Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da keçirilən “Açıq qapı” günündə 500-dən çox ziyarətçi iştirak edib

AzTU-da keçirilən “Açıq qapı” günündə 500-dən çox ziyarətçi iştirak edib

26.04.2025     142     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) “Açıq qapı” günü keçirilib. Tədbirdə yuxarı sinif şagirdləri, onların müəllimləri və valideynləri, həmçinin təhsil ekspertləri iştirak edib.  “Açıq qapı” günündə universitetin qarşısında fakültələrin, tələbə təşkilatlarının və struktur bölmələrinin stendləri və tələbələrin startapları nümayiş olunub.

Əvvəlcə fakültələrin stendində dekanlar və kafedra müdirləri ziyarətçilərə görülən işlər, layihələr, ixtisaslar, beynəlxalq əlaqələr, ikili diplom proqramları barədə ətraflı məlumat veriblər. Həmçinin abituriyentləri maraqlandıran suallar cavablandırılıb.

Daha sonra AzTU-nun abituriyentlərlə iş üzrə xüsusi nümayəndəsi Eyvaz Məhəmmədlinin iştirakı ilə şagirdlərin AzTU-nun laboratoriyaları və mərkəzlərinə ekskursiyası təşkil olunub. Abituriyentlər laboratoriyalarda qurulan dəzgah və avadanlıqlarla əyani tanış olub, mərkəzlərdə həyata keçirilən layihələr barədə ətraflı məlumat əldə ediblər.

Qeyd edək ki, “Açıq qapı” günündə ümumilikdə 500-dən çox ziyarətçi iştirak edib. AzTU-da belə tədbirlərin mütəmadi təşkil olunması nəzərdə tutulub.


Digər xəbərlər