Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da plastik butulkaların təkrar emalı təşəbbüsünə Sabunçu məktəbliləri də qoşulub

AzTU-da plastik butulkaların təkrar emalı təşəbbüsünə Sabunçu məktəbliləri də qoşulub

29.04.2025     61     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Ömürboyu Öyrənmə Məktəbi plastik butulkaların təkrar istehsalı və onların PLA materialına çevrilməsinə dair yeni və maraqlı təşəbbüsə start verib. Bu təşəbbüs Ömürboyu Öyrənmə Məktəbinin nəzdində fəaliyyət göstərən MGP Qrupunun mühəndisləri tərəfindən həyata keçirilir.

Məqsəd orta məktəb şagirdləri arasında elm və texnologiyaya marağın artırılması, ətraf mühitə qayğının aşılanması və dayanıqlı inkişaf məqsədlərinə töhfə verilməsidir.

Təbiətə dost yanaşmasına dair bu təşəbbüsü ilk dəstəkləyənlərdən biri Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşəşn 28 nömrəli tam orta məktəbin VI-VII sinif şagirdləri olub. 

Şagirdlər topladıqları plastik butulkaları STEAM və informatika-rəqəmsallaşdırma dərslərini tədris edən Aygün Mehdiyevanın rəhbərliyi ilə AzTU-ya gətirərək MGP Emalatxanasına təhvil verib, həmçinin fəaliyyəti ilə tanış olublar.

MGP Emalatxanasında şagirdlər plastik tullantıların çeşidlənməsi, emal edilməsi və 3D printerlər üçün filament istehsalı prosesini əyani izləyiblər. AzTU MGP Qrupunun mühəndisləri məktəblilərə emal proseslərinin texniki tərəflərini, müasir proqram təminatlarının və texnologiyaların tətbiqini, eləcə də MGP konsepsiyasının əsas prinsiplərini ətraflı şəkildə izah edib, maraqlı məlumatlar verib, həmçinin onların çoxsaylı suallarını cavablandırıblar.

Bu təşəbbüs həm də sübut edir ki, məişət tullantısı kimi görünən hər bir plastik butulka sadəcə tullantı deyil, bir ideyanın, bir kəşfin, əməkdaşlığın başlangıcı ola bilər.


Digər xəbərlər