılan və bu gün də öz aktuallığını itirməyən şərqin dahi söz ustası Məhəmməd Füzuli yaradıcılığının Azərbaycan xalqının dünya mədəniyyəti xəzinəsinə dəyərli töhfə olduğunu bildirib. O, yüksək bədii sənətkarlıq keyfiyyətləri ilə seçilən şairin öz qüdrətli sənət əsərləri ilə ədəbi məktəb yaratdığını, Azərbaycan ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu söz ustadının bədii irsinə bu gün də yüksək qiymət verildiyini, bu irsin müasir dövrümüzdə də insanların mənəvi kamilləşməsinə xidmət etdiyini deyib. Həbib Mirzəyev öz çıxışında ulu öndər Heydər Əliyevin dahi şair haqqında dediyi dəyərli fikirləri də diqqətə gətirib, həmçinin Füzuli yaradıcılığının ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə keçirilən tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb.  Daha sonra çıxış edən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi Orxan İsayev və Humanitar fənlər kafedrasının dosenti Afaq Zeynalova Füzulinin mənşəyinin azərbaycanlı, dilinin isə Azərbaycan-türk dili olduğunu xüsusi qeyd edərək, dahi şairin "Leyli və Məcnun" əsərinin ölkə ədəbiyyatının incisi olmaqla yanaşı, bütün müsəlman dünyasının ədəbi mühitində mühüm yer tutması, Məhəmməd Füzulinin qələmə aldığı əsərlərin təkcə Azərbaycan ədəbi-bədii fikrinin inkişafına deyil, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərdiyini vurğulayıblar. Tədbirin bədii hissəsində ADMİU-nun tələbəsi Ceyran Abbaslı dahi şairin qəzəlləri əsasında bəstələnmiş məşhur “Füzuli” kantatasını, AzTU-nun tələbəsi Əli Əliyev isə “Əql yar olsaydı” əsərini çox ustalıqla ifa ediblər. Daha sonra AzTU tələbələrinin Füzulinin lirikasından hazırladıqları kompozisiyalar, o cümlədən şairin həyatı və yaradıcılığına dair videoçarx nümayiş olunub. Tədbir Məhəmməd Füzulinin eyniadlı poeması əsasında yazılmış “Leyli və Məcnun” operasından səsləndirilən musiqi sədaları altında yekunlaşıb.

Azərbaycan Texniki Universitetində (AzTU) Humanitar fənlər kafedrasının və Tələbə Həmkaralar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi Məhə ..

2024-11-15
AzTU

AzTU əməkdaşı Karadeniz Texniki Universitetində beynəlxalq həftədə iştirak edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq əməkdaşlıq və mübadilə qrupunun rəhbəri Mənzər Məmmədli Türkiyənin Karadeniz Texniki Universitetinin təşkil etdiyi beynəlxalq həftədə iştirak edib. 10 ölkənin ümumilikdə 12 universitetindən 20 nəfər akademik və inzibati heyətin qatıldığı tədbirdə iştirakçı ali məktəblərin təqdimatı və sərgisi həyata keçirilib, beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunub. Mənzər Məmmədli Karadeniz Texniki Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin heyəti ilə görüşərək iki universitet arasında mümkün əməkdaşlıq sahələrini, qarşılıqlı olaraq tələbə və müəllim mübadiləsinin həyata keçirilməsi məsələlərini müzakirə edib. Həmçinin “Erasmus+” mobillik proqramı çərçivəsində əməkdaşlıq üçün razılıq əldə edilib.

Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq əməkdaşlıq və mübadilə qrupunun rəhbəri Mənzər Məmmədli Türkiyənin Karadeniz Texniki Universi ..

