Azərbaycan Texniki Universitetində (AzTU), Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ), AzTU-nun Təhsildə İnformasiya Texnologiyaları və Metodik Dəstək İnstitutunun təşkilatçılğı ilə İnformatika fənni üzrə Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin final turu keçirilib.
Finalda 94 şagird (10 və 11-ci siniflər) AzTU-da, 107 şagird (8 və 9-cu siniflər) isə Bakı Dövlət Universitetində yarışıb. İki gün davam edən final turunda iştirakçılara hər gün 3 saat ərzində 3 alqoritmik məsələni C++, Python proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Qiymətləndirmə avtomatik qiymətləndirmə sistemi ilə aparılıb.