Türkiyənin Türk Hava Kurumu Universitetinin rektoru professor Rahmi Erin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub.
Qonaqlar AzTU-nun rektoru professor Vilayət Vəliyevlə görüşüb. Görüşdə Türkiyə-Azərbaycan Universitetinin (TAU) prorektoru professor Mehmet Şimşir və AzTU-nun nümayəndələri iştirak edib.
Səmimi qonaqpərvərliyə görə təşəkkürünü bildirən Türk Hava Kurumu Universitetinin rektoru Rahmi Er rəhbərlik etdiyi universitetdə görülən işlər barədə məlumat verib. Qonaqları AzTU-da görməkdən məmnunluğunu bildirən rektor Vilayət Vəliyev hər iki universitetin uyğun istiqamətlər üzrə əməkdaşlığının mümkünlüyü barədə danışıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.