2024-11-14
AzTU

“Yaşıl və rəqəmsal transformasiyalar: qarşılıqlı təsirləri, pozitiv və neqativ aspektləri” mövzusunda respublika elmi-praktiki konfransı

AR ETN İnformasiya Texnologiyaları İnstitutunda “Yaşıl və rəqəmsal transformasiyalar: qarşılıqlı təsirləri, pozitiv və neqativ aspektləri” mövzusunda respublika elmi-praktiki konfransı keçirildi. Tədbirin təşkilatçıları İnformasiya Texnologiyaları İnstitutu, Azərbaycan Texniki Universiteti, Milli Aerokosmik Agentliyi və Radiasiya Problemləri İnstitutudur. Konfransın açılış mərasimində çıxış edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev əvvəlcə 8 Noyabr Zəfər Gününün tarixi əhəmiyyətindən söz açdı. Bildirdi ki, 4 il bundan öncə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz 44 gün müddətində şanlı tarix yazaraq 30 illik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olundu. Alim xalqımızın Vətən müharibəsi dövründə Ali Baş Komandanın ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mübarizliyini nümayiş etdirdiyini söylədi, hər kəsi çoxəsrlik tariximizə qızıl hərflərlə yazılan Zəfər Günü münasibətilə təbrik etdi. Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Sonra akademik R.Əliquliyev yaşıl və rəqəmsal transformasiyalar problemlərinə həsr olunmuş konfransın əhəmiyyətindən danışdı. Alim sağlam ətraf mühitin və yaşıl cəmiyyətin formalaşdırılmasının dövlət siyasətinin əsas prioritetlərindən olduğunu, ölkəmizdə yaşıl və rəqəmsal  transformasiyaların inkişafı, eyni zamanda ekoloji problemlərin həlli istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini söylədi. Bildirdi ki, yaxın günlərdə keçiriləcək COP29 tədbiri həm dövlət, həm də alim və mütəxəssislərin qarşısında ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması, alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi, yeni infrastruktur layihələrinin həyata keçirilməsi və yaşıl cəmiyyətin formalaşdırılması ilə bağlı yeni öhdəliklər, mühüm vəzifələr qoyur. Akademik R.Əliquliyev yaşıl rəqəmsal texnologiyalarla bağlı tədqiqatların İnformasiya Texnologiyaları İnstitutunun diqqət mərkəzində olduğunu qeyd etdi, həmçinin rəqəmsal texnologiyaların yaşıl transformasiyalara neqativ və pozitiv təsirlərindən danışdı: “Əsas məqsədimiz İKT-nin, rəqəmsal texnologiyaların ətraf mühitə mənfi təsirlərinin azaldılması, eləcə də süni intellektin tətbiqi ilə yaşıl cəmiyyətin, yaşıl iqtisadiyyatın formalaşması istiqamətində problemləri araşdırmaq və onların həllinə töhfə verməkdir”. AMEA-nın vitse-prezidenti ekoloji problemlərin həllində yaşıl riyazi modellərin işlənilməsi məsələsinə də toxunaraq, artıq dünyanın müxtəlif ölkələrində yaşıl riyaziyyata həsr olunmuş konfransların, simpoziumların keçirildiyini diqqətə çatdırdı. Bildirdi ki, yaşıl riyaziyyatın metodlarından istifadə edərək multidissiplinar tədqiqatlar aparılmalı, bu istiqamətdə fəaliyyət genişləndirilməlidir. Alim çıxışının sonunda yaşıl və rəqəmsal transformasiyalara həsr olunmuş respublika elmi-praktiki konfransının 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi baxımından mühüm elmi nəticələrlə yadda qalacağına əminliyini ifadə etdi. Sonra Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev çıxış etdi. Professor V.Vəliyev konfransın Zəfər Günü və dünyanın ən nüfuzlu beynəlxalq tədbirlərindən olan COP29 ərəfəsində keçirilməsini, eləcə də bu mötəbər tədbirin çağırışlarından irəli gələn elmi problemlərə həsr olunmasını əlamətdar hadisə kimi qiymətləndirdi. Bugünkü konfransın dünya ölkələrinin qarşısında duran ən mühüm məsələlərdən olan dayanıqlı inkişaf məqsədlərinə nail olunması ilə bağlı problemlərin həllinə istiqamətləndiyini bildirdi. Alim ölkəmizdə iqtisadi, sosial və ekoloji problemlərin aradan qaldırılmasında dövlət başçısı tərəfindən təsdiq olunmuş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın böyük əhəmiyyət kəsb etdiyini qeyd etdi. 2015-ci ildən dünyada bərabər inkişafın təməllərinin qoyulması ilə bağlı yeni məqsədlərin müəyyən edildiyini, dayanıqlı inkişaf məqsədlərindən irəli gələrək dövlətlər qarşısında ətraf-mühit, iqlim dəyişmələri ilə bağlı mühüm vəzifələrin müəyyən edildiyini diqqətə çatdırdı. O, ölkəmizdə dayanıqlı inkişaf məqsədlərinin milliləşdirilməsi istiqamətində bir çox strategiyalar və dövlət proqramlarının qəbul edildiyini, rəqəmsal və yaşıl transformasiyaların gətirdiyi reallıqlar kontekstində insan kapitalının artırılması və s. ilə bağlı əhəmiyyətli tədbirlərin həyata keçirildiyini, eləcə də yeni texnologiyaların, o cümlədən yaşıl enerjinin artıq bütün sahələrdə geniş tətbiq olunduğunu söylədi. Alim həmçinin ölkəmizdə yaşıl təfəkkürün formalaşdırılması, ətraf-mühitin qorunması, utilizasiya proseslərinə dəstək verilməsi, enerji səmərəliliyinin təmin olunması üçün yeni rəqəmsal texnologiyaların işlənilməsinə ehtiyac duyulduğunu diqqətə çatdırdı, konfransın bu kimi problemlərin geniş müzakirəsi baxımından əhəmiyyətini qeyd etdi. Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov bu günlərdə keçirilməsi planlaşdırılan və dünyanın müxtəlif ölkələrindən 60 mindən çox nümayəndənin qatılacağı COP29 tədbirinin Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldilməsi baxımından böyük siyasi və iqtisadi əhəmiyyətə malik olduğunu vurğuladı. Alim bu kimi mötəbər tədbirin ölkəmizdə keçirilməsi ilə hər bir vətəndaşın, o cümlədən alimlərimizin qarşısında ölkəmizi tanıtmaq və təbliğ etmək baxımından mühüm vəzifələrin dayandığını söylədi. Professor M.Mərdanov COP29 tədbiri ərəfəsində ölkəmizdə yaşıl və rəqəmsal transformasiyalarla bağlı görülən işlərin bir istiqaməti olan bugünkü konfransın aktual elmi problemlərin müzakirə olunması baxımından önəmini qeyd etdi, konfransı “Yaşıl dünya naminə həmrəylik ili”nə mühüm töhfə kimi qiymətləndirdi. Sonra çıxış edən Milli Aerokosmik Agentliyin baş direktoru, professor Natiq Cavadov Zəfər Günü və COP29 tədbiri ərəfəsində keçirilən konfrasın əhəmiyyətini vurğuladı, seksiya iclaslarında təqdim ediləcək məruzələrin çox əhəmiyyətli mövzulara həsr olunduğunu qeyd etdi. Alim “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 tədbiri çərçivəsində Milli Aerokosmik Agentliyinin qarşısında duran vəzifələr və həyata keçirdiyi tədbirlərdən danışdı. Həmçinin Agentlik tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə bərpa işləri çərçivəsində icra olunan layihələr, ekoloji problemlərin həlli istiqamətində aparılan tədqiqatlar və əldə olunan nəticələr haqqında dolğun məlumat verdi. Professor N.Cavadov bu kimi tədbirlərin təşkil olunmasının ölkəmizdə yaşıl və rəqəmsal transformasiyalarla bağlı problemlərin həlli baxımından xüsusi əhəmiyyət kəsb etdiyini söyləyərək, konfransın işinə uğurlar arzuladı. Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev çıxışı zamanı bu gün dünyada yaşıl iqtisadiyyat, yaşıl kimya və s. ilə bağlı əsas problemin karbon-dioksid qazının atmosferə atılması, istilik effekti yaradan bu qazların azaldılması istiqamətində atılan addımlardan, Azərbaycanın bu prosesdə rolundan bəhs etdi. Professor İ.Mustafayev hazırda bu istiqamətdə həyata keçirilən əsas tədbirlərin karbon neytrallığına nail olunmasına yönəldiyini diqqətə çatdırdı. Alim uzun illərdir ki, müxtəlif ölkələrdə keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfranslarının (COP) məhz bu problemlərin həllinə nail olunmasına istiqamətləndiyini vurğuladı.   Professor İ.Mustafayev kimya sənayesində yüksək temperaturlarda aparılan kimyəvi proseslərin alınmasının yeni metodlarla həyata keçirilməsinin zəruriliyinə toxundu, bu istiqamətdə rəhbərlik etdiyi institutuda görülən işlər haqqında məlumat verdi, o cümlədən hidrogen energetikası sahəsində əldə olunan nailiyyətlərdən danışdı. Professor həmçinin İnformasiya Texnologiyaları İnstitutu ilə birgə milli radiasiya təhlükəsizliyinin monitorinqi sisteminin yaradılması sahəsində həyata keçirilən tədqiqatlardan, həmçinin xüsusi sensorlarla təchiz olunmuş PUA-ların köməyilə işğaldan azad olunmuş ərazilərimizdə aparılan monitorinqlər və onların elmi-praktiki nəticələrindən bəhs etdi. Tədbirdə Milli Aerokosmik Agentliyin Ekologiya İnstitutunun direktoru, professor Bəhram Əliyev çıxış edərək dünyanı və respublikamızı narahat edən əsas ekoloji problemlər, onların yaranma səbəbləri və həlli yollarından danışdı. Bu gün iqlim dəyişmələri və onun yaratdığı fəsadların bəşəriyyəti ən çox narahat edən problemlərdən olduğunu deyən alim diqqətə çatdırdı ki, problemin əsasında atmosferdə karbon qazının miqdarının artması dayanır ki, bu da bütün bəşəriyyət üçün böyük təhlükələrə yol açır. Professor B.Əliyev Azərbaycanda qlobal iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması istiqamətində həyata keçirilən dövlət siyasətindən də bəhs etdi. Bildirdi ki, 2030-cu ilə qədər ölkəmizdə istilik effekti yaradan qazların emissiyası­nın 35 faiz azaldılması, 2050-ci ildə isə bu rəqəmin 40 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilmişdir.  Sonra konfrans öz işini “Yaşıl cəmiyyətin formalaşmasında rəqəmsal texnologiyalar” və “Yaşıl iqtisadiyyata keçidin elmi praktiki problemləri” adlı seksiya iclasları ilə davam etdirdi.

AR ETN İnformasiya Texnologiyaları İnstitutunda “Yaşıl və rəqəmsal transformasiyalar: qarşılıqlı təsirləri, pozitiv və neqativ aspektləri” mövzusunda respublika elmi-praktiki konf ..

2024-11-10
AzTU

AzTU 8 Noyabr - Zəfər Gününə həsr olunmuş minifutbol idman yarışının çempionu oldu

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş Yasamal rayonunda yerləşən təhsil müəssisələrinin əməkdaşları arasında keçirilən minifutbol idman yarışının final mərhələsi, mükafatlandırma mərasimi və yarışın bağlanış mərasimi olub.   Mükafatlandırmadan öncə Azərbaycan Texniki Universitetinin (AzTU) komandası ilə Azərbaycan Milli Elmlər Akademiyasının komandası 1-ci yer uğrunda mübarizə aparıb. 2-1 hesabı ilə qalib gələn AzTU komandası minifutbol yarışının çempionu olub. 3-cü yerə isə Bakı Dövlət Universitetinin komandası layiq görülüb.   Sonra I, II və III yerlərə layiq görülmüş komandaların mükafatlandırma mərasimi keçirilib.

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə Gənclər və İdman sektorunun birgə ..

2024-11-08
AzTU

AzTU-da Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin 4-cü ilinə həsr olunmuş “Zəfərin sədası” adlı tədbir keçirilib. AzTU, Azərbaycan Respublikası Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib. AzTU-nun rektoru Vilayət Vəliyev Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbədə igidlik göstərmiş qəhrəmanları yad edib. AzTU-nun ölkənin müdafiə sənayesi üçün kadr hazırlayan yeganə universitet olduğunu bildirən rektor, müharibədə iştirak etmiş və şəhidlik zirvəsinə ucalmış, eləcə də qazi olmuş tələbələrin şücaətindən də söz açıb və onların gələcək nəsillər üçün örnək olduğunu vurğulayıb. Tədbirdə Milli Məclisin deputatı Naqif Həmzəyev, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Ələkbərli, Gənclər Təşkilatları Milli Şurasının baş katibi Nərminə Hüseynzadə çıxış edərək Azərbaycanın bu parlaq zəfərinin gənclərin dünyagörüşünün və vətənpərvər ruhda böyüməsinin formalaşması istiqamətində vacibliyini qeyd ediblər. Daha sonra çıxış edən qazi anası Afət Muradova, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan hərbi qulluqçusu, mayor Elşad Təhməzov və AzTU-nun müəllimi, Birinci Qarabağ müharibəsinin iştirakçısı Rasim Həşimov müharibənin gətirdiyi çətinliklər və qazanılan zəfərin ölkə üçün əhəmiyyətindən danışıblar. “Zəfərin sədası” adlı tədbirin bədii hissəsində AzTU Tələbə Gənclər Təşkilatının hazırladığı videoçarx nümayiş etdirilib.  Tədbir AzTU tələbələrinin vətənpərvərlik mövzusunda səsləndirdiyi şeirlər, mahnılar və rəqs nömrələri ilə davam edib.

Azərbaycan Texniki Universitetində (AzTU) 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin 4-cü ilinə həsr olunmuş “Zəfərin sədası” adlı tədbir keçirilib. AzTU, A ..

2024-11-07
AzTU

“Zəfər turniri”nin qalibləri mükafatlandırılıb

Azərbaycan Texniki Universitetinin (AzTU) Həmkarlar İttifaqı Komitəsi (HİK), Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və İdman klubunun birgə təşkilatçılığı ilə “Zəfər turniri” idman yarışlarının bağlanış və mükafatlandırılma mərasimi keçirilib. Turnirin keçirilməsində əsas məqsəd ittifaq üzvlərinin sağlamlıqlarının müdafiəsi, tələbələr və əməkdaşlar arasında dostluq münasibətlərini daha da möhkəmləndirməkdir. 8 Noyabr – Zəfər Günü münasibətilə AzTU-nun əməkdaş və tələbələri arasında keçirilən turnirin bağlanış mərasimində əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.   Daha sonra çıxış edən AzTU-nun maliyyə-təsərüfat işləri üzrə prorektoru Rəşad Əliyev və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə Zəfər Gününün tarixi, tarixi qələbəmizin əhəmiyyəti, gənc nəslin milli ruhda tərbiyəsi, əməkdaş və tələbələrin sağlamlıqlarının qorunması istiqamətində görülən işlərdən danışıblar. Daha sonra mükafatlandırılma mərasimi keçirilib. Qeyd edək ki, turnirdə 5 idman növü (futzal, voleybol, şahmat, dama, stolüstü tennis) üzrə AzTU-nun 250-dən çox əməkdaşı mübarizə aparıb. Tələbələr isə 7 idman növü (stolüstü tenis, şahmat, futbol, voleybol, basketbol, sərbəst güləş və dama) üzrə qüvvələrini sınayıb.   Qaliblərə AzTU, HİK və THİK tərəfindən diplom, medal, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıb.  “Zəfər turniri”nin əməkdaşlar arasında ümumi komanda hesabında qalibləri Maliyyə və təminat departamenti (1-ci yer), Maşınqayırma və robototexnika fakültəsi (2-ci yer), Nəqliyyat və logistika fakültəsi (3-cü yer) olub.  “Zəfər turniri”nin tələbələr arasında ümumi komanda hesabında qalibləri isə Xüsusi texnika və texnologiya (1-ci yer), İnformasiya və telekommunikasiya texnologiyaları (2-ci yer) və Maşınqayırma və robototexnika fakültəsi (3-cü yer) olub.

Azərbaycan Texniki Universitetinin (AzTU) Həmkarlar İttifaqı Komitəsi (HİK), Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və İdman klubunun birgə təşkilatçılığı ilə “Zəfər tu ..

2024-11-